Страницы

25.12.2010

ƏLVİDA, KİÇİKBƏY

AYXAN
"Yeni xəbər" qəzeti


“Kitabi-Dədə Qorqud” dastanında deyilir ki, insan böyüdükcə adı da böyüyür.
Qəribədi ki, mən nə boy atıram, nə də imzam böyüyür. İkimiz də kiçik qalmışıq.
Artıq 18 yaşındayam və düşünürəm ki, Kiçikbəy imzasına əlvida deməyə vaxt çatıb.
Bunun bir çox səbəbləri var:
1. Kiçikbəy təxəllüsü mənim ciddiyətimə xələl gətirir. Oxucular məni yaşımdan kiçik görürlər.
2. Kiçikbəy təxəllüsü başıma bir çox işlər açıb. Hətta mənim atamın Kiçikbəy familiyası daşıyan biri olduğunu iddia edənlər də oldu. Bu yaxınlarda vəfat edən Əlibala Hacızadə də mənim Elmlər Akademiyasında işləyən Kiçikbəy adlı bir şairin oğlu olduğumu demişdi. Təəssüf ki, görkəmli yazıçımıza bunun belə olmadığını deməyə gecişdim. O, bu bilgi ilə də vəfat etdi.
3. Kiçikbəy təxəllüsü həmyaşıdlarımın mənimlə zarafat etməsinə şərait yaratdı. Hətta “Kiçikbəy”i “Kiçiktoy” eləyən də tapıldı. Oxucu burda deyə bilər ki, sən fikir verməyə də bilərdin. Ancaq belə deyil. Mən ciddiliyimin bir təxəllüsə görə yerlər altına atılmasını istəmirəm.
4. Kiçikbəy təxəllüsü atamla mənim mübahisə eləməyimizə səbəb oldu. Atam dədə-babamızın adını buraxıb başqa ad qoymama görə hər gün məni qınayırdı.
5. Kiçikbəy təxəllüsünün atamın dostlarını da narahat edirdi. Deyirdilər, ondansa atanın adını götür.
Səbəblər çoxdu, uzatmaq lazım deyil.
Düşünürəm ki, bu təxəllüsdən bezmişəm.
Bir də ki, Mirzə Ələkbər Sabir kimi bizim böyük şairimiz də imzasını hər dəfə dəyişirdi, amma üslubundan onu o dəqiqə tanıyırdılar. Fransa ədəbiyyatında da bu nümunələr çoxdu.
Burdan belə nəticə çıxır ki, imza əsas şey deyil, əsas yaxşı yazmaqdır.
Oxuculara və ədəbi camiyə səslənirəm!
Bu gündən mənim imzam “Ayxan Kiçikbəy” yox, sadəcə “AYXAN” olacaq.
Bir sözlə, KİÇİKBƏYƏ ƏLVİDA... 

Комментариев нет:

Отправить комментарий