Nəsimi Həsənov
Məhərrəmlik ayıdır. Sosial şəbəkələrdə Kərbəla şəhidlərinə yas mərasimi keçirməklə bağlı nifrət, rişxənd dolu statuslar, kommentlər en qədərdir.
Mən dindar deyiləm. Amma İmam Hüseyni sevməmək mümkün deyil. 72 nəfərlə ac-susuz böyük bir orduya qarşı vuruşmaq hünər istər, kişilik istər. Üstəgəl arvad-uşaq yanında ola, diqqətin onlarda ola.
Bir də ki İmam Hüseyni Kufə camaatı çağırmışdı, yalvarmışdı. İmam Hüseyn özü ora getməmişdi. Döyüşə gedən arvad-uşaqla getmir.
İmam Hüseyn hiylə işlədib "biət" etsəydi söhbətdən çıxacaqdı. Amma özünə, kişiliyinə sığışdırmadı. Bu mərd, igid oğlanı necə sevməyəsən, hörmət etməyəsən?! Burda din priçom?!
İstənilən oğlanın uşağını susuz, öldürmək təhlükəsi ilə üz-üzə qoy, nə desən eləyəcək. Amma bu oğlan eləmədi. İstəsəydi Əbu Sufyan, Müaviyə kimi söhbəti fırladıb yalandan biət edib, vaxt qazanıb, sonra güclənib istədiyinə nail ola bilərdi.
Mən hər il Aşura günü telefonda olsa belə Kərbəla şəhidlərinin əzm və rəşadətlərinə dair xütbələrə, mərsiyələrə qulaq asıram. Niyə?! Təmizlənmək üçün. Hiss edirəm onda arılanıram, yenidən format oluram.
Bu zalım dünyada, haqsız, pozğun, səviyyəsiz cəmiyyətdə özümü, vicdanımı, qürurumu qorumağa çalışıram beləcə.
Hansısa bir məqamda sınmaq riski ilə üz-üzə qalanda İmam Hüseyni, Abbası, Babəki xatırlayıram. Utanıram onlardan, o saat son momentdə yeni güc gəlir mənə.
Onsuz da məni başa düşməyəcəksiz.
"İran Ermənistana silah daşıyır" və s. kimi söhbət edənlərin statuslarının kommentlərinə bu yalana qarşı daşdan keçən sübutlar, linklər, videolar atılsa belə, onlar yenə dediklərini deyir. Cek London demişkən, "Onlar ulduz tozunu dimdikləyirlər".
İmam Hüseyn də 15 əsr bundan qabaq çıxdı qoşunun qabağına, dedi ki "Məni tanıyırsız? Mən sizin peyğəmbərin boynuna minən, dizində oturan nəvəsiyəm, Xəlifə Əlinin oğluyam, hansı ki çiyni yara olmuşdu gecə xəlvətcə sizlərin qapısına ərzaq daşıyanda". Dedilər bilirik, amma bu bizə girmir, səni öldürəcəyik. Dedi "onda heç olmasa uşaqlara su verin, davamız davadı". Dedilər, xeyr, elə şey yoxdu, dediyimiz dedıxdı.
Baxın, indi internet dövründə, fakt, sübut gətirirsən, bunlara girmir, dedikləri dedıxdı. Həmin dalğa, həmin koordinat, həmin nəfəs, həmin qan.
Mənim babalarım Böyük Vətən Müharibəsi iştirakçıları, Kommunist Partiyasının üzvləri olduğu halda belə Əlinin, Hüseynin matəmin saxlayırdılar hər il.
Yenə deyirəm bunun dinlə əlaqəsi yoxdur. Qəlbimdəki, qanımdakı İmam Hüseyn, Əli eşqi mənim kommunizm ideologiyasına, kommunizm qurmaq istəyimə əngəl törətmir, əksinə mənə daha da təkan verir. Yox, sən "kommunist" mənə ağız büzürsənsə, onda şəhid sözün ağzına alma, riyakarlıq etmə, çünki bu da dinlə əlaqədardır.
Azərbaycan şəhidlərinin örnək etdiyi, ibrət aldığı Kərbəla şəhidlərinə Allah rəhmət eləsin.
Комментариев нет:
Отправить комментарий