Hafiz Mirzə
mirzahafiz@mail.ru
Dahi Nizami Gəncəvi və digərləri əslində nə qədər milli şairdir?
SÖHBƏT SOSİALİZM REALİZMİNDƏN GETMİR
Bəli, ədəbiyyat və incəsənət tam bəşəri məvhumlardır! Yəni musiqini, ədəbiyyatı, incəsənəti milliyətinidən, dilindən, dinindən asılı olmayaraq hər kəs başa düşə, qəbul edə, sevə bilər. Amma bu o demək deyil ki, bütün musiqi əsərləri, ədəbiyyat nümunələri eyni olmalı, rəssamlar, heykəltaraşlar, memarlar eyni cür, eyni xarakterli əsərlər yaratmalıdır və bütün millətlərin yaradıcılıq məhsulları bir-birinə oxşamalıdır. Bu çox böyük yeknəsəklik yaradardı. Qobustan qayalarındakı ibtidai insan rəsmləri də dünyanın digər qədim yaşayış məskənlərindən fərqlənir. Eyni millətin, eyni bölgənin, şəhərin, hətta bir məhəllənin, eyni ailənin iki övladının yaratdığı əsərlər də əgər bir-birinə oxşayarsa onları yaradıcılıq məhsulu deyil, konveyr məmulatı hesab etməyimiz lazım.
Məlumdur ki, hər bir yaradıcı insanın öz görüm-duyum-ifadə dünyası olur. Bu dünyanı o özü yaradır. Əstəğfurullah, hər bir yaradıcı şəxs öz dünyasının allahıdır. Çünki Böyük Allah seçdiyi insanlara özünə məxsus olan YARADICIlıq qabiliyyətindən nəsə üfürmüşdür. Hər bir insan ayrılıqda fərqli bir dünyadır. Amma o öz yaratdıqlarını özü üçün deyil, milləti, xalqı və sonda bəşəriyyət üçün yaradır. Yaradıcı insanları bir-birindən ayıran qlobal fərqlər də var. Ən böyük fərq milli xarakter daşıyır. Sonra ölkə, tarixi-siyasi mühit, din və dil ayrılıqları gəlir. Hətta yaradıcı şəxsin yaşadığı dövrün, torpağın, havanın, suyun da özünün fərqli kaloriti var. Ən əsas bir amil isə onun bir şəxs olaraq fərdiliyidir. Biz özümüzü nə qədər beynəlmiləlçi hesab etsək də əslində DNK-larımıza qədər fərqli və müxtəlifik. Müxtəlifliyin, fərdiliyin ən böyük göstəricisi isə qeyd etdiyim kimi, milli, dini və dil fərqliliyindədir. Bütün bunlar isə onu təsdiq edir ki, hər bir əsərdə milli fərqlər, fərqli milli ruh olmalıdır. Onun gözəlliyi də elə burasındadır. Özü kimi yox, məhz Şekspir, Bayron, Balzak, Emil Zolya, Mopassan, Hüqo kimi, ingilisin, fransızın, almanın həyatından yazmaq istəyən azərbaycanlı yazarın işi fənadır. Bisavad oxucunun nəzərlərində guya ki, o dahiyanə əsər yaratmışsa da, heç də dünyanı fəth edə bilməyəcək. Çünki onun yaratdıqları ingilislər, fransızlar, almanlar üçün çox maraqsız və oğurluq mal kimi olacaq. Bizim yazar heç Nizami və ya Füzuli kimi də yazmamalıdır. Dünya ədəbiyyatına bir Nizami, Füzuli, Nəsimi, musiqisinə Üzeyir bəy, memarlığına Memar Əcəmi kifayətdir. Onları təkrarlamağın nə mənası? Təbii ki, yaradıcılıq məktəbi və bundan bəhrələnmək başqa şeydir! Hər bir yaradıcı şəxs məhz öz istedadını ifadə etməlidir. Bəs Azərbaycanın böyük yaradıcı insanları nə qədər milli və ya ögey ruhlu olmuşdur?! Bundan ötrü əvvəlcə klassiklərimizə nəzər salmaq lazım gəlir. Deyim ki, bu sahənin ətrafına sanki tikanlı məftil çəkilmiş, mina basdırılmış, “tok” buraxılmışdır.
NİZAMİNİN RUHU QARŞISINDA BAŞ ƏYSƏM DƏ…
Dahi Nizami Gəncəvi! Hamıya məlumdur ki, ulu Şeyx İlyas qədim türk(Azərbaycan) torpağı Gəncədə doğularaq, bu diyarın göbəyində oturaraq, hakimiyətdə kürd mənşəli Şəddadilər və ya türk mənşəli Eldəgizlər ola-ola əsərlərini farsca yazmışdır. Böyük Füzuli isə Azərbaycandan kənarda doğulsa da, ömrünün sonuna qədər Azərbaycanı görməsə də, bədəvi ərəblərin içində yaşayaraq, mütləq hakimiyyətdə onlar olsa da, ən gözəl əsərlərini azəri türkcəsində qələmə almışdır. Deməli, bu məsələdə hakimiyyətdə hansı millətin və dilin olması çox da mühüm əhəmiyyət kəsb etmir və əsas meyar kimi götürülə bilməz. Ona görə də Nizamiyə farslar və kürdlər sahib çıxmaq istəsələr də, Füzuliyə yaxın düşməyə heç kəs cəsarət eləmir. Bunu danmaq olmaz ki, Nizami Azərbaycan ədəbiyyatının bayraqdarıdır. Amma bu dildə yaratmayan bayraqdarın bu millətin milli şüuruna nələr bəxş etməsi geniş diskusiya mövzusu ola bilər. Tam arxayınçılıqla Şah İsmayıl Xətaini və eləcə də mövlanə Füzulini, Qazi Bürhanəddini və sonrakıları milli şüurun formalaşmasında əvəzsiz şairlər hesab etmək mümkündür. Xətai, Həsənoğlu, Qazi Burhanəddin, Füzuli, Vaqif, Zakir, Sabir bizim xalqın ruhuna şairanəlik, məhəbbətdə ülviyyət, doğruçuluq, eyiblərin üzərinə gedə bilmək və qəhrəmanlıqda comərdlik bəxş etmiş böyük şəxsiyyətlərdir. Çünki onların yaratdığı ən mükəmməl əsərlər bizim türkcəmizdə idi və buna görə də xalqın milli ruhunu qidalandırırdı. İndi təsəvvür edək ki, əgər Nizami öz əsərlərini öz millətinin dilində yaratmış olaydı. Ondan sonrakılar daha mükəmməl olmazdımı? Nizamini Azərbaycan xalqı özünün minilliklərdən süzülüb gələn poetik zakasının məhsulu kimi yetişdirmiş, ərsəyə çatdırmışdır. Amma mən belə güman edirəm ki, böyük şeyx bunun əvəzini öz xalqına layiqincə qaytara bilməmişdir. Çünki xalqına onu öz dilində oxuyub duymaq və sevmək heç də nəsib olmamışdır. XX əsrin 30-cu illərinə kimi Azərbaycanda onu çox az adam tanıyır, sevir, oxuyur, dərk edir və onun yaradıcılığının ruhunda formalaşırdı. Allah Rəhmət eləsin Firudin bəy Köçərlini və AYB-nin o illərdəki rəhbərliyini.
Yoxsa kim idi Nizamini Azərbaycan şairi hesab edən? Onun əsərlərini Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Məmməd Rahim, Abdulla Şaiq, Mikayıl Rzaquluzadə, Abbasəli Sarıoğlu kimi şairlər dilimizə tərcümə etmişdir. Ağlamalı vəziyyətdir: öz şairimiz dilimizə tərcümə olunaraq tanıdılmağa başlanmışdır. Deməli, biz əslində Nizaminin deyil, adlarını çəkdiyim şairlərin poetik ruhu ilə tanış olmuşuq. Nə olsun ki, əsərlərdəki fikirlər, süjet, təşbeh və ibarələr Nizamiyə məxsusdur, onu azərbaycan türkcəsində və öz bildiyi kimi yazan şəxs ki, yuxarıda adlarını qeyd etdiyim tərcüməçilərdir. Deməli, əslində Nizami yaradıcılığı kimi tanıdıqlarımızı qismən yuxarıdakı mərhumların yaradıcılığı kimi də qəbul edə bilərik. Burada isə effekt o deyil. Çünki nə S.Vurğun, S.Rüstəm, M.Rahim və digərləri Nizami ola bilməz. Nizamini hətta onun öz səviyyəsində, məsələn, Məhəmməd Füzuli də tərcümə edərdisə, yenə də əsil, 100-ə 100% Nizami yaradıcılığı olmayacaqdı. O ki qalmışdı nisbətən aşağı ranqlı sovet şairləri ola. Elə buna görədir ki, Böyük şairin misraları bəzən bəsit öyüd-nəsihətlər xarakterini daşıyır. Mən hələ onu demirəm ki, Böyük şairin əsərlərinin əsas qəhrəmanları və yer adları da (Nüşabə, Fərhad, Bərdə və sairdən başqa ) qeyri milli (İskəndər, Sultan Səncər, Bəhram, Xosrov, Leyli, Məcnun və s.)xarakter daşıyır. Qoy Şekspir də əsasən xristian qərb dünyasının, yəni Böyük Britaniyanın deyil, Azərbaycanın, Rusiyanın və ya Suriyanın tarixi hadisələrinə, qəhrəmanlarına müraciət edəydi və ərəbcə, ispanca, rusca və ya fransızca əsərlər yaradaydı. Mütləqdir ki, ingilislər o halda Şekspiri bunca şərafətləndirməzdilər. Əgər kimsə deyirsə ki, XII-XIII əsr Şərq ədəbiyyatı fars və ərəb dillərinin təsiri altında idi və Nizami də farsca yazmağa məcbur idi, bilin ki, boşboğazlıq edir. Nümunə kimi Füzulinin adını qeyd etdik. Bəlkə də şair qismən məcbur ola bilər, amma buna məhkum ola bilməz! Şahlara öyüd-nəsihət vermək iqtidarında olan bir böyük şair istər Qızıl Arslana olsun, istərsə də Axsitana çox ustalıqla türkcəni yüksək poetik səviyyədə bir əsər yaratmaqla təsdiq etdirə bilərdi. Necə olur, Firdovsi hakimiyyətdə olan türk Sultan Qəznəviyə "Şahnamə" əsərini orada türkləri təhqir edərək də olsa sırıya bilir, mükafatını da alır, amma öz elmi və zəkası qarşısında şahların da baş əydiyi Nizami böyüklükdə bir şəxsiyyət dılğır şahciyəzlərə öz dillərində əsər təqdim edə bilmir!? Görünür, ya şairin buna siyasi iradəsi çatmamış, ya da bütün Şərqdə məşhur olmaq istəyi ona daha şirin görünmüş və mane olmuşdur. Bundan da betər səbəblər ola bilər: məsələn, şairin türkcəni bəyənməməsi, bu dildə danışmaması, heç onu bilməməsi və sair. Elələri günümüzdə nə qədər desən var isə, uzaq keçmişdə də çox olması çox təbiidir. Belə isə, Nizamini təpədən-dırnağa kimi Azərbaycan şairi kimi təqdim edərkən səsimizi bir azca aşağı salmaq lazımdır. O daha çox Şərq şairi kimi təqdim edilməlidir.
Ərazidə doğulmaq və ya bir ayrı yerdə doğulmaq hələ şəxsin nə dərəcədə milli və ya qeyri-milli olmasını ifadə etmir. Şəxsiyyətin hər hansı bir sahənin korifeyi olması onun hələ heç də tam mükəmməl və tam milli sima olmasını da ifadə edə bilməz. Millilik əsərin dilindən, hadisələrin, şəxslərin mənsubiyyətindən və ruhundan irəli gəlməlidir. Dil bu sahədə çox mühüm faktordur. Beləliklə də Nizaminin yaradıcılığı daha çox fars xalqının milli-mənəvi ruhunun formalaşmasına mühüm təkan verə bilmişdir və buna görə də farsların onu öz şairləri hesab etməsi anlaşılandır. Nizamini farslara vermək fikrimiz olmasa da bu belədir.
Bu fikirləri ifadə edərək Böyük Nizaminin ruhunu incitmək fikrindən uzağam. Nizaminin Azərbaycanda doğulması, bu torpaqda dəfn edilməsi, Şərqin böyük şairi olması bizim üçün qürurvericidir. Amma onun yaradıcılığının tam milli səciyyə daşımaması da bir həqiqətdir və bunu da dərk etməyimiz lazım. Nizami bizim milli ruhumuzun doğurduğu enerjini bizdən daha çox fars milli şüurunun inkişafına sərf etmişdir.
BİZİM MİLLİ RUSDİLLİLƏRİMİZ
Sovet dövründə rus dili təhsili almış soydaşlarımızın işi "xod" gedirdi. Nöşünki, onların üzünə çox qapılar laybalay açıq idi. Buna baxmayaraq, ünlü şairlərimiz Mikayıl Müşfiq, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rüstəm, Fikrət Qoca, yazıçılardan Mirzə İbrahimov, Süleyman Rəhimov, Mehti Hüseyn, Anar, Elçin, Əkrəm Əylisli və digərləri heç də küyə gedib rusca yazıb-yaratmadılar. Ona görə yox ki, bu dili bilmirdilər, bilirdilər, amma…
Çünki adlarını çəkdiyim və çəkmədiyim onlarca, yüzlərcə, indiyədək lap minlərcə şair və yazıçı özümüzün milli ədəbiyyatımızın yaranmasına xidmət etməyi məşhurluqdan daha üstün tutdu. Rəsul Rza rusca yazmış olsaydı, Yevtuşenkonu tum kimi cibinə tökərdi. Eləcə də Səməd, Süleyman, Mirzə, Mehti və digərləri… Əvəzində məhz onların xidmətidir ki, Azərbaycanın ədəbi türkcəsi həm Osmanlı, həm Güney, həm də bütün digər türk dillərindən daha mukəmməl şəkildə formalaşmışdır. Amma Məqsud və Rüstəm İbrahimbəyov qardaşları, Çingiz Abdullayev, Ramiz Fətəliyev və digərləri əks yola üstünlük verdilər. Bu onlara məşhurluq və yaxşıca pul qazandırırsa da, uzun ədəbi ömür qazandıra bilməyəcək. Çünki indi sağ olduqlarına və onların hesabına yaxşı pul qazandıqlarına görə ruslara lazımdırlar. Bəs sonra?
Sonra rus özünün Bulqakovunu, Rasputinini, Şukşinini, Davıdovasını, … qoyub bunları - əslində çox da bizim olmayan bizimkiləri təbliğ etməyəcək ki! Ay-hay! Məqsud rusca yazsa da, əsərlərində yenə heç olmasa Bakı və bakılılığın kaloritini saxlamağa çalışır. Rüstəmdə isə millilikdən çox az əlamət var. Bu kişi "Səhranın bəyaz günəşi" ssenarisini yazır, oraya hər cür milləti toplayırsa da, bircə nəfər azəri balasının obrazını əlavə etmir. "Moskva göz yaşlarına inanmır" filmi də hakaza. Amma əgər bir gürcü və ya erməni müəllif olsaydı, hökmən özününküləri də təbliğ edərdi. Və yaxud götürək rusca yazan sevgili kardeşimiz Çingiz Abdullayevi. Onun silsilə detektiv əsərlərinin baş qəhrəmanı kimdir - "Dranqo"! Bu "daranq-durunq"dansa baş qəhrəmanını Əli, Vəli, Mamed, Axmed, Heydər qoysaydı dünya dağılardımı? Çingiz Aytmatov da rusca yazır, amma onun bütün qəhrəmanları qırğızlardır. Buna görə də hələ əski sovetlər birliyi dönəmində adi kənd rusları Qafqazda gürcünü, ermənini tanıyırdı, amma azərbaycanlını yox. Görəsən milləti kim tanıtmalıdır? Əlbəttə,onun övladları, xüsusən də yaradıcı insanlar. Tək bircə mərhum Heydər Əliyev Azərbaycanı bütün dünyada nə qədər tanıda bilmişdi?!
Bütün bunlar öz yerində. Yəni elə çıxır ki, bütün bunlara şükür etməliyik. Çünki indi yeni gələn ədəbi nəsil, məhz özündən əvvəlkilərin qeyri milli yaradıcılığı üzərində formalaşaraq, muğama da, kamançaya da, meyxanaya da, qoşmaya-gəraylıya da, aşıq sənətinə də, dinə də, imana da, azana da, lap sünnət ayininə də "daloy" deməyə başlayıb. Kafka, Şopenhauer, Nitsşe isə dillərindən düşmür. Çoxları da "forsla" milli yox, Dünya ədəbiyyatı yaratdıqlarını bəyan edirlər. Anlamırlar ki, biz dünyaya məhz özümüzün milli kaloritimizlə lazımıq. Milli obraz isə məhz dilimiz, dinimiz, milli-mənəvi dəyrlərimiz, adət-ənənələrimiz, musiqimiz, mətbəximiz, geyim və düşüncə tərzimizin hesabına yaranır.
Yaradıcılıqda daha artıq milli olmağımız lazım! Mövcudluğumuzun gələcəyi naminə!

Комментариев нет:
Отправить комментарий