Страницы

11.12.2010

Demokratiyanın forması

Sayman Aruz

 İnsanların qanunvericilik, icra və məhkəmə sahələrində mövqeyi demokratiyanın mənası deməkdir ki, parlament və prezident seçkilərindən tutmuş hakimlərin seçilməsi və seçki kompaniyasında iştirakı özündə əks etdirir. İnsanların müxtəlif səviyyələrdə daimi olaraq  öz mövqeyini bildirməsi müasir demokratiyanın əsas sütunu sayılır və demokratik konstitusiya xalq təşkilatlarının azadlığının əsaslarını və bütün təfərrüatlarını təyin edir və həyata keçirir.
 Demokratiyanın tərifinin izahında müəyyən qədər ziddiyyətlər olmasına baxmayaraq, demokratik hakimiyyətləri əsas və digər xüsusiyyətlərinə görə qeyri-demokratik hakimiyyətlərdən fərqləndirmək mümkündür ki, üç xüsusiyyəti nümunə göstərə bilərik: 
 Seçki postları və vəzifələri tutmaq (parlament , bələdiyyə seçkiləri və s.) üçün azad rəqabət;
 Güc, qüvvə sərf etmədən, cəmiyyətdə heç bir qrupun məhrum olmaması məqsədilə müəyyən dövrlərdə vəzifələrin tutulması üçün ədalətli seçkilərin keçirilməsi;
 Siyasi rəqabətin və seçkilərin dəqiq, ardıcıl keçirilməsi üçün siyasi və mülki azadlıqların mövcudluğu.
 Son bir neçə onillikdə Qərbdə, parlament demokrasiyası– iştirak demokrasiyası inkişaf etmişdir ki, bunun ən bariz nümunəsi ballot initiatives institutudur. O mənada ki, müəyyən miqdarda imza toplamaqla yeni bir qanunu müzakirəyə çıxarmaq olar. Nəticədə parlament üsulundan başqa bu növ seçkilər ölkə və bir əyalətin qanunvericiliyi üçün nəzərdə tutulur.  Kompüter və internetin inkişafı, iştirak demokratiyasının inkişaf imkanlarının  böyük sürətlə artmasına səbəb olu.  Federalizm digər struktur növüdür ki , münasib şəraitdə nəzarətin və qüvvələrin bərabərliyi və nəticədə ölkədə demokratiyanın artmasına kömək edir.  Demokratiya fəlsəfə, ideologiya və ya siyasətdir? Demokratiya və ya ideologiya kimi özündə liberalizm təlimlərini daşıyır ki, buna maksimum demokratiya da deyilir. Maksimum demokratiya üç  prinsipə malikdir: Humanizm və ya indivudializm, azadlıq və bərabərlik. Bu yeni siyasi fəlsəfənin əsasını və prinsipini insan təşkil edir. Burada orijinallıq təşkil edən insan iradəsinə önəm verilməsidir. İnsanın səadəti yalnız elm və düşüncə ilə təmin edilir . 

Комментариев нет:

Отправить комментарий