Страницы

19.12.2010

Axısxa türkləri- qan qardaşlarımız

Samir Süleymanlı  
Professional Oxucu Liqası

Xatırladaq ki, 1944-ci ilin noyabr ayının 14-dən başlayaraq 15-i səhərə qədər Gürcüstan Respublikasının ərazisində yerləşən dörd türk rayonda; Axısxa, Adıgün, Aspinza, və Bağdonofkada yaşayan 116 min nəfər Axısxa türkü öz ata-baba yurdundan sürgün edilibdir.
Hazırada dünyada 500 mindən artıq Axısxa türkləri yaşayır və onların 70 min nəfəri Azərbaycanda məskunlaşıb. Onların 1200-ə yaxını Gəncə şəhərində, əsasən Türklər adlı qəsəbədə yaşayırlar. Bu qəsəbədə yaşayan 74 yaşlı Həmdi Əmirxanov o günləri belə xatırlayır:
“1940-cı ildə biz yaşadığımız yerlərə dəmir yolu çəkildi. Həmin dəmir yolunun çəkilişində bizim türklər çalişıb və onların əksəriyəti qadınlar, uşaqllar və qocalar idi. Cavanlarımız müharibədə idilər, biz hardan bilərdik ki, özümüzün çəkdiyimiz dəmir yolundan ilk olaraq bizlər sürgün olunaraq qatarlarla keçəcəyik”.
Həmsöhbətimiz yerli hökümətin türklərin çəkdikləri dəmir yolu ilə görüşlərinə Iosif Stalinin gələcəyini dediklərini bildirdi. Lakin İ.Stalin gəlmədi, onun qərarı ilə axısxalıların qara günlərinin başlanğıçını qoyan fərman verildi. Türkiyə ilə həmsərhəd ərazidə yaşayan axisxalıların sovetlərə qarşı çıxaraq qonşusu ilə birləşməsindən ehtiyyat edən diktator onlarin öz torpaqlarından köçürülməsinə qərar verir.
“Bizi düz 72 qatar vaqonuna dolduraraq ac-susuz uzaq Türkistana doğru sürgün etdiler, yollarda kimi acından, kimi ise soyuqdan, xəstəlikdən öldülər. Hətda ölənləri basırmağa bele imkan vermirdilər, elə qatar gede - gedə cəsədləri yollara atırdılar”.
Həmid dayının sözlərinə görə, sürgün olunanlar düz dekabrın 30-na kimi, yəni 40 gündən çox yeni ünvanacan yol getməli olublar. Sonra isə Axısxalı türkləri Özbəkistan Respublikasına gətirilərək Buxara və Kaşkadərya vilayətlərinə yerləşdiriliblər.
“Orada bizə evlər verdilər, kalxozlarda işlə təmin etdilər. Burada 1956-cı ilədək bizlərə qarşı komendant vaxtı təyin etmişdilər. Yalnız komendant vaxtı ləğv edildikdən sonra bizlərə xaricə getməyə icazə verdilər. Lakin Gürcüstana getməyə hələdə icazə verilmirdi. Mən ailəmlə birgə 1982 ci ildən Azərbaycanda yaşayıram, burda bizləri yaxşı qarşıladılar ev verdilər işlə təmin etdilər”.
Qəsəbənin digər bir sakini 83 yaşlı Məhəmməd Aslanovun sürgün zamanı 22 yaşı olub. Onun sözlərinə görə, 1944 cü ildə hələ türklər sürgün edilməzdən öncə, oktyabrın 25-dən etibarən onları tez-tez kolxozun binasına yığaraq, ərazini təmiz saxlamağı, mal qaranı bir yere yığmağı tapşırırdılar. Bu türklərə qarşı təziqlərin başlanması olmaqla yanaşı, heç də ürək açan olmayan gələcək bəlalardan xəbər verirdi:
“Noyabrın 13-də Axısxada iməclik keçirilirdi, ayın 14-də isə ərazini türklərdən təmizlədilər. Bütün Axısxalıları bir yerə yığıb maşınlara dolduraraq stansiyaya getirdilər və orada boş qatarlara doldurdular. Beləliklə noyabrın 15-də türklər öz torpaqlarından sürgün edildilər. Soyuq hava, aclıq, susuzluq adamları haldan salmışdı, yolda bir çox insanlar aclıqdan, xəstəlikdən öldülər. Hətda bəzən bizlərə nəzarət edən əsgərlər qatardakı adamların bir necesini seçib kənara aparıb güllələyirdi. Ümümiliyətlə sürgün zamanı bizlərlə vəşicəsinə raftar edilirdi.”
Digər bir axısxalı 87 yaşlı Kamal Paşalıoğlu bildirdi ki, gözlənilməz sürgün zamanı onlara özləri ilə heç bir əşya gütürməyə imkan verilməyib: “Bizi beş saat içində şəhər meydanına yığdılar, maşınlarla stansiyaya, oradan isə qatarlarla təxminən 400 min axısxalını Özbəkistan Respublikasına gətirdilər. Digər axısxalıları isə Qazağıstan, Qırğızıstan və Türkmənistana yerləşdirdilər. Bizləri Özbəkistanda əsasən Fərqanə və Kaşkadərya vilayətlərində məskunlaşdırdılar. Amma bizləri orada da dinc oturmağa qoymadılar. Farqanə hadisələrindən sonra məcbur olduq ki, Azərbaycana gələk. 1989-ildən bəri burada yaşayırıq. Burada isə heç bir problemimiz yoxdur”.
Uzun illər keçməsinə baxmayaraq söhbət zamanı axısxalı həmyerlilərimiz hələ də öz ata-baba yurdlarına qayıtmaq istədiklərini bildirdilər.
Xatirladaq ki 2007-ci il iyul ayının 11-də Gürcüstan parlamenti, 1944-cü ildə sürgün edilmiş Axisxa türklərinin vətənə qayıtması üçün hüquqi haq verən “Gürcüstan Qanunu” qəbul edilib və bu qanundan sonra bu vaxta kimi təxminən 40-a yaxın axisxalı ailələr öz yurdlarına qayıtmışdır.

Комментариев нет:

Отправить комментарий