Страницы

26.12.2010

ƏGƏR MƏMURLAR İSRAİLDƏN ƏMR ALIBLARSA...

İslam.ru informasiya portalının baş redaktoru, "Ənsar" nəşriyyat evinin direktoru Marat Sayfuddinov Azərbaycandakı hicab qadağası barədə FaktXeber.com-a eksklüziv müsahibə verib 

- Hörmətli cənab Səyfuddinov, bildiyiniz kimi Azərbaycanda Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə şagirdlərin hicab geyinməsinə qadağa qoyulub. Bununla bağlı bilmək istərdik, bu qadağanı necə qiymətləndirirsiniz?

- Axı burada nə demək olar. Mən də sizin kimi bir müsəlmanam və bizim dinimiz qadınlara örtünməyi buyurur, bunu da dünən icad etməyiblər və bu bir yenilik deyil, bu Allahın qanunudur. Biz çox təəssüf edirik ki, Azərbaycan məmurları bəzi avropalıların yolu ilə gedirlər. Bildiyiniz kimi, Türkiyədə də analoji bir problem var idi, amma oranın hakimiyyəti daha müdrik olub və hal-hazırda bu mövzuya yenidən baxılır. Amma Azərbaycan məmurlarının mövqeyi bizi çox təəccübləndirir. Azərbaycan bir müsəlman ərazisidir və məmurlar orda yaşayanlarla hesablaşmaq niyyətindədirlər ya yox? Amma məmurlara İsraildən əmr veriblərsə, onda nə edək, çox təəssüf. Axı onlar qiyamətdə Allahın qarşısında duracaqlar və onlar cavab verməli olacaqlar. Bax bizim mövqeyimiz budur və Azərbaycanlı bacılarımız üçün təzyiq altında olub, İslamın qayda-qanunlarını yerinə yetirə bilmədikləri üçün çox narahatıq. Bilirsiniz, hətta Avropa İttifaqının bu məsələyə münasibətinə baxsaq, deyə bilərik ki, hətta Avropa İttifaqı da hər bir insana öz dini prinsiplərinə riayət etməyə imkan yaradır. Orada vicdan azadlığı var, hicabı orada heç kim qadağa etmir. Düzdür, niqabla müəyyən problemlər var. Mən bilirəm ki, bizim hicablı bacılarımız İngiltərədə rahat təhsil alır, Amerikada da təhsil alırlar, yəni ki, tağut (ədalətsiz, zalım - red.) rejiminin hökm sürdüyü bir ərazidə. Amma Azərbaycan axı əzəldən müsəlman diyarıdır. Və ümid edirik ki, sizin məmurlarınız bu məsələyə yenidən baxacaqlar.

- Cənab Səyfuddinov, siz bir informasiya portalın rəhbəri kimi bu problemin həllini nədə görürsünüz, yəni Azərbaycanın inanclı vətəndaşları bu məsələdə hansı addımları atmalıdırlar?

- Onlar öz haqlarını tələb etməlidirlər. Addımlar müxtəlif ola bilər, əsas odur ki, effektiv olsun. Misal üçün, əgər kimlərsə yalnız güc dilini başa düşürlərsə, onda insanlar küçələrə toplaşıb etiraz edə bilərlər, bu halda effektiv nəticə əldə etmək olar. Amma hakimiyyət intellektual həll yollarını tanıyırsa, bu halda gərək belə bir yolla haqlar tələb olunsun. Əsas odur ki, vətəndaşlar öz haqlarını tanısınlar və heç kim bunu onlara qadağan edə bilməz.

Orxan Ələmdar, Aqil Mehdi

Комментариев нет:

Отправить комментарий