Страницы

30.12.2010

Arzumu parıldadan kimdir?

Sofya Sadıqlı


Mayda Almaniyada keçriləcək “Eurovision-2011” beynəlxalq mahnı yarışmasına artıq iştirakçı dövlətlərin çoxu öz namizədlərini seçiblər. Bizdə isə azərbaycansayağı vur-çatlasındı. Hələ də namizədlər arasında seçim turu başa çatmayıb. Namizədlər çoxdu, amma üç nəfərin adı daha çox hallanır. Arzum, İlqarə Kazımova və Aynişan Quliyevanın seçim turuna qartılması seçimin şəffaflığına şübhə yaradıb. Onsuzda bu ölkədə bütün seçkilərin tapşırıqla sonuclandığını görən camaat bu dəfə də həmişəki kimi yuxarıların zövqünün şahidi olacaqlar. Söhbət də elə yuxarılardan gedir. Deyilənlərə görə, Arzum “Eurovision”un Azərbaycandakı bütün hüquqlarına sahib çıxan İctimai Televziyanın (İTV) direktoru İsmayıl Ömərovun sevimli müğənnisidir. Məhz İsmayıl Ömərovun zövqünə əhəmiyyət verən olsa o zaman ağ bənizli, sarı saçlı, gözəllər gözəli Arzum Almaniya səhnələrində tüğyan edəcək. 
Amma torbada pişik var. deyilnələrə görə, İlqarəylə, Aynişanın arxası daha böyükdür. Belə ki, müğənni Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov himayə edir. Amma müğənni Aygün Kazımovanın qızı İlqarənin arxası ondan da güclüdür. Deyilənlərə görə, İlqarəni fövqaladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov seçib. Bax belə, buna deyirlər azərbaycansayağı seçim turu.  
 
“Maşın”dakı pıçıltılar aləmə yayıldı

Lider TV yenə də Murad Dadaşovun aparıcılığıyla “Maşın” realiti şousunu yayımlayır. Murad şouxanamızın qaymaqlarını başına yığıb döyüşdürür. Daha doğrusu başqa vaxtlarda bahalı maşınlarını, evlərini reklam edənlər indi bütün günü əllərini bir maşının üstünə qoyub bütün sifətlərini onu əldə etməkdən ötrü açıb-tökürlər ortaya. Artıq şounu bir-neçə nəfər tərk edib. Onların arasında Aygün Kazımova da var. O, plastik əməliyyatlar kraliçası, palatka toylarının mahir ifaçısı Rəqsanəni qucaqlayarkən çaşıb əlini maşının üstündən götürdü. Bununla da iş bitdi. Amma maraqlısı odur ki, Murad Dadaşov həmişə olduğu kimi bu dəfə də özünə sərf etdiyi üçün ört-basdır etməyə çalışsa da Aygün onun “sədəqəsini” başına çırpdı. O, özü şoudan getmək istədiyini deyəndən sonra Murad Aygünün əlini çəkdiyi anı sərgiləyən kadrları göstərdi. Üstəlik, o, Aygünü yenidən yanına çağırsa da şampanyella Muradın çağrışına məhəl qoymadan şounu tərk etdi. 
Bu atışmada qazanan Rəqsanə oldu. O, göz yaşlarına bülənd olub elə yazıqlandı ki, Murad onu şouda saxlamağa məcbur oldu. 
Amma şouda marağa səbəb olan ikinci məqam da heç kəsin gözündən yayınmayıb. Iştirakçılardan Aqil E.Quliyevlə Türkiyədə yaşayan azərbaycanlı model Nigar Talıbova arasında baş verən gizli sevgi oyunları hamının diqqətini özünə cəlb etdi. Aqilin “Maşın”ı tərk etməsi isə əsl şounu izləyən tamaşaçıların da oyunu yarımçıq buraxması ilə nəticələndi. Belə ki, çoxları “bundan sonra orda maraqlı heç nə yoxdur” deyib, “Maşın”a baxmadı.  

Röya yenə sevir?
 
Adıçəkilən şounun iştirakçılarından bir də Röyadır. Hazırda hamilə olan Röya elə bu vəziyyətdə saatlarla ayaq üstə, əli maşında dayanmağa məhkumdu sanki. Qızı olacağını deyən Röya Muradla yaxın dostluğundan istifadə edib şouda yetənə yetir, yetməyənə bir daş atır. O, skripkaçı Ceyhunu, müğənni Vasif Məhərrəmlini yaş yuyub, quru sərir. Belə yerdə deyərlər arxalı köpək qurd basar.
Arxada kı, nə arxa. Ötən gün ANS-in “Zərif çərşənbə”sinə çıxan Röya bir daha müxalifətə nifrətini dilinə gətirdi. Bu təbiidir, axı müxalifətdə Röyaya “Range Rover” alan tapılmayacaq. Röya eyni zamanda hazırda böyük kürsülərdə oturan bərkgedənlərin hamısını dərindən sevdiyini dedi. Bir uşaq anası, hamilə Röya ən çox da ARDNŞ-in prezidenti Rövnəq Abdullayevi o birilərindən lap çox sevdiyini də dilinə gətirdi. Sən demə, qızın dərdi varmış. Elə verilşə də buna görə çıxan “ulduz” rahatladı. Amma hamilə, ərli qadının telekanala çıxıb özünə “sponsor” axtarması ayıb deyil, ayıb olan odur ki, belələri televizyaya çıxıb xalq əxlaq dərsi keçirlər.  
 
Xuraman Brilliant Dadaşovaya meydan oxudu

Ötən gün “Space”yə çıxan müğənni Xuraman şouxanamıza bir meydan oxudu ki, gəl görəsən. Sən demə, şouxanamızda ən yaxşı toy aparan elə Xuraman imiş. Ərə gedəndən sonra özünü Röyadan fərqli olaraq bir az abırlı-həyalı aparmağa çalışan Xuraman hamilə olduğunu mətbuat katibi vasitəsilə bəyan etdirsə də, özü bu barədə danışmır. Bəs nə, abırlı qadınlar belə olur. Belələrinə deyən gərəkdi, balam siz niyə abırnızı ərə gedəndən sonra sərgiləyirsiz? Abır yaxşı dəyərdi, amma həmişə ola. 
 
İti sevdiyi üçün dərisini geydi

Deyirəm, bizim şouxanamız əsl dəlixanadır. Bu dəlixananın aparıcı üzvlərindən də biri Elza Seyidcahandı. Guya heyvanları sevdiyi üçün onlara konsert verdiyini deyən müğənni bunun ardınca xəz, dəri geyimlərini reklam edir. Harda bir xəz dükanı açılır, Elza özünü ora çatdırır. Deyirəm, adam heyvanları nə qədər sevərmiş. O günlərdə seyid qızı pişiyini gətirmişdi studiyaya və onu çox sevdiyini deyirdi. Ağlıma fantastik bir fikir gəldi. Bəlkə də Elza bir gün bu pişiyin başını üzüb, ətindən şorba bişirəcək, dərisini isə belinə bağlayacaq. Adətən xəzi qadınlar çiyinlərinə salırlar, amma Elza avanqard olduğu üçün belə etməyəcək. Bir sözlə, deyir pişik balasını çox istədiyindən yeyir. İndi Elza da pişiyini çox istədiyindən yeyəcək. Bax əsl avanqardizm buna deyərəm. Çünki indiyə qədər heç bir “ulduz” saxladığı heyvanın başını üzməyib, ətini yeməyib, xəzini belinə bağlamayıb. Elə isə, bu Elza niyə dayanıb, görən? 

Комментариев нет:

Отправить комментарий