Страницы

19.12.2010

Ey "hörmətli" müəllim!

Aynur Zerrintac
zarintac.blogspot.com 

Ey hörmətli müəllim,
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var. 

Baxçada nifrət etdiyim bir müəllimə vardı: Məhbubə müəllimə. Adının tərcüməsi sevimli olsa da, qəribədir, mənim ondan zəndeyi zəhləm gedirdi. Çünki müəllimə sifəti yox idi. Uşaqları sıraya düzüb boiling oyunu oynadanda, mənim növbəmdə qolumdan tutub yenidən sıranın sonuna gətirirdi. Mən də oynamadım! Amma baxçada nağıl danışmağa gələndə məni qabağa verirdi. Turpun nağılını danışmağa. Heyif uşaq vaxtı turp əkə bilmədim başında.
 Amma bu məndə Məhbubə tipli müəllimələrə nifrət yaratdı. Uşaqlığımın ən gözəl insanı azyaşlı uşaqlar qrupundakı müəlliməm Sürayə müəllimə olub. Dizinin dibinə yığışıb çaldığı əl qarmonunun musiqisində bankasından süzdüyü itburnulu çayı içərdik. 
Beləəə.....
Həəə. Zəhləm gedən fizika dərsinə çantamda pişiyimi aparardım. Nəticəsi də dərsdən çıxarılırdım. )))) xixi
Bu gün deyirlər müəllimlər günüdür. Birinci sinifdə uşaqlar hamısı valideynlərinin göndərdikləri buketləri, hədiyyələri müəlliməyə verəndə mən sıxıla-sıxıla fikirləşirdim ki, yəqin mamam müəllimədir deyə, müəllim müəllimə hədiyyə vermir. İndi məktəbdə hali-vəziyyət dəyişib. Hədiyyəni uşaqlar bir vicdani borc kimi, söyə-söyə ancaq sinif rəhbərinə verirlər. Sinif rəhbəri də direktorun 3 il əvvəl məktəbi bitirmiş qızı. Əlif zəbər Zey!!! Yəni zəqqum. 3 il əvvəl məktəbi bitirmiş uşaq 50 yaşında arvada deyir ki, müəllimə sizi uşaqlar incitsələr mənə deyərsiz. Əlbəttə direktor mamanın çubuğuna nə gəlib? Yoxsa 50 ilin pedaqoqu da şagirdləri ilə necə rəftar edəcəyini bilmir?! Ərəblərin yaxşı misalı var. (yenə bu ərəblər) "Dikbaş xoruz yumurtada ikə banlar. Ö-ö-lö-lööööööööööööö  
İki kateqoriyalı müəllim var. Vicdanlı, gözütox, amma övladına çörəyi tikə-tikə aparan müəllim və vicdansız, gözüac, pulla şıllaq atan müəllim.
Əldə qələm tutmağı bizə sən öyrətmisən
Möhkəm addım atmağı bizə sən öyrətmisən
Yazmağı, oxumağı, yaşayıb-yaratmağı
Bizə sən öyrətmisən ey hörmətli müəllim
Zamandan zəmanəyə, cilddən cildə girməyi
Hələ də düşünürəm, bizə sən öyrətmisən?!
Bütün vicdanlı müəllimlərimi sevirəmmmm

Комментариев нет:

Отправить комментарий