Страницы

06.11.2010

Dindarların attestasiyası davam edir

Ülvi Məmmədli

Belə bir atestasiya Cəlilabad rayonunda da reallaşıb. Növbəti tədbir Səlyan rayonunda olacaq

            Bölgələrdə keçirilən bu tədir 2009-cu ilin avqustunda “dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası qanununa əlavə və dəyişiklərə müvafiq həyata keçirilir.
            Cəlilabadlı ruhanilərin atesttasiyasına həmişə olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli rəsmiləri keçirirdilər. Bu cür imtahanların keçirilməsində əsas məqsəd ruhani işi ilə məşğul olan mollaların dini biliklərin yoxlanmasıdır və xüsusi vəsiqəsi olan şəxslərin ruhani kimi fəliyyət göstərməsinə şərit yaratmaqdır. Atesttatiyadan və imtahanlardan uğurla keçən savadlı dindarlarla yanaşı dini bilikləri yetərincə olmayan mollalarada rast gəlinib.Qəzetimizə danışan Almaz Quliyev imtahanın keçirilməsindən çox razılığını bildirdi. “ İmtahanda Quran oxutdurdular . Sonra tənvirdən suallar verildi. Çox gözəl, mənim çox xoşuma gəldi. Səviyyəsi də çox yüksəkdir. Bilənlərlə bilməyənlər bəlli olur”.
            İmtahandan keçə bilməyən dindarlara isə komisiyya tərəfindən üç aydan altı aya qədər vaxt verildi. Bu müddət ərzində onlar biliklərini artırmalı və yenidən komisiyyaya müraciət etməlidirlər. Hələlik komisiyya bu ruhanilərin fəaliyyətinin dayandırılması haqqında  göstəriş verdi.
            İmtahanların keçirilməsini yüksək qiymətləndirən QMİ cənub bölgəsi üzrə xusüsi numayəndəsi Hacı Sədi bizə müsahibəsində bildirdi ki “ hər kəs gəlib molla ola bilməz. Quranı oxuya bilmir, insanla davrana bilmir. O adamı camaat arasına buraxmaq olmaz. Bizim məqsədimiz islami maarifi artırmaqdır. Savadlı kadrı üzə çıxarmaqdır.
            Ölkədaxili imtahanların nəticələrinə gəlincə  vəsiqəsi olmayan mollaların fəaliyyətinə qanunla qadağa qoyulcağını bildirən QMİ rəcmisi Hacı Sədi Axundzadə imtahanlara qatılmayan ancaq savadlı ruhanilərlə bağlı məsələyədə öz münasibətin də bildirdi . “Hər hansı səbəbdən imtahana gələ bilməyibsə növbətti atesttatiya keçirilən yerə gəlməlidir. Növbəti atesttatiya Səlyanda olacaq. Gəlməyənlər ora gələ bilərlər. Heç bir problem yoxdur”.
            Məıumat üçün onu bildirək ki Cəlilabad rayonunda realaşan imtahana günün sonuna kimi rayon üzrə 90 yaxın dimdar iştirak etdi.

Комментариев нет:

Отправить комментарий