Elxan Xəlilov
Deyir aslan günün 18 saatını yatır, eşşək isə günün 18 saatını işləyir. Əgər işləməklə olsaydı, elə meşənin kralı aslan olardı. Eşşəkdən çox işləyən yoxdur, amma ən hörmətsiz heyvandır… İnsana tabe olmayan, quduz, yırtıcı olan canavarı özümüzə ulu baba etmişik. Halbuki canavarın insanlara həmişə ancaq zərəri deyib. Həqiqətən həyatda hələ işləmək və düzgün olmaq o demək deyil ki hər şey yaxşı olacaq. Bu saat baxırsan moşenniklər iş başındadır. Gərək pis olasan... Baxırsan nə fərasət var, nə də başqa şey, amma iş başındadır... Mən şəxsən öz iş karyeram boyu düz olmuşam. Həmişə də lap aşağıda işləyən insanlarla çox yaxşı münasibətdə olmuşam, kömək etmişəm. Rəhbərliklə də həmişə bunun üstündə mübahisələr etmişəm. Amma baxıram ki düz düzdə qalır. Aşırı düzgün olmaq da bir şey deyil. Gərək siyasətçi olasan. Qalxmaq üçün ya gərək zalım olasan, ya mütləq pislik etməlisən. Öz həyat və iş təcrübəmdən bilirəm. Yüzlərlə belə misal gətirə bilərəm. Başqa millətləri bilmirəm, amma bizdə nə qədər zorlasan, nə qədər təpik altında saxlasan, o qədər də hörmətin olar. Nə qədər sıxırsan, o qədər də hörmətli olursan. Bunu özüm çox sınamışam. Çox sadə olmaq da bir şey deyil, çoxu deyir sadəlik qızıldır filan- boş şeylərdir. Hitlerin bir sözü var idi, səhvdir, düzdür bilmirəm. Deyirdi xalq fahişə qadın kimidir- zorlanmağı sevir. Lətifəsi bizdən uzaq.
***
Lap çoxdandır avtobusla yol gəlmirdim. 10 dəqiqədən bir siqaret çəkən adam, avtobus 50-60 km-lə gəlir, monitorda da Mikayılın bozbaşını qoyub Telli Borçalı, Baloğlan, həmişəki əttökən söhbətlər, ağı musiqisi... İşlərim düzəlməyib, onsuz da əsəb içindəyəm, bəlkə də dünyanın ən gərgin adamı mənəm bu saat... Şoferə dedim onun xodunu al bir az... Xodunu aldı. Arxadan biri qışqırdı ki ayə xod ver dana ona... Bir-iki arvad da çöndü mənə tərs-tərs baxdı... Elə bil sünnət toyuna gəliblər... Millətin bu optimistliyinə heyranam... Mən də 3-4 yaşımdan musiqi ilə məşğul olmuşam, yaxşı musiqi duyumum var, yaxsı pianist olmusam. Amma belə bambılılıqlar, bu qədər kütləvi musiqi mənim beynimə girmir... Yəni bu xalqın musiqidən, çalıb oxumaqdan başqa əyləncəsi, məşğuliyyəti, dərdi, peşəsi yoxdur? Millətdəki bu optimistlik ki var, bu çalıb oxumağa həvəs var, heç kim bizə bata bilməz... Millət niyə belə yüngülləşib? Yoxsa mən bədbinəm?!
***
Bayaq bir elan oxudum. Yazır ki xanımlar, qaynanam məni 2 uşaqla küçəyə salıb. Çox əziyyət çəkirik. Hava çox istidir. İstiyə qarşı yaxşı dəri kremi adı bilmirsiz hansıdır, qorxuram dərim xarab olar)))
***
Bir türk dostum var idi... Son Türkiyədəki hadisələrlə bağlı söhbət edirdik, mənə dedi bizdə salaq çoxdur. Mən də dedim bizdə daha çoxdur yalaq və salaq. O dedi xayr, abi, bizdə lap çoxdur. O dedi mən dedim, o dedi mən dedim... Axırda dedim bir millət iki dövlət... Beləcə razılaşdıq... Həqiqi olan söhbətdi.
***
Bir yaponla bir amerikan meşədə gəzirlər, birdən qarşılarına şir çıxır. Qalırlar belə. Yapon əyilir, şalvarının balağını corabının içinə salır. Yaponlar ağıllı olur axı. Amerikan dostu soruşur ki heyy dostum neynirsən? Sən şirdən qaçacağınımı düşünürsən? Yapon deyir yox, səndən bərk qaçdım bəsimdir...)))
***
Bir azərbaycanlı Moskvada mağazaya girir. Toyuq almaq istəyir, rus dilində başa sala bilmir. Yumurtanı əlinə alıb satıcıdan soruşur: A qde mama?)
***
Dünya TV-də “Qatarda” teatrı gedir. Rəhmətlik Yaşar Nuri... Fatı qalx sroçnı mənim məclisimi tərk elə...
***
Deyir Olimpiadada bir idmançımız üzgüçülük üzrə 42-ci yeri tutub... Yaxsı ki boğulmayıb...)
***
Görəsən bu ingilis dilində “məzələnmə” sözü var? Bizimkilər bayaq amerikan filmi verirdilər, orda biri o birinə deyir məzələnmə. Bir azdan qadan alım, canını yeyim zad deyəcəklər... Hər şey cəhənnəm, o gün “Nu poqodi” multfilmini də tərcümə etmişdilər. Canavar qışqırır Gözlə məni... Nə isə əşşi!
***
Deyir bütün münasibətlər “mən də səni...”, “mən də səni...” deyə başlar... Bir muddət sonra isə “hay mən sənin...”, “mən də sənin...” kəlmələri ilə bitər...)))
***
Müsəlmanlar da hər yeri zibilləyib... Hara çıxıb gedəsən bu məmləkətdən? Qardaşım İsveçə köçmüşdü. Artıq işləyirdi, yoldaşı da işləyirdi, uşaq isveç məktəbində oxuyurdu. Əməlli-başlı dili öyrənmişdilər, isvecli dostlar tapmışdılar, gedib gəlirdilər. Mən də sevinirdim ki, biz də çıxıb gedəcəyik. Canımız qurtaracaq bu bolotadan. 80 min Suriya, Əfqanıstan qaraçısını necə atdılarsa İsveçə, bunları da tərpətdilər... Qardasşım deyir qaraçı kimi gəzirlər. Arvadları ayaqyalın gəzirlər, başlarında da gümbəz. Amma əllərində bahalı Ayfon 6 telefonu... Özlərindən də it iyi gəlir... Nə çimmirlər, nə heç nə. Gümbəzlə yatıb gümbəzlə də dururlar. Bunları hökumət futbola, xokkeyə, voleybol yarışlarına aparır ki, bir növ cəmiyyətə alışsınlar, mədəniləşsinlər... Deyir bunlar ancaq ora çay və ya kofe içmək üçün gedirlər. Futbol-mutbol bunları maraqlandırmır. Qaraçılıq bunların kökündədir. Nə işləmək istəyirlər, nə dil öyrənmək istəyirlər. İsveç hökuməti də bunların hamısının dalından bir təpik vurub... Qardaşımgilə də Polşanı təklif ediblər yaşamağa. O da razı olmayıb, qayıdıb Ukraynaya... Amma İsveçdəki dostları iş vizası göndərəndən sonra yenə qayıdacaqlar... Bax bu qaraçı çiqanlar bütün Avropada yasayan həmyerlilərimizi belə narahat edirlər. Qurunun hesabına yaş da yanır... Səbirsizliklə bunların ora getməsini gözləyirəm. Ondan sonra asta qaçan namərddir...
***
20 ildir mən də Neft Akademiyasını diplomunu saxlayırdım... İndi də eşitdim neft qurtarır... Gərək pambıqçılığı oxuyaydım...
***
Orta məktəbdə oxuyanda həmişə dərsdə pəncərədən gəlib gedən adamlara baxardım, onlara həsəd aparardım ki azaddılar... Dərs yox, fizika yox, kimya yox, azad insanlardır... İllər keçdi, məktəbi bitirdik... Məktəbin həyətindən keçib işə-gücə gedəndə həsədlə məktəbin pəncərəsinə baxardım. Deyirdim kaş məktəb illəri olaydı... Qayğısız, şən... Qəribədir sonralar institutda oxuyanda da pəncərədən baxırdıq və fikirləşirdik ki, niyə camaat ora-bura gedir, bekardırlar, biz isə ağ xalat geyinib laboratoriyada kimyəvi elementlərlə məşğul olmalıyıq? Hərbidə zabit illərimdə də Bakıya gəlirdim evə məzuniyyətə, baxırdım camaat bekar gəzir, kim hara istəyir gedir. Paxıllığım tuturdu düzü... Mən isə evdən uzaq, müddətin sonu bilinməyən xidmətdəyəm... İndi bu illərə baxıram və fikirləşirəm ki kaş o illər olardı, mən indiki ağlımla başqa cür edərdim... Həyat doğrudan qəribədir... Hər günümüzü mənalı yaşamalıyıq ki, sonralar peşmançılıq çəkməyək... Həyat güclüləri və risk edənləri daha çox sevir... İndi fikirləşirəm gərək o vaxt belə qəti hərəkət edərdim, burda o səhvi etməzdim... Həyatda heç vaxt heç nəyə gec deyil... Hər gün bir başlanğıcdır... Mübarizə aparmalıyıq... Xoşbəxtlik üçün... İnsan həmişə nəyisə gözləyir... Vaxtında hər şeyi etməliyik...
Комментариев нет:
Отправить комментарий