Страницы

25.11.2010

QIZCIĞAZ

Sima Ənnağı
 
Yay gələndə nədənsə
Çevrilirəm qızcığaza,
Kiçilirəm,
Oluram bapbalaca.

Ayağımda yüngül səndəl
Ora-bura boylanıram,
Kəpənəkləri,
Havada uçan ləçəkləri,
Məndən budaqlarda gizlənən
Parabüzənləri
Qaçıb tuturam gilə-gilə.

Baxıram gölməçədəki əksimə,
Vururam əlimlə su güzgüsünə,
Əksim parçalanır yüz mənə,
Su sıçrayır üzümə,
Günəş damlalarla birgə üstümə qonur,
Basır ağuşuna məni,
Aparmaq istəyir özüylə
Səmanın ənginliyinə…

Yay qurtardı.

Yenə də böyüdüm,
Ciddiləşdim, sərtləşdim.
Fəqət hərdən
O qızcığaz şıltaq-şıltaq
Boylanır içimdən…

Комментариев нет:

Отправить комментарий