Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Dostluq və Strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Deklarasiyasına görə Azərbaycanın strateji tərəfdaşı - Rusiyadır! Yolumuz Rusiya yoludur!
— Tərəflər Azərbaycan Respublikası ilə Rusiya Federasiyası subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edirlər.
— Tərəflər öz ərazilərində dövlət suverenliyinə və bir-birinin ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların, qrupların və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması üçün qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını bildirirlər.
— Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığı gücləndirmək və genişləndirmək niyyətlərini bəyan edirlər.
— Tərəflərdən heç biri digər Tərəfin ərazisində onun qurumları, təşkilatları, şirkətləri və digər təsərrüfat subyektləri tərəfindən bu və ya digər Tərəfin suveren hüquq və mənafelərinə xələl gətirə biləcək fəaliyyətin həyata keçirilməsinə icazə verməyəcək.
— Tərəflər Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı-faydalı hərtərəfli əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə, iştirakçı dövlətlərin qarşısında duran təxirəsalınmaz ümumi problemlərin və vəzifələrin həlli üçün MDB-nin bir vasitə olaraq səmərəliliyinin artırılmasına kömək edəcəklər.
— Tərəflər beynəlxalq və regional səviyyədə hər iki dövlətin sivilizasiyalar və dinlər arasında dialoqun qurulması və dərinləşdirilməsi səylərini dəstəkləyəcəklər.
— Tərəflər özlərinin təsərrüfat subyektləri, o cümlədən hər iki dövlətin biznes və elm sahəsində qurum və təşkilatları arasında qarşılıqlı fəaliyyətin qurulması və dərinləşdirilməsinə lazımi köməklik göstərəcəklər.
— Tərəflər mədəniyyət və incəsənət, elm və təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və təkmilləşdirilməsinin tərəfdarıdırlar.
— Tərəflər hər iki ölkənin gənclər və tələbə təşkilatları, elm və mədəniyyət xadimləri arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə kömək edəcəklər.
Комментариев нет:
Отправить комментарий