Xırdaçı olmaq pisdir, detalist olmaq axmaq xasiyyətdir, insanı yaşamağa qoymur, bir az sərbəst olmaq lazımdır, həyatı yaşamaq lazımdır filan deyirsinizsə, mən sizinlə razıyam. Amma bir dəqiqə dayanıb detalistlərin əhəmiyyət verdiyi, xırda görünən böyük detallara və onların nəyə apardığına baxaq. Hesablama aparaq. Başlayaq ev işlərindən. Sevirəm evi yığışdırım, təmiz qalsın. Amma təmizin təmiz saxlanması təkcə qadının işidirmi? Hər kəs öz sadə təmizliyini etməlidir axı... Elementar təmizlikləri nəzərdə tuturam... Hamamdan çıxanda təmizləyib çıxmaq, mətbəxdən çıxanda təmiz çıxmaq, yataq otağından çıxanda otağı səliqəyə salıb çıxmaq... Hərəsini vaxtında edib çıxmasan, üst-üstə yığılan işlərin həlli sonra çox əziyyətli olur, həm də çox vaxt tələb edir. Kifayət qədər nümunələr var ki, bu həm həyatda, həm işdə, həm evdə keçərlidir. Vaxtında xırda işlər görülməsə, siz həyatınızı yaşayıb, sonra etməyə qərar versəniz, sonra bu xırda işlər böyüyür, vaxt aparan böyük problem yaradır. Məsələn, yemək bişirirəm, həmin an qaz sobasının üstünə yeməkdən töküldü, həmin an silib tez götürməsəm, yemək üstündə quruyacaq, yenə daşacaq, yenə quruyacaq. Qaz sobası iyrənc hal alacaq. Məcbur olub sobanı təmizləmək üçün mağazada ən güclü dərman yuyucu vasitələr axtaracam (vaxtım getdi), tutaq ki, tapdım, aldım (pulum getdi), sonra onu gətirib evdə dərmanlayıb əyləşib gözlədim, sonra sürtdüm, yudum (vaxtım getdi), sonra qorumadım, təkrar oldu. Görünən odur ki, həyatımı yaşamadım, özümü aldatdım. Amma vaxtında üstündə düşüb tez təmizləsəm, həm təmiz qalacaq, həm mən başqa işlə məşğul olmuş olacam. Hər şeyə vaxtım və pulum çatacaq. Çünki hər iki dəyəri necə istifadə etməli olduğumu bilirəm və tətbiq edirəm. Bu həyatın bütün sahələrində və mərhələlərində keçərlidir
Uşaqları çalışın elə tərbiyə edin ki, diqqətcil olsun. Onda həyatını yaşamaq daha asan olacaq. Bunun üçün kifayət qədər nümunələr çəkmək olar...
Sevgilər!
Zöhrə İsmayılova
Комментариев нет:
Отправить комментарий