Страницы

04.11.2010

“Sağ əli ürəyinin üstündə”

Əlisəmid Kür Cavanşir Yusifli haqqında: 

 Cavanşir Yusifli ədəbiyyata ciddi yanaşan söz adamıdı; o, əsl sözün namus-ismətini qoruyan yazıçılarımızdandı.
 Namuslu ədəbiyyatın təəssübünü çəkmək, yad notlardan, bəzək-düzəkdən onu təmizləmək, sözə can vermək Cavanşirin tale qismətidi.
 Lap çoxdan hiss etmişdim ki, o, gizli-gizli poeziya ilə nəfəs alır; şerlərini oxuyanda yanılmadığıma sevindim və onun bəzi yazarlara ironiya ilə gülümsəməsinin sirrini anladım; bu ironiyada səmimiyyət var, yaxşı mənada çoxbilmişlik var, boyundan hündürə atılmamaq «qorxusu» var, həqiqəti susmaqla demək bacarığı var. Belə söz adamlarının hələ qeybə çəkilmədiyi bu məşəqqətli və ağır dövranda adam nəfəsini qorumaq istəyir, yaşamaq üçün sağ əlini ürəyinin başına qoyaraq, dünyaya gəldiyinə şükür diləyir!

                                                                                                "Yeni xəbər" qəzeti

Комментариев нет:

Отправить комментарий