Страницы

23.12.2010

Azərbaycanda rüşvət tüğyan edir

            Dünyanın rüşvət reytinqində Azərbaycan 47, Gürcüstan isə 3 faizlə dəyərləndirilib

Korrupsiya üzrə beynəlxalq monitorinq aparan “Transparency İnternational” təşkilatının araşdırmalarına görə, hər il Yer kürəsi sakinlərinin dörddə biri rüşvət verməli olur. “Media forum” saytının məlumatına görə, araşdırmada keçmiş sovet respublikaları əhalisinin 32%-nin rüşvət verdiyi qeyd olunur. Bu ölkələr arasında ən az rüşvət halı Gürcüstandadır - sorğuya qatılanların yalnız 3%-i rüşvət verdiyini deyib. Ermənistan əhalisinin 22%-nin rüşvət verdiyi açıqlanıb. Türkiyədə əhalinin 19%-nin rüşvət verdiyi iddia olunur. Belarusun göstəricisi 27%, Ukraynanınkı 34%, Moldovanınkı 37%-dir. Monitorinqin göstəricilərinə görə, Azərbaycan əhalisinin 47%-i rüşvət verir.

Комментариев нет:

Отправить комментарий