Страницы

15.12.2010

Borc və brakonyerlik hesabına çıxan kitab

Yazıçı-publisist Hafiz Mirzənin “Son və başlanğıc” romanı nəhayət ki, işıq üzü gördü. Çoxdan idi ki, romandan parçalar qəzetlərdə dərc olunur, lakin maliyyə problemi ucbatından nəşri yubanırdı. Artıq kitabsevərlər çox maraqlı və qeyri-adi bir romanın bütövlükdə oxucusuna çevrilə biləcəklər. Roman İisa Məsihin (ə) doğulmasıdan 3750-ci ilə kimi davam edəcək haqsızlıq, ədalətsizlik, zülm və ağır günahlar ucbatından kainata daima qara enerji saçan bəşər tarixinin daha düzgün bədii mənzərəsinin yaradılmasına və bəşəriyyətin dünyanı xilas etmək üçün ayağa qaldırılması məqsədlərinə xidmət edir. Özünün bəd əməlləri ilə kainata mənfi ener¬ji ixrac edən insanlıq dünyanın sonunu ya¬xınlaşdırır. Get¬dikcə dünyada xaos və anarxiya hökmranlıq edir. Belə bir zamanda dünyanı xilas etmək istəyən 7 müd¬rik və hələ də öz paklığını itirməmiş az sayda in¬san var. Amma onların ciddi cəhtlərinə baxmayaraq dünyanın sonu çatır. Dün¬ya bu dəfə od fəlakəti ilə üz-üzə qalır. Tibet dağlarındakı gizli mağaralara çə¬kilmiş müdriklər heç olmasa bəşər elminin nəaliyyətlərini “New-Noy” kosmik gə¬mi¬sinə toplayıb başqa qalaktikalara aparmaq və xilas etmək istəyirlər. Bu müm¬kün¬dürmü və ya kiməsə lazımdırmı? Daha sonra bu dünyanın başlanğıcı ola¬caqmı? Romanda bu aqibəti doğuran mənəvi, tarixi, iqtisadi, siyasi və ekoloji sə¬bəblərin geniş elmi, fəlsəfi və bədii analizi verilir. Eyni zamanda müəllif dünya ta¬ri¬xinin əslində düzgün yazılmamış qaranlıq səhifələrinə işıq salmağa, İslam və xris¬tianlıq, Qərb və Şərq barəsində hər şeyin daha doğrusunu deməyə çalışır. Əsər¬dəki qlobal hadisələrin təəssüratını ifadə edən müvafiq musiqi səsləri ayrıca CD disk¬də təqdim olunur və oxucuya tam münasib ovqat aşılanır. Bu əsəri ilə müəllif bəl¬kə də ədəbiyyatda ovqat aşı¬layan musiqili roman janrının təməlini qoyur. Ro¬man fəlsəfi, tarixi, dini, elmi-fan¬tas¬tik və bir qədər də metafizik xarakter daşıyır.
Bu kitab Hafiz Mirzənin kitabsevərlərlə sayca yeddinci görüşüdür. Kitabın rəs¬samı Adil Əsədli, musiqi tərtibatçısı Orxan Mirzədir. Filologiya elmləri doktoru, pro¬fessor Şamil Vəliyev əsərə geniş rəy yazmışdır.
Neft və milyonlar səltənətinin yazıçısı bu kitabını borc və təhlükəli dənizdə brakonyerlik edərək nəşr etdirmişdir.
Kitab “Apostrof” Çap evində, məhdud sayla nəşr olunmuşdur.
Kitabın reklam plakatı “SivilA” mətbəəsində hazırlanmışdır. Oxucular kitabı Bakı və Lənkəran şəhərinin kitab mağazalarından və müəllifin özündən əldə edə bilər.

Комментариев нет:

Отправить комментарий