Страницы

07.06.2021

Moskva şəhərində Azərbaycanla bağlı beynəlxalq dəyirmi masa keçirildi

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Rusiya-Azərbaycan layihələri Xəzər regionunun iqtisadi inkişafının aparıcı qüvvəsi kimi. Foruma doğru” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.
Tədbirdə açılış nitqi ilə Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri M.N. Boçarnikov və Astarxan vilayəti hökumət başçısının müavini-iqtisadi inkişaf naziri K.A. Xadikov çıxış etmişdir.
Tədbirdə çıxış edənlər və digər iştirakçılar Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığının Xəzər dənizi regionunun aktual sifarişi olması, “Şimal-Cənub” loqistik koridorunun potensial imkanları, Xəzər dənizi regionunda olan risqlər və təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüblər.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Rasim Musabəyov Xəzər dənizi regionu ölkələrinin təhlükəsizlik sahəsində əməkdaşlığının regionda uzunmüddətli, qarşılıqlı faydaya əsaslanan fəaliyyətini təmin etmək üçün vacib olduğunu qeyd etdi. 
Rusiya Elmlər Akademiyasının Postsovet Ölkələri Üzrə Araşdırmalar Mərkəzinin  mütəxəssisi Stanislav Pritçin çıxışında diqqəti Xəzərin statusuna, konvensiyanın ratifikasiyasına və transxəzər qaz kəmərinin çəkilməsi imkanlarına cəlb edib.
“Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə Xəzər dənizinin Avrasiyanın nəqliyyat-loqistika hub-ına çevrilməsinin perspektivləri barədə danışıb.
“Lotos” Səhmdar Cəmiyyətinin direktoru, Sergey Miluşkin “Şimal-Cənub” loqistika koridorunun aktual layihələrinin təqdimatını etmişdir.  
Rusiya Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, politoloq Valeri Korovin də Xəzər regionunun təhlükəsizlik məsələsinin aktual problemlərinə toxunub. Politoloq bildirmişdir: “Xəzər dənizi regionunda indiyə qədər təhlükəsizliyi ona görə təmin etmək mümkün olub ki, region ölkələrinin hamısının oriyentasiyası Avrasiya geopolitik məkanınadır. Bütün region ölkələri dünyanın hər yerinə destabilizasiya vasitəsilə girən, əhali arasında yerli hökumətlərə qarşı neqativ əhval-ruhiyyə yaradan müəyyən qüvvələrə qarşı həmişə müqavimət göstərmişlər. Yerli hökumətlər bu təzyiqlərlə bacarmadığı təqdirdə onlar küçə etirazları təşkil edir, hakimiyyətin qanunsuz yolla zəbt edilməsinə qədər gedirlər. Azərbaycan da dəfələrlə Qərbin belə “təzyiqləri” – rəngli inqilaba cəhdləri ilə qarşılaşmışdır. Lakin öhdəsindən gəlmişdir. Məhz Rusiyanın Avrasiyaçı siyasi xətti və qarantiyası olmasa idi, region çoxdan belə təhlükələrlə üzləşmişdi”.

Turan Ekspress teleqram kanalı
@turan_ekspressi







Комментариев нет:

Отправить комментарий