Страницы

04.11.2010

Əlzadə Nuri- Azərbaycan ədəbiyyatının apendisiti

Kitabından sarı idarələrə düşüb yalvara-yalvara 5-10 manat almaqla Əlzadə Nuri yerlilərinin də adını batırır, başqa yazarları da hörmətdən salır...

 Yaxın günlərdə qəribə olayla üzləşdik. Cəlilabadda“çoban ədəbiyyatının banisi” adlandırılan Əlzadə Nuri adlı birisi əməkdaşımıza təpki göstərmiş, qəzetimizdə bəzi idarələrdən yazılar verilməsini dayandırmaq tələbini irəli sürmüşdür. Əməkdaşımız Əlzadə Nuridən bunun səbəbini soruşduqda isə, şair həmin idarələrə “krışalıq” etdiyini bildirmiş, “Krestnıy otes” rolunun bəzi məziyyətləri ilə əməkdaşımızı tanış etməyə cəhd göstərmişdir. Bu məsələ ilə əlaqədar rayonda Əlzadə Nurini aradıq. Əvvəl müəllim işlədiyini dedilər, lakin necə müəllim olmağı barədə də bir xeyli lətifəvari gülməcələr danışdılar. Odur ki bundan sonra Əlzadə Nurini “müəllim” yox, “miyəllim” adlandıracağıq, yəqin ki sayqılı oxucularımız bizi başa düşərlər. Oxuculara tam aydınlıq gətirmək üçün gələn yazılarımızda həmin lətifələrin bir neçəsini nəzərinizə çatdıracağımıza söz veririk. Beləliklə, Əlzadə “miyəllim”i nə qədər aradıqsa, rayonda tapa bilmədik. Yerli yazarlar dedilər ki dağ kəndlərində mal-heyvan alveri edir, qazandığı pula arada plagiat şeirlərdən ibarət kitabçalar buraxdırır, sonra isə idarə və müəssisələrə düşərək qapı-qapı dilənir. Kitabının xərclərini ödəmək üçün yalvar-yaxarla hər müdirdən 5-10 manat alır, otaqdan çıxdıqdan sonra isə qabağına çıxan tanış-tunuşlarına həmin idarələrdən “patent” yığdığını bildirir, beləcə özünü cəmiyyətə “bərkgedən oğlan”- reket kimi təqdim edir. Beləcə, şair yoldaş cəlilabadlıların da adını batırır, əsl ziyalıya və yazıçıya yaraşmayan ömür-gün sürdürür...
 Tanınmış yazarlardan biri, Azad Yazarlar Ocağının üzvü bizimlə söhbətində Əlzadə Nurini yaxşı tanıdığını bildirdi. O, Əlzadəni “Cəlilabad yazarlarının apendisiti” adlandırdı. Nədir apendisit? Hörmətli oxuculara yəqin ki aydındır, lakin çox güman ki bu yazını Əlzadə ““miyəllim” özü də oxuyacaq, onun zəka sarıdan bir qədər məhdud olduğunu nəzərə alaraq aydınlıq gətirmək məcburiyyətində qalırıq.
 Hörmətli Əlzadə “miyəllim”, apendisitə el arasına “kor bağırsaq” da deyirlər. Təbabətdə nə anlam daşıdığını sənə izah etməyə ehtiyac yoxdur, onsuz da başa düşməyəcəksən. Sənin başın... bağışlayın, başa düşməyin üçün bildirim ki, belə xəstəliyə təsadüf edildikdə, “kor bağırsağı” orqanizmdən kənarlaşdırmaqla həll edirlər. Kor bağırsağın “momentalnı” (tərəddüdsüz) orqanizmdən kənarlaşdırılmasına qərar verilməsi hətta bəzən belə düşünməyə əsas verir ki, o, orqanizm üçün (baxdığımız halda Əlzadə Nuri Cəlilabad ədəbiyyatı üçün!) artıq şeydir, onun nazıyla oynamaqdansa, bu mikrobdan xilas olmaq daha səmərəli və məsləhətlidir.
 Bu durum Cəlilabad ziyalıları arasında Əlzadə Nuri ilə bağlı məcazi düşüncələrin ortaya çıxmasına səbəb olub. Səviyyəli, əqidəli, şəxsiyyətli yazarlara təsir edən odur ki, Əlzadə kimilərin bu hərəkətlərinə görə rayonda ümumən yazarlar, başqa qələm əhli də qurunun badına gedir, cəmiyyət tərəfindən digər yazarlara da apendisit kimi baxılır. Əlzadə kimilər qələmi hörmətdən salır. Bu cür cırt-qoz, 5-10 manat puldan sarı yazıçılığı biabır edən plagiatçıya görə cəmiyyətin yaradıcı adama münasibəti, get-gedə apendisitə olan münasibətə bənzəyir. Nəticədə həmin problemin optimal həlli onu apendisitsayağı ortadan qaldırmaq kimi görülür.
 Qəzet olaraq həmişə milli ideologiyanı və obyektivliyi müdafiə etmiş, haqq-ədalət prinsipini hər şeydən üstün tutmuşuq, hüquqi və demokratik düşüncənin bərqərar olması üçün əlimizdən gələni etmişiq. Lakin xalqın rifahının yaxşılaşdırılmasından, dövlətçiliyimizin möhkəmləndirilməsindən çox öz merkantil maraqlarını, şəxsi ambisiyalarını üstün tutan bəzi qara qüvvələr qəzetimizin bu yöndə fəaliyyətinə hər vəchlə mane olmağa çalışırlar. Mübariz Cəlilabad ictimaiyyətinin diqqətini bu fakta yönəldərək bildiririk ki, demokratik düşüncənin boğulması, azad fikirliliyə qarşı dözümsüzlük, mətbu sözə qarşı aqressiv münasibət hələ də davam edir və Əlzadə Nuri kimi rayonumuzun mənəvi masştabına, intellektual potensialına yaraşmayan adamlara qarşı real addımlar atmağa böyük ehtiyac var. Hər şey ortadadır, kor kor, gör gör! Bu adam kitablarını idarə və müəssisələrə paylayır, ancaq nədənsə böyük mütaliə dairəsi olan yerli yazarlara oxumağa vermir. Bilirsinizmi nəyə görə? Ona görə ki, kasad savada malik olan Əlzadə Nuri nəinki şeir, hətta xırda bir köşə yazısı yazmaq iqtidarında da deyil. Kitabları isə plagiatdır, yəni oğurluq şeirlərlə dolurulub. Bunu gələn yazılarımızda açıb göstərə də bilərik, konkret hansı şeiri kimdən əkişdirib kitaba saldığına da aydınlıq gətirərik.
 Əlzadə “miyəllim”ə bir daha bildiririk ki, idarə və müəssisələrə düşüb 5-10 manatdan sarı əl açmaq yaxşı iş deyil. Əlbəttə öz şəxsi işindir, bununla özünü alçaldırsan, amma di gəl ki əhalidə ümumən yazarlığa, yaradıcılğa, sənətə qarşı mənfi bir münasibət də formalaşdırırsan. Bizim Cəlilabad camaatı fərqli camaaat olub, intellektallığı və mübarizliyi ilə seçilib. Sənin məşğul olduğun umu-küsülük isə onun təbiətinə yaddır. Sivilləşməyə doğru!
 Hər halda biz ümid edirik ki, vəziyyət yaxşılığa doğru dəyişəcək, Əlzadə Nuru özünə daha münasib sahə ilə məşğul olacaq, mal-heyvan dəllalığında davam edərək Ədəbiyyatı rahat buraxacaq.

Gələn yazılarımızda: Əlzadə “miyəllim”i qalstukundan tutub sürüyən hüquq-mühafizə işçisi kim idi? 

  Zaur Ağalaroğlu                                                                         "Cənub xəbərləri" qəzeti

Комментариев нет:

Отправить комментарий