Страницы

13.11.2010

Yəhudilər SSRİ-ni necə dağıtdılar?

Pərdəarxası

Anar Ramizoğlu
 
I hissə: Nə Stalin, nə də ki Beriya pis adam olmayıblar, onlar sadəcə yəhudi təbliğatının qurbanlarıdır

 Sovet tarixinin ən şanlı dövrü Stalin dövrü idi. O, tarixdə yeganə “Xalqlar atası” adını almış şəxsiyyət olmuşdur. Stalinin ölümündən sonra SSRİ-də 2 milyon adamın intihar etməsi faktı da maraqlıdır. Çünki Stalin yəhudilərə qarşı mübarizə aparır, Sovetlər ölkəsini sionistlərin cənginə vermək istəyən ünsürləri ustalıqla aşkar edərək sıradan çıxarırdı. Bizimlə polemikaya girmək istəyən şəxslərə qabaqcadan bildiririk ki, bunu biz yox, real tarixi hadisələr, sübutlar və faktlar təsdiq edir. Siz müasir yəhudi maliyyəsi ilə fəaliyyət göstərən mətbuatın, sionistlərin nəzarətində olan müasir KİV vasitələrinin yazdıqlarına inanmayın. Stalin Sovet xalqlarının xilaskarıdır. O olmasaydı, Sovetlər ərazisi çoxdan Yəhudi imperiyasının bir əyaləti kimi xəritəyə düşəcəkdi, sərvətləri doğma məmləkətimizdə olduğu kimi talan edilib İsrailə daşınacaqdı.
 1953-cü ilin martın 5-də Stalinin vəfat etməsi (daha doğrusu sionistlər tərəfindən zəhərlənməsi) dövlət işçiləri arasında müəyyən problemlərin yaranmasına səbəb oldu. Stalindən sonra ölkə rəhbərliyində hakim mövqeləri tutan Malenkov və Beriya Mərkəzi Komitənin səlahiyyətlərini müvafiq dövlət strukturları arasında yenidən bölüşdürmək təklifini irəli sürdülər. Həm Beriya, həm də Malenkov sırf stalinçi idilər. Məhz buna görə də 1953-cü ilin yayında Beriya çevriliş bəhanəsi ilə həbs olunub güllələndi. Beriya Sovet imperiyasında yeganə şəxs idi ki, Stalinin yanına yoxlanılmadan buraxılırdı. Çünki bunu Stalin özü tapşırmışdı. Yəhudilərdən hər an təhlükə gözləyən Stalin Beriyaya özü kimi inanırdı. Beriya da ona qarşı çox sədaqətli idi.
 Bundan sonra hakimiyyətdə əsas rolu Nazirlər Sovetinin sədri Malenkov və partiya rəhbərliyində başlıca sima olan Xruşşov oynadılar. Bu da özünü çox gözlətmədi. Beriyanın güllələnməsindən iki il sonra, yəni 1955-ci ilin fevralında Malenkov da “Leninqrad işi” bəhanəsi ilə vəzifədən çıxarıldı. Məhz o həmin Malenkov idi ki, 1953-cü ilin avqustundaki proqram çıxışında Sovet iqtisadiyyatına yeni nəfəs vermək üçün iqtisadi islahat ideyalarının tətbiq edilməsi və sənaye istehsalında çox işlənən malların kütləvi istehsalına üstünlük verməyi təklif etmişdi. Təəssüf ki, Malenkovun qəsdən vəzifədən kənarlaşdırılması bu dəyərli təklifin həyata keçməsinə mane oldu.
 Malenkovdan sonra bu vəzifəyə antistalinçi (yəhudi nökəri) Bulqanin təyin olundu. Bununla da hakimiyyət uğrunda mübarizənin növbəti mərhələsi başa çatdı. Bu, əslində bütün stalinçilərin zəiflədilməsi demək idi. Lakin bu stalinizmi tam fəth edə bilmədi. Bunu həzm edə bilməyən Xruşşov 1955-ci ilin fevralından sonra Malenkov, Molotov, Kaqanoviç və “Birləşmiş Mühafizəkar qrup”la hakimiyyət uğrunda mübarizə aparmalı oldu. Xruşşov 1957-ci ildə MK-nin iyun plenumunda Birləşmiş Mühafizəkar qrupuna “antipartiya qrupu” damğası vuraraq, onları tutduqları vəzifədən kənarlaşdırdı. Beləliklə bu dəfə də, xruşşovçular mühafizəkarlar üzərində qələbə çaldı. Əslində bunların gizli adı “Mühafizəkarlar” yox, məhz Stalinçilər idi.
 Yenə də ürəyi soyumayan xruşşovçular qisasçılıq makinasını işə salmaqla 1957-ci ilin oktyabrında ölkə rəhbərliyində böyük nüfuz qazanmış marşal G. Jukovu MK-nin Rəyasət Heyətrinin üzvü və Müdafiə Naziri vəzifəsindən kənarlaşdırdılar. Kim idi bu Jukov? Niyə görə bu dəfə məhz Jukov hədəf seçildi? Bəli, Jukov məhz Sovet QRU-sunun (Qlavnoe Razvedıvatelnoe Upravlenie- Baş Kəşfiyyat İdarəsi) rəhbəri idi. Ona görə hədəf idi ki, o da Beriya, Malenkov və Molotov kimi stalinçi idi. O, öz rəhbərinə sadiq idi, Stalin ənənələrini davam etdirən QRU-nun sərkərdəsi idi. Xruşşov artıq mühafizəkarları vəzifədən uzaqlaşdırdıqca öz yerini möhkəmlədirdi.
 Bunların tam nəticəvi sübutu kimi Sovet tarixində hamıya məlum olan bir hadisəyə, daha doğrusu bir qərara diqqət yetirsək, nəhayət bağlı qalan sirlərdən tam agah olarıq. Belə ki 1956-cı ilin qarlı fevralında keçirilmiş Sov.İKP-nin XX qurultayında çıxış edən Xruşşov “Stalin şəxsiyyətinə pərəstiş”i kəskin tənqid etdi. Nəticə özünü çox gözlətmədi. Elə həmin ilin iyunun 30-da MK-nın “Şəxsiyyətə pərəstiş və onun nəticələrinin aradan qaldırılması barədə” qərarı artıq pərdəarxası gedən mübarizəni tam çılpaqlığı ilə ortaya qoydu. Ortada həmin qərarın verilməsinə səbəb olan bir amil var idi. Bu da Sovetlər Birliyində “Millətlər atası”na əsl xilaskar, əsl rəhbər, əsl idarəçi kimi, ən əsası, əsl şəxsiyyət kimi baxılması idi. Buna görə də xruşşovçular (oxu: gizli sionist qurum) bu münasibəti həzm edə bilmirdi.
 30-40-cı illərdə antisovet təbliğatına görə repressiyaya məruz qalmış insanlara bəraət verilməsi bu ocağın yenidən alovlandırılması demək idi. Və bunun davamı olaraq bolqar, inquş, kalmık, qaraçay, çeçen xalqlarına muxtariyyatın verilməsini gizli olaraq Sovetlər birliyinin parçalanmasının I mərhələsi kimi başa düşmək olar.
 Xruşşovun islahatları öz bəhrəsini vermirdi. Kənd təsərrüfatı zəifləyir, sənaye son nəfəsini verirdi. Əhalinin vəziyyəti getdikcə ağırlaşırdı. Məhz indi deyəcəyimiz tarixi fakt bəzi şeyləri sübut etməyə əsas verir. Belə ki Xruşşov heç bir məntiqə sığmayan belə bir qərar verir: “Qəti olaraq xam və dincə qoyulmuş torpaqlar əkilməlidir”. Özü də bu harada nəzərdə tutulsa yaxşıdır? Türkmənistanın ilan mələşən boz səhralıq çöllərində! İnsanların olan-qalan taxıllarını əlindən alıb məhv etməyə başladılar ki, bu da dünya əhalisini acından qırmaq kimi yəhudilərin planının tərkib hissəsi idi. Xruşşovun kənd təsərrüfatında qəsdən böhran yaratması və xaricdən ilk dəfə olaraq taxılın alınması da onu göstərdi ki, artıq SSRİ qəsdən xarici dövlətlərdən asılı vəziyyətə salınır. Onun irəli sürdüyü “qarğıdalı epopeyası” da kənd təsərrüfatında acınacaqlı vəziyyəti daha da pisləşdirdi. Nəticədə taxıl istehsalı yenidən aşağı düşdü. Yəhudilərdən başqa SSRİ-dəki bütün xalqlar aclıq və səfalət girdabına yuvarlandılar.

II hissə: Stalin- əsl xilaskar, əsl rəhbər, əsl idarəçi kimi

 1959-cu ildə Xruşşov tərəfindən utopik bir ideya da ortaya atıldı. “Üç il müddətində heyvandarlıq məhsulları istehsalına görə ABŞ-a çatmaq və onu ötüb keçmək” kimi cəfəng hərəkat başlandı. 1961-ci ildə Xruşşov XXII qurultayda 20 il müddətində ölkədə “kommunizm cəmiyyəti” qurmaq proqramını qəbul etdi. Sonradan bu adın xülya və müəyyən dövr üçün manevr olduğu üzə çıxdı. Artıq yəhudilər bütün məsul vəzifələri tutmuşdular. Məqsədin böhrandan səfalətə düşmüş xalqa yalandan təskinlik vermək olduğu aşkarlandı.
 Xruşşovun MTS islahatı da özünü doğrultmadı. MTS, yəni Maşın-Traktor Stansiyalarının qurulması və kənd təsərrüfatı texnikasının yüksək qiymətlə kolxozların istifadəsinə verilməsi tədbiri də qərəzli idi. Məhz həmin tədbir qabaqcadan düşünülmüş şəkildə bir sıra kolxozların müflisləşməsinə gətirib çıxardı. Yəhudilər kolxoz və sovxozları məhv etmək kimi məkrli niyyətlərinə nail oldular. Çünki kolxoz və sovxozları məhz Sovet xalqının rifahı üçün çalışan Stalin yaratmışdı. “Kollektivləşmə”ni Stalin bərqərar etmişdi. Bu həmin kollektivləşmə idi ki, pərakəndə cəmiyyəti, kəndliləri bir araya gətirdi, mütəşəkkil və mehriban cəmiyyət yaratdı. Və bundan sonra növbə “qolçomaq”lara çatmışdı. Millətlər atası qarşıya belə bir vəzifə qoymuşdu: ümumi işin inkişafı naminə “qolçomaq”lığı təcili olaraq ləğv etmək. Stalin sovxoz və kolxozları yaratmaqla əsrlərlə davam edən ağa və qul münasibətlərinə son qoydu, əslində isə yəhudilərin dünya xalqlarını nökər işlətmək siyasətinə balta vurdu. Qədim Şərq anlayışı ilə desək, Stalin SSRİ-də “quldarlığı” ləğv etmişdi.
 Məhz Stalinizmin qatı düşməni olan masonluq SSRİ-ni içəridən parçalamaq üçün gizlincə “kosmopolitizm” ideyalarını ortaya atdı. Lakin Stalinçilər kosmopolitizmə qarşı mübarizəni genişləndirdilər. Və nəticədə həm ideoloji, həm də mədəni cəhətdən onu məhv edərək “Dəmir pərdə”ni bərpa etdilər.
 Bəzi araşdırmaçılar Stalin islahatları ideologiyasının marksizm-leninizm olduğunu qeyd edirlər. Əslində isə belə deyil. Onun ideologiyası sırf “Stalinizm” ideologiyası idi. Bu böyük, güclü, nəticəsi ümumi rifaha hesablanmış möhtəşəm ideya idi. Bu isə Xruşşovu pərdəarxasında idarə edən yəhudilərə sərf etmirdi və reaksiya özünü çox gözlətmədi.
 60-cı illərin əvvəllərində iqtisadi çətinliklər əhalidə yeni bir narazılığa səbəb olmuşdu. Və nəhayət 1964-cü ilin oktyabrında Xruşşov ikiəlli tutduğu vəzifələrdən azad edilərək pensiyaya göndərildi. Bu vaxt belə bir əhvalat olur. Xruşşov vəzifədən azad edilib evə gəldikdən sonra portfelini stolun üstünə tullayır. Bunu görən oğlu atasından soruşur ki, ata, səni ki vəzifədən azad ediblər, bəs niyə sevinirsən? Ata Xruşşov üzündə gülüş, içində gizli qorxunu təzahür edən belə bir cavab verir: “Mən ona görə sevinirəm ki, Stalinin vaxtında bu cür işləsəydim, çoxdan güllələnmişdim. Vəzifədən rahat azad edilməyəcəkdim, cəzalandırılacaqdım!”
 Stalinin xofu hələ də qalır. Stalinin dövründə rüşvət, korrupsiya olmayıb, məmurlar xalq üçün çalışmağa məcbur ediliblər. Tarix öz keçmişinə qayıdır desək heç də yanılmarıq. Bir müddət sonra Stalin ideologiyasının tərəfdarı olan Leonid İliç Brejnev hakimiyyətə gətirilir. Brejnev I katib, Kosıgin isə Nazirlər Sovetinin sədri seçilir və onlar 1953-64-cü illərdə, yəni Xruşşovun vaxtında çat vermiş siyası rejimi bərpa etməyə nail olurlar. Ölkəni İsrail, ABŞ nəzarətindən çıxarmağa çalışırlar. Bu sözləri əbəs yerə işlətmirik. Ona görə ki, 1991-ci ildə dağılmış SSRİ ilk dəfə olaraq Xruşşovun dövründə çat verdi. Əslində 91-ci il hadisələrinin kökünü 53-64-cü illərdə axtarmaq lazımdır.
 Xruşşovdan sonra Brejnevin hakimiyyəti dövrü- Dünya tarixində bu dövrün “neostalinizm”(yeni stalinizm), və ya “Qızıl dövr” kimi qiymətləndirilməsi əbəs yerə deyildi. Məhz Brejnevin düzgün islahatları nəticəsində Stalini ittiham etməkdən əl çəkildi, partiya-dövlət ənənəsi gücləndirildi. “Kadrların sabitliyi” xətti, yəni peşəkarların irəli çəkilməsi gücləndirildi. Xruşşovun dövründə irəli sürülmüş bir sıra antisovet tədbirlər ləğv edildi və pislənildi. Bu dövrdə siyasi həyatda Ordunun və Təhlükəsizlik orqanlarının rolu daha da artırıldı. Müdafiə proqramının maliyyələşdirilməsi xeyli yüksəldi. Bu sahədə əsas xətt QRU-ya şamil edildi. QRU-nun səlahiyyətləri genişləndirildi və maliyyələşdirilməsi sürətləndirildi. Beləliklə, dissident və qəsdən yaradılan sosial gərginliyin aradan qaldırılması üçün təhlükəsizlik orqanlarının möhkəmləndirilməsinə xüsusi qayğı göstərildi.
 Brejnevdən sonra SSRİ-yə 17 il Sovet DTK-sının sədri olmuş Andropov rəhbərlik etdi (1982-84). Sonra isə Çernenko 84-85-ci illərdə gətirildi. Məhz sonuncunun gətirilməsi ilə ölkədə milli gəlir azaldı, ölkə böhran vəziyyətinə düşdü. Nəhayət, bu tədbirlərin arxasında gizlənən mason agenti Mixail Qorbaçov 1985-ci ilin martında rəhbərliyə gəldi. Bundan sonra Sovet rəhbərliyi guya ki ölkəni sosial-iqtisadi böhrandan xilas etmək üçün yollar axtarmağa başladı. 87-ci ildə Qorbaçov tərəfindən “Yenidənqurma və aşkarlıq” adlı utopik bir ideya ortaya atıldı. Onun “aşkarlıq” xətti yeni milli münaqişələrin yaranmasına və antisovet təbliğatının gücləndirilməsinə xidmət edirdi. “Aşkarlıq” şüarı yəhudilərin hazırladığı sırf antisovet bir şüar idi. Məhz bunun nəticəsində 1987-ci ildə yaradılmış komissiya tərəfindən Stalin kütləvi repressiyalarının qeyri-qanuni olduğunu bildirdi və yüz minlərlə adama bəraət verdi. Masonluğun gizli devizi olan “daha çox demokratiya, daha çox sosializm” artıq bərqərar olmuşdu.
 90-cı ildə SSRİ-də prezidentlik vəzifəsinin təsis edilməsi və Qorbaçovun I prezident elan edilməsi SSRİ-nin qeyri-rəsmi süqutu demək idi. 1991-ci il dekabrın 25-də Qorbaçovun istefası isə artıq SSRİ-nin rəsmi süqutu idi. Qorbaçov öz missiyasını yerinə yetirmişdi. 

Комментариев нет:

Отправить комментарий