Страницы

13.11.2010

POLİTTEXNOLOQİYA

Həmid HERİSÇİ                        marakaqol@rambler.ru

 Bizlərə qan udduran Qarabağ olayını elə əsl polittexnoloqiya məhsuludur da, ay keymollalar. SSRİ-ylə ideoloji mübarizə aparammayan, bu sahədə leninizmə uduzan Sem dayı, silahı yerə qoymur, polittexnoloji vasitələrə əl atır. Bu dəfə birbaşa, antisovetizmlə hucuma keçmir oraq-çəkicli vətənimiz üzərinə- millətlərarası münaqişə atır aramıza, proletar beynəlmiləlçiliyi sütununu dağıdır, nəticədə ölkə dağılmağa başlayır. Qulağınızda sırğa eləyin- Qarabağ, xarici kəşfiyyat mərkəzlərinin SSRİ-ni dağıtmaqdan ötrü düşündüyü tam məxfi polittexnoloji planın, bəli, ən ciddi halqasıdır. Mərc gəlirəm, SSRİ-ni dağıtmağa yönlənmiş bu əməliyyatın gizli adı da, təəccüblənməyin, elə «Qarabağ» olub. 1989-cu ildə İrandan Rumınyaya geri dönən ölkə başçısı N.Çuşesku, qəfildən həbs olunur, dindirilir, «Eh, bu Qarabağ!» deyincə anında güllələnir (Vikipediya, «Çauşesku» məqaləsi)…
 Nəyə görə o, bu adı heç dilinin ucuna belə gətirməməliymiş, hə? Həmin kirli əməliyyatdan xəbərdar imiş, deyirəm, bəlkə o? Qarabağ faciəsi, biləsiz, həmin «Qarabağ» əməliyyatının indi də davam etməsi ilə əlaqədar, hələ gündəmdədir.
 KİÇİK HAŞİYƏ:Lənətəgəlmiş bu tam məxfi əməliyyatı, KQB ilə Amerika kəşfiyyatının birgə «sənət əsəri» də saymaq olar. Qorbaçovun antisovet fəaliyyətindən, məxfi «Qarabağ» əməliyyatından xəbər tutan Pekin, Havana, Buxarest, Xanoy, Pxenyan, Praqa, Xonekker rejimləri, sən demə, Moskvasız yeni sosialist şəbəkəsi yaratmaq istəyirmişlər, lakin düşmənlər bunun qarşısını almış, «qara məni basınca, mən qaranı basım» deyərək, Şərqi Avropanı, «uf!» demədən imperialistlərə təhvil vermişlər… Çauşeskunun atom silahı da varmış, qətlindən bir həftə öncə İranda səfərdə olarkən, Rumıniya lideri Tehranla bu sahədə təcrübə mübadiləsinə hazırlaşırmış (xarici mətbuat səhifələrindən).
  ***
 Beləliklə yazımızın ən həlledici nəticəsini almış oluruq indi-SSRİ, ideoloji mübarizə müstəvisində alınmaz Brest qalasıydı, ideoloqiya sahəsi, polittexnoloqiya ilə əvəz edildikdə, tfu sənə, heyif, o buna qarşı hazırlıqsızıydı. Yəni SSRİ ideoloji yox, polittexnoloji silahla qətlə yetirilib.

Комментариев нет:

Отправить комментарий