Страницы

22.11.2010

Mənfi və müsbət azadlıq

Sayman Aruz
Dünya Azərbaycanlı Yazarlar Qurumu 

Azadlıq da demokratiya kimi elə bir termindir ki, müxtəlif mənalarda işlənilir. Siyasi sahədə azadlıq iki əsas mənaya malikdir: Müsbət azadlıq və mənfi azadlıq.
MƏNFİ AZADLIQ. Azadlığın təriflərindən biri də icbari olmamasıdır. İcbari halı digərləri sizi başqa bir formada davranmağa vadar etdiyi zaman yaranmış olur. Yaxid sizi özünəməxsus davranışınızdan əl çəkməyə məcbur edirlər. Əgər biri sizi məcbur etmirsə sözün mənfi mənasında azad hesab olunursunuz. Həqiqətdə mənfi azadlıq hər hansı maneələrdən və icbari vasitələrdən azad olmaq deməkdir. Əgər biri sizə müəyyən bir işi həyata keçirməkdə mane olmursa, bu cəhətdən azadsız. Adətən dövlətlər insanların azadlığını müəyyən həddə qədər məhdudlaşdırırlar. Adətən bu sahədə görülən tədbirlərin səbəbini cəmiyyətin hər bir üzvünün mənafeyinin qorunması kimi izah edirlər. Amma ümumilikdə liberal nəzəriyyəçilər daha çox fərdi azadlığa təkid edir və onların fikrincə dövlət heç bir vəchlə bu azadlığı məhdudlaşdırmamalıdır.
MƏNFİ AZADLIĞIN ŞƏRHİ. Əsas məsələ nəyin ziyan olduğunu müəyyən etməkdir. Adətən fərdin hüquq və azadlığa malik olması onun üçün arzuolunan, hüquq və azadlıqdan məhrum olmaq isə ziyan hesab olunur. Praktiki olaraq nəyin ziyan olmasını aşkar etmək çətin nəzərə çarpır. Belə bir sual da qarşıya çıxır ki, bəzi hallarda bu ziyanlar psixoloji aspektə malik olduğu təqdirdə onu hiss etmək və dəyən ziyanın həddini müəyyən etmək, eyni zamanda həmin ziyanın sonralar xeyirlə nəticələnməyəcəyini hansı metodla təyin etmək mümkündür?
MÜSBƏT AZADLIQ. Müsbət azadlıq müstəqil yaşam azadlığını özündə əks etdirir. Müsbət siyasi azadlıq mühüm əhməiyyət kəsb edir. Sizin müstəqil yaşam tərzinə malik olmağınız müsbət azadlığa malik olmağınəz mənasını verir. Həyatda müstəqil yaşam tərzinə malik olmadığınız təqdirdə azad hesab olunmursunuz. Azadlıq tərəfdarları bu fikirdədirlər ki, həqiqi azadlıq özlüyündə bir növ tərəqqidir və dövlətlər özləri yaşamları barədə qərar qəbul etməlidirlər.
MÜSBƏT AZADLIĞIN ŞƏRHİ. Müsbət mənada azadlıq mümkündür ki, müəyyən bir şəxsin əlində ədalətsiz zorakılığın tətbiqində istifadə edilsin. Mümkündür ki, dövlət nümayəndələri azadlığınızı artırmaq məqsədilə sizə yardım göstərmək bəhanəsilə sizi hər hansı müəyyən davranışa təhrik etsinlər. Həqiqətdə tarix boyu müsbət mənada azadlıqdan dəfələrlə bu vasitə ilə sui- istifadə edilmişdir. Tarix də sübut edir ki, əgər azadlıqdan bu şəkildə sui-istifadə edilərsə onda təhlükəli forma almış olur.

Комментариев нет:

Отправить комментарий