Qarabağa keçən İran seriyalı hər bir TIR-a İran istəsə də yiyə dura bilməz.
Əksini düşününin vallahi-billahi nə ticarətdən, nə siyasətdən, nə ordakı şəraitdən, nə də “hüquqdan” qandığı qrafa yoxdur, ya da qəsdən fitnə yaradır.
TIR-lar birbaşa İran ərazisindən Qarabağa keçsəydi, başqa məsələ. Birbaşa məsuliyyət İranın üzərinə düşərdi. Çünki sərhəddə iranlılar durur. Amma Ermənistan ərazisinə keçən hər hansı bir şirkətin maşınına İran istəsə də kontrol edə bilməz. O şirkət istəsə o maşını hara istəsə sürdürə bilər - əlbəttə ki Ermənistanın köməkliyi ilə.
Sabah Qarabağa yox e, həmin TIR-lar çox rahat şəkildə Abxaziyaya da, Osetiyaya da gedə bilərlər. Gürcülər nə edə bilər ki? Bir şey ki oranın kontrolu onlarda deyil.
Hələ bir nüans da var, nəzərə alın. İranda yüz minlərlə erməni yaşayır. Özüd ə hərtərəfli imkanları da yaxşıdır. Şirkətləri olan erməni əsilli İran vətəndaşlarının öz xalqına canfəşanlıq etməyinin hökümət necə qarşısını ala bilər? İrandan çıxanda axı hər şey hüquqi göstərilir…
Sizə bir-iki misal çəkəcəm. Hərçənd bu ticarət sirridir, amma olsun. Məsələn, Rusiyada gül işi məşğul olanlar yaxşı bilər. Yadınızdadırsa Rusiya Avropa ölkələri ilə, eləcə də Hollandiya ilə bir-birlərinə qarşılıqlı ticari sanksiyalar qoymuşdular. Amma bizim ticarətin qabağını kəsə bilmədilər, “qanuni” yolla Holland güllərini gətirib satdıq, özü də baha qiymətə. Və ya Belarusiyayla Rusiya bir ara küsüşmüşdülər, belaruslar sərhədi bağlamışdılar. İlişib qalan TIR-ları Belarusiyadan elə çıxartdıq ki, ruhları belə duymadı. Və ya Rusiyanın Türkiyəyə qoyduğu pomidor sanksiyasında Moskvada Türkiyə pomidolarları cürbəcür adlarla oyun çıxardırdı. Gözümlə gördüyüm onlarla belə şey sayaram.
Kapitalistin qabağını dünyada heç bir qüvvə ala bilməz))) Bu ticari maxinasiyalara demokratiyanın ənkə böyüklərindən olan Hollandiya höküməti də göz yumurdu. Çünki dövləti elə bu kapitalistlərin üzərində durur. Elə cə də digərləri.
Yəqin ki, sadaladığım dövlətlərin iqtisadiyyatında olan hüquqi boşluqlar İrandakından azdır. Bunlar belə olduğu halda İran nə etsin?!
İndi qayıdım yenə İrana. Bizimkilər yumşaq dillə nota veriblər. Bizim axmaqlar bunu az qala Təbrizin azad olunması kimi təqdim edirlər. Bizim hökümət də yaxşı bilir ki, torpaqlar tam özünün nəzarəti altında olmayana qədər bu işdə dirənmək mənasızdır. Çünki özləri də iranlılarla qeyri-leqal ticarətin içindədirlər. Sadəcə bu nota siyasi diplomatiyanın de yure sənədləşdirilməsidir. De fakto başqa cür oynanılır.
Siz elə bilirsiz İran tədbir görməyəcək? Görəcək, həmin şirkətləri bağlayacaq. Amma elə həmin adamlar başqa şirkət açıb işləyəcəklər.
Çünki bu işlə məşğul olanların bir neçə ehtiyat şirkətləri olur.
Siyasi-iqtisadi blokadada olan İran höküməti üçün əsas meyar ölkəyə pulun gəlməsidir. Onların çox sadə arqumenti olacaq: TIR-larımız bizdən yaxşı münasibətdə olduğumuz bir çox sahələrdə əməkdaşlıq etdiyimiz Ermənistana keçib. Ordan o yana bizlik deyil. Tutun həbs edin, lap istəsəz raketlə vurub partladın. Haqqınızdır…
ZƏRURİ QEYD: İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmayıb, dəvət olunub. SəhərAzəri-nin məlumatına əsasən, İranın Bakıdakı Səfirliyinə yaxın mənbə redaksiyaya bildirib ki, səfir Seyid Abbas Musəvinin Azərbaycan XİN-ə çağırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Mənbəyin sözlərinə görə, əvvəlcədən planlaşdırılmış görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Seyid İbrahim Rəisinin prezident seçilməsi münasibətilə iranlı diplomatı təbrik edib, iki dost və qonşu ölkə arasında strateji səviyyəyə çatmış əlaqələrin daha da dərinləşməsini arzulamışdır. Məlumata əsasən, görüş əsnasında İrana məxsus yük maşınlarının Azərbaycan dövlətindən icazəsiz Ermənistandan Xankəndiyə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub, İran səfiri isə bu iradlara cavab olaraq lazımi izahatı verib. Diplomata nota verilməsi isə yalandır. Qeyd edək ki, son günlər Azərbaycan Milli Məclisinin Tehrana səfəri zamanı keçirilən əhəmiyyətli görüşləri kölgə altında qoymaq istəyən qüvvələrin cəhdi boşa çıxdıqca onlar media təbliğatlarına başqa süjetlər axtarırlar. Məqsəd əlaqələrin inkişaf tempini əngəlləməkdir.
Комментариев нет:
Отправить комментарий