Страницы

01.12.2010

Müasir dövrdə sufizim


İslam dini zəminində hicrətin ikinci əsrində yaranmış sufizm təlimi fəlsəfə tarixi və müasirlik baxımından tədqiq olunarkən böyuk elimi dəyərlər kəsb edən məsələlər meydana çıxır. Sufizm bir ideya cərəyanı kimi mədəniyyət tariximizə, həyat tərzimizə, əxlaqi dəyərlərimizə, dövlətçilik haqqında ideyaların formalaşmasına, sosial münasibətlərə böyük təsir göstərmişdir.
Insanı yer kurəsindəki canlıların ən yüksək pilləsi kimi qiymətləndirən sufi nəzəriyyəçiləri bəşəriyyətin uzun sürən təkamülü nəticəsində yaranmış olan və mütəxəssisləri daima düşündürən insan problemi məsələsinə yeni bir dəyərli nəzəriyyə «Kamil-Insan (əl-insan əl-kamil)» nəzəriyyəsini bəxş etmişlər. 
Müasir dövürdə sufizm təliminin hər tərəfli tədqiq olunması nəticəsində şərqşünaslıq elmində , eləcə də fəlsəfi düşüncədə , bu təlimin bir çox aspektlərdən tədqiq olunması sahəsində bir canlanma nəzərə çarpmaqdadır. Belə bir vəziyyət sufi ideoloqiyasının kütlələrə göstərdiyi mənəvi təsirin artması və sufizm ideoloqiyasına meyl edənlərin həm də bu təlimin tərəfdarlarının yalnız sufizmin ənənəvi yayıldığı ölkələrdə deyil, həm də başqa regionlarda bu təlimə olan marağın artması ilə bağlıdır.
Müsəlman ölkələrində gedən ideoloji proseslər baxımından ənənəvi Islam əhvali-ruhiyyəli ideoloqlar, modernistlər personalizmin nümayəndələri, reformist ideoloqlar, fundamentalistlər sufizmin başlıca ideyaları haqqında ziddiyyətli fikirlər söyləyərək müxtəlif mövqelərdən çıxış edirlər.
Hazırda əlli milyondan çox insanın inanaraq ideyalarından bəhrələndiyi sufizm təliminin kütləri mənəvi cəhətdən sakitləşdirmək və kütlələr arasında birlik yaratmaq gücü olduqca böyükdür.
Müsəlman ölkələrində sufizmə olan maraq tarixən olduqca mühim bir məsələ ilə də bağlı olmuşdur. Tarixi faktlar sübut edir ki, bir çox milli azadlıq hərəkatları din pərdəsi adı altında baş vermişdir. Din pərdəsi altınla gedən siyasi etiraz və mübarizə tarixdə bütün xalqlara məxsus bir hal odur ki, zaman-zaman sufizm ideoloqiyasından da bu məqsədlə geniş istifadə olunmuşdur
Muasir dövürdə milli müstəqillik əldə edən ölkələri öz təsiri altına salmaq məqsədi ilə bütün vasitələrə əl atan əcnəbi ideoloqlar sufizm ideoloqiyasından öz məqsədlərinə nail olmaq üçün olduqca geniş istifadə edirlər. Ona görə ki, müəyyən mənada sufizm ideoloqiyası coğrafi milli və dini çərçivəyə sığmayan bir ideologiyadır.
Muasir dövrdə Qərb ölkələrində ziyalılar arasında da sufizmə, onun ayrı- ayrı təriqətlərinə və müxtəlif nəzəriyyələrinə maraq nəzərə çarpacaq dərəcədə artmışdır. Sufizmə artan maraq müasir Qərb fəlsəfəsinin keçirdiyi böhranlı vəziyyətlə bağlıdır. Bu barədə Seyid Hüseyin Nasır qeyd edir ki, Qərbdə və eləcə də Amerikada Qərb mədəniyyəti öz dəyərlərini itirmiş keçmiş mədəni irsi muasirləşdirmək uğursuzluqla nəticələnmişdir. Odur ki, bir çox Qərb ideoloqları bu vəziyyətdən çıxış yolunu sufizm ideyalarının Qərb ölkələrində təbliğində və bu təlimi öz ideoloqiyaları ilə sintez edərək yeni məna verməkdə görurdulər.



İbrahim Fərhadoğlu “Filfak” Müstəqil Araşdırmalar Mərkəzi

Комментариев нет:

Отправить комментарий