Страницы

11.12.2010

İRAN KİNOSU VƏ TEATRI YARADICILARI

                                            ORALARDA KİMLƏR VAR



Tofiq ABDİN
atofig@hotmail.com 
tofigabdin.com


               ATİLLA PESSİYANİ VƏ İRAN TEATRI 

Uzun illərdən bəri dünya üçün qapalı qalan İran mədəniyyəti və ümumiyyətlə məişəti get-gedə öz üfüqlərini genişləndirir. Belə ki, artıq dünya istər siyasi, istərsə də mədəni cəhətdən bu qapalı ölkənin sənəti üçün qapılarını açır və indicə yuxarıda İran kinosu haqqında, onun ən qabaqcıl yaradıcılarından biri olan Cəfər ağanın fikirlərini oxucularımıza çatdırmışdıq. Bu fikirlərdə kinorejissor daha irəli gedərək, Amerikanın onlara olan münasibətini də açıqlamışdı və bu açıqlamada həqiqətən çox haqlı şeylər diqqəti çəkirdi və xüsusilə onun “Biz nə zaman demokratik bir addım atırıqsa, Amerika o zaman onun qarşısına çıxır”-dediyi sözlər.
Təbii ki, çox haqlı fikirlərdir. Bu fikir daha çox siyasi siqlətli olduğu üçün biz bunun nədən və niyə deyildiyini də yenidən açıqlamaq fikrində deyilik və hər şey göz önündədir. Təbii ki, Amerikanın da öz dilemmaları var və bu dilemmalar içərisində İranda yaşayan başqa millətlərin öz hüququnu qorumaq haqqı olduğu, yüksək və qədim mədəniyyətə malik azəri türklərinin də haqlarının son dərəcə aşağı olduğunu da bura əlavə etsək, bir çox məqamlara yenidən baxmaq gərəkəcək. İndiki vəziyyətdə bu məqamları bir tərəfə buraxırıq və bu gün İranın sənət dünyasının başqa bir üzü – TEATR haqqında düşüncələri sizə təqdim edirik.


Keçdiyimiz günlərdə ilk dəfə İran teatrı Türkiyədə olmuş və orada İstanbul Böyük Şəhər Bələdiyyəsi Teatrlarının keçirdiyi 3-cü Beynəlxalq İstanbul- Məkan-Teatr festivalında iştirak etmişdir. İranın Bazi teatrı “Qapalı nöqtə”, “Çaxılma nöqtəsi” tamaşasını göstərmişdir.
17 illik bir təcrübəyə sahib olan Bazi Teatrı İranda avanqard bir sənət sahəsi hesab olunur. Hər zaman təcrübələr və axtarışlar üzərində çalışmalar eləyən teatr bu vaxta qədər 51 tamaşa göstərmişdir. Bu tamaşaların əksəriyyətinin yazarı, rejissoru və baş rolların ifaçısı Atilla Pessiyani həm “Çaxılma nöqtəsi” tamaşasını, həm də İran teatrını anladır.


–Hörmətli Atilla ağa, sizin Bazi teatrı, birliyi necə bir kollektivdir?
–BAZİ sözü farsca TAMAŞA deməkdir. Teatrımızda on dörd nəfər fəaliyyət göstərir. Buna geniş mənada bir AİLƏ TEATRI da deyə bilərik. Xüsusilə sizin üçün göstərdiyimiz tamaşanı nəzərdə tutsaq, bunu asanlıqla görə bilərik. Burada qadın rolunu oynayan həyat yoldaşım Fateimah Naqhavidir. Oğlum və qızım da texniki yaradıcılar arasında yer alır. Son altı ildə biz yalnız və yalnız insanın bədəninin nə kimi bir rol oynadığı və bu bədənin nələri ifadə edə biləcəyi tamaşalar hazırlayırıq. Bu, bir növ pontamim teatrı kimi bir şeydir. Bu sahədə artıq geniş təcrübəmiz var..
–Bu seçimin xüsusi bir səbəbi varmı?
.-Bizi başa düşən və qəbul edən tamaşaçılarımız olmalıdır. Yəni tamaşaçılarımızla dil tapmalıyıq. 17 il ərzində həmişə axtarışda olduq və üç kərə yaradıcılıq metodumuzu dəyişdik. İlk dönəmlər bütünlüklə Şərq dünyasının teatr tamaşalarını öyrəndik və onlardan qidalandıq. Sonrasında isə kinoya bənzər bir teatr yaratmaq istədik. Üçüncü cəhdimizdə isə kino, teatr, rəsm və musiqini birləşdirdik. Bütün bu çabalarımızın sonucunda deyək ki, tamaşalarımızı bir dildə göstərməyin təyin olduğun anladıq. Bu üzdən də danışmağı tamamilə arxa plana keçirdik. Sənəti danışıq dilinə çevirməyə başladıq. Bax, bundan sonra artıq müxtəlif şeylər eləmək keçdi içimizdən.
–Yazarı, rejissoru və aktyorlardan biri olaraq “Qapalı nöqtə”ni necə izah edə bilərsiniz?
–“Butoh” stilində çalışdıq. Bu stildə söyləmək istədiklərimizi bədən diliylə, yüksək təpkilərlə, ifadələrlə anladırıq. Bu tamaşa artıq çoxdan ölmüş və torpaq altındakı insanlar haqqındadır ki, o insanlar   hər zaman yuxarıda yaşayanlardan yardım gözləyirlər... Məsələn, bir zəlzələ sonucunda çöküntülərin altında qalan insanlar ölmüş olsalar da, olmasalar da aşağıdan yuxarını necə görürlər. Bu tamaşa onların hisslərini, düşüncələrini ortaya qoymaq üçündür.
İRANDA TAMAŞAÇILARIMIZ YAXŞIDIR, AMMA SƏHNƏ
ÇATIŞMAZLIQLARI VAR
–Çağdaş İranın bugünkü teatrı nə vəziyyətdədir?
–İranda müxtəlif teatrlar var. Tehran və onun ətrafındakı şəhərlərdə bir çox yeni, gənc teatr kollektivləri var və çox maraqlı, güclü tamaşalar göstərilir. Ayrıca olaraq gözəl bir tamaşaçı dəstəsinə malikik. Tamaşaçılarımızın böyük bir qismi gənclərdir. Çox dinamikdilər. Sadəcə Tehranda 50-60 teatr kollektivi çalışır. Bəziləri universitetə bağlıdır, bəziləri isə özfəaliyyətdir. Şəhərin özündə təxminən 40-a yaxın teatr topluluğu var. Amma nə yazıq ki, bunların bir çoxunun səhnələri yoxdur. Bütün bunlara baxmayaraq, yenə də İranda teatrın güclü olduğunu deyə bilərik.
–Bəs avanqard teatrlar haqqında fikriniz necədir?
–İlk vaxtlar heç də asan deyildi. Çünki İran teatrı bildiyiniz kimi dialoq və danışmaq üstündə yaranmışdır. Və buna görə də bütün tamaşalar yalnız bir dildə göstərildiyindən əslində, tamaşaçı kasadlığı da burdan qaynaqlanırdı. Təbii ki, hələ də teatr dedikdə danışıq və dialoqlar nəzərdə tutulur. Daima axtarışda olduq. Qazandığımız və itirdiyimiz anlar da az olmayıb. Və yavaş yavaş bizləri də qəbul etməyə başladılar.
-İranda tamaşa hazırlamağın çətinlikləri nədir?
-Hər ölkədə olduğu kimi, bizdə də bir çox şərtlər var. Bu şərtlər içərisində davam etməyə məcburuq. Amma şərtlər təkcə teatra qarşı deyil. Düşünülən qədər də bizə mane olan şeylər yoxdur. Hər kəs öz gücünü göstərib bir şeylər eləməyə çabalayır. Bu da bəs eləyir.
Son illərdə hansı tamaşa daha çox diqqəti çəkib.
Bizim teatrın bir çox tamaşası həqiqətən diqqət mərkəzində olub. Çünki bu tamaşalarda günün tələbləri və dünyadakı çağdaş durumun bizə aid olan bəzi məqamları da göstərilməkdədir. Deyim ki, bir neçə tamaşamız SD-lərə yazılmış və İranın sərhədlərindən qıraqda da baxılmaqdadır. Həmin tamaşalardan ssenarisi Mehdi Seddacəsiyə, musiqisi Seyid Emir Abbasa aid olan, əsas rollarda Laryuş Ercmend, Emir Taroh, Humeyra Riyazi, Mehnaz Espriayni və mən də daxil olmaqla səhnələnən əsər daha böyük maraqla seyr edilir.Əsərdə Fələstində sionistlərin ən təsir edici adlarından olan Haham Moşe Şemonun,Holladiyada doğulub və böyüyən oğlu David uzun illərdən sonra təhsilini başa vurub Fələstinə gəlir. O bu ölkənin fələstinlilərin ana vətənii olduğuna inanmaqdadır və “vəd edilən torpaqlar” kimi dəhşətli bir ifadədən və idealdan hürkməkdədir. David əmisi fələstinlilərin ən qabaqcıl isimlərindən Şeyxh Kərim İbn-Hişam ilə görüşərək, yazdığı yazılarda bir səhvinin olub-olmadığını soruşur.Daha sonra o Hollandiyaya qayıtmaq fikrindədir.Ata da oğlunun el-Halildə qalmasını istəmir və buna qarşın sionist İsrail hökumətində bir vəzifə sahibi olmasını istəyən əmisi isə onun sionistlərə qarşı olduğunu bilincə işlər qarışır. Fələstinlilərin əli yalın, daşlarla İsrayılın tanklarına və güclü silahı olan əskərlərinə qarşı vuruşduğunu görən gənc David də bir gün vuruşun içinə düşür. Artıq o həqiqəti anlamış,fələstinlərin məhz İsrayıl qüvvələri tərəfindən əzildiyinin şahidi olmuşdur. O hələ özünün Mossadlar tərəfindən güdüldüyünü də bilmir. Beləcə bir dəhşətin içində olan gəncin həyatı bəzi məqamları işıq üzünə çıxarır. Bu əsər SD-də çox yayğındır.

Комментариев нет:

Отправить комментарий