Страницы

20.08.2021

Xaricə gedən vətəndaşların NƏZƏRİNƏ: İki tələb mövcuddur


“Azərbaycan vətəndaşının xarici ölkəyə getməsi ilə bağlı iki tələb mövcuddur”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın və vətəndaşın getdiyi ölkənin tələbidir: “Əgər Azərbaycan vətəndaşı ölkədən çıxırsa və peyvənd olunubsa, onun PCR testi verməyinə ehtiyac yoxdur. Əgər peyvəndi yoxdursa, onun PCR testinə ehtiyacı var. Getdiyi ölkə PCR testi tələb edirsə, o zaman istər peyvənd olunan, istərsə də olmayan hər kəs mütləq qaydada PCR testi əldə etməlidir”.

Комментариев нет:

Отправить комментарий