Страницы

13.12.2010

Pərdəarxası oyunlarda İran

Hüsamə bin Sərxan
«Filfak» Müstəqil Araşdırmalar Mərkəzi


İsrail Fələstini işğal edir, terrorçu hesab edilmir, amma fələstinli gənc öz torpağını, öz evini müdafiə edəndə terrorçu olur!


 Dünyada gedən gizli oyunların alt-üst edilməsi, mehz 1979-cu ildə başladı. Həmin il 11 fevralda, İranda inqilab sayəsində bu dövlət Amerika işğalından yaxa qurtardı. Dünyada gedən oyunlara nəzarət edən və onların ssenarisini hazırlayan mason təşkilatları öz tarixlərinin ən böyük zərbələrindən birini aldılar! O zaman dünyada iki böyük qüdrət var idi- SSRİ və ABŞ. Lakin onların hər ikisi əsasən yəhudilərdən təşkil olunan mason təşkilatları tərəfindən idarə olunurdu. SSRİ-nin yəhudilər tərəfindən yaradılmasına baxmayaraq Stalin vaxtı onlar demək olar ki, SSRİ-yə olan nəzarətlərini itirdilər. Stalin bununla Şərq xalqlarını məhvdən xilas etdi. Lakin masonlar bunu ona bağışlamadılar. Buna görə də milyonlarla insanın ölümünə səbəb olan dəhşətli II Dünya müharibəsini törətdilər. Stalinin ölümündən sonra N.S.Xruşov vaxtı yəhudilər yenidən SSRİ-də idarəetməni ələ almağa nail oldular.  İran İslam inqilabının baş verməsindən qorxuya düşən SSRİ bu inqilabın Əfqanıstana, oradan Tacikistana və digər Orta Asiya respublikalarına təsir göstərəcəyindən ehtiyatlanaraq tələm-tələsik Əfqanıstanı işğal etdi. Onun bu işğalı həyata keçirməsində məqsədi guya Əfqanıstanda sosializmi tam bərpa etmək, oradan da İrana qarşı hücuma kecib, illərlə arzusunda olduğu «sosialist İranı»nı qurmaq idi. Amma Sovet hökuməti xəbərsiz idi ki, SSRİ-nin dövlət orqanlarında çalışan Amerika cəsuslarının təhriki ilə «Əfqanıstan müharibəsi»nə sürüklənmişdi. Bu müharibədə Amerikanın məqsədi isə, qazancının 90 %-ni hərbi sahəyə xərcləyən SSRİ-ni iqtisadi cəhətdən zəiflətmək və onu daxildən parçalamaq idi. Beləliklə də SSRİ İrana qarşı ilk addımını atdı.  İnqilab vaxtı İrandan qaçan kommunistlər Azərbaycan SSR ərazisində sığınacaq tapıb, oradan İran əleyhinə fəaliyyət göstərməyə başladılar. İndi həmin kommunistlərin bir çoxu İranı parçalayıb Amerikanın, İsrailin cənginə vermək istəyən separatçı təşkilatların daxilində fəaliyyət göstərirlər. İndi onları Amerika və İsrail maliyyələşdirir. O vaxt Azərbaycan dövlət radiosu «cənubi Azərbaycan redaksiyası» yaradaraq, İran əleyhinə təbliğatlar aparmağa başladı ki, bu işi indi də davam etdirir. Amma, indi Amerikanın mənafeyinə uyğun.  Bildiyimiz kimi, şah rejimi vaxtı İran Amerikanın xeyrini gördüyü ən yağlı tikələrdən biri, bəlkə də birincisi idi, necə ki indi Azərbaycandır. Amerika burada elə kök atmışdı ki, nə vaxtsa İrandan qovulacağını heç ağlına da gətirmirdi. Amma öz haqqını tələb edən İran xalqı İslam İnqilabı ilə Amerika kimi şeytanı və onun kölələrini İrandan qovdu. O gündən başlayaraq Amerika İrana qarşı əlindən gələn pisliyi əsirgəməyib, amma arzusu ürəyində qalıb.  İslam inqilabından dərhal sonra Əfqanıstana daxil olan Sovet hökuməti İranın məğlub edilməsinin mümkün olmadığını görüb 1988-ci ildə İraqın başladığı və məğlub olduğu müharibə sona yetən kimi, 1989-cu ildə öz qoşunlarını Əfqanıstandan çıxartdı+ Sizcə sadaladığım bu faktlar təsadüfdürmü? Əsla yox! Bunlar dünya siyasətinin pərdəarxası oyunlarıdır. Bu, xeyirlə-şərin mübarizə apardığı dünyada gedən gizli oyunların nəticəsi idi+  Elə bu gün də həmin oyunlar davam etdirilir. Diqqət versəz görərsiz ki, yəhudilərin idarə etdikləri Amerikanın islam dünyasına qarşı apardığı «Səlib yürüşü» İranın şərqində və qərbində baş verir. İran 7 qonşu dövlətlə quru sərhədlərinə malikdir. Onlardan yalnız Türkmənistan və Ermənistanda Amerika əsgərləri yoxdur. Çox güman ki, tezliklə Ermənistanda da peyda olacaq. Qalır yalnız Türkmənistan. Qalan bütün qonşu dövlətlərin ərazisində Amerika qüvvələri vardır. Hətta Fars körfəzində yerləşən bütün ərəb dövlətlərində də Amerika qoşunları vardır! Sual olunur, Amerika qoşunlarının İranla qonşu dövlətlərdə nə işi var? Niyə Azərbaycanın qanuni ərazilərinin 20 %-ni işğal edən Ermənistana qarşı «antiterror müharibəsi» aparılmır? Hətta Amerika Ermənistan kimi terrorçu və işğalçı dövləti işğalçı kimi də tanımır! Hətta separatçılara birbaşa maliyyə yardımı da edir! Amma məzlum əfqan və İraq xalqı öz evində oturduğu yerdə şəhid edilir! İsrail kimi sionist, işğalçı bir dövlət yarandığı günün səhəri Fələstin torpaqlarını işğal edir, amma terrorçu hesab edilmir, amma fələstinli gənc öz torpağını, öz evini müdafiə edəndə terrorçu olur! İndi gəlin görək pərdəarxası siyasətdə hansı oyunlar oynanılır? Bu oyunların müəllifi kimdir və onların məqsədi nədir?  Bu gün yəhudi xalqı bir qrup sionistin, masonun əsirinə çevrilib və ya onların toruna düşüb. Sionistlər şeytanın rəhbərliyi altında, öz şeytani əməllərini həyata keçirməkdən ötrü mason təşkilatını yaratmışlar. Dünyada gedən bütün gizli oyunların müəllifi həmin masonlardır. Onların məqsədi ilk növbədə Şərq xalqlarını yer üzündən silməkdir. Amerika da onlar tərəfindən yaradılmışdır ki, öz dünya hakimiyyətlərinə nail olsunlar. Sözümə sübut odur ki, Amerikanı idarə edən prezidentlərin 1-cisindən tütmuş 35-cisinə kimi hamısı yəhudi olmuşlar! Amerikanın 35-ci prezidenti Kennedi isə xristian olduğu üçün öldürüldü.  Masonların son məqsədi şeytanı dünyaya hakim etməkdir. Və bu gün dünyada aprarılan pərdəarxası oyunlar yalnız və yalnız İranın tarixdən silinməsi üçündür, ayıq olaq,- bizim də başımızı beləcə piyləyə-piyləyə, azadlıq və demokratiya kimi boşboğaz sözlərlə qataraq əsarət altına aldılar, təbii sərvətlərimizi talayaraq xalqımızı səfil kökünə saldılar. Bu gün həmin oyunlar İran üçün oynanılır. Bu gün İran və iranlılar ona görə bütün dünyada düşmən kimi təbliğ olunur ki, onların hamısı yuxarıda dediyim mətləblərdən xəbərdlardır! İranlılar dəccalı- böyük şeytan ABŞ-ı və ona xidmət edənləri yaxşı tanıyırlar. Onlar təbii sərvətlərini İsrailin ayaqları altına atmırlar- budur onların düşmən kimi tanıdılmasının səbəbi! Öz təbii sərvətlərindən xalqın rifahının yaxşılaşdırılması üçün istifadə edirlər, rüşvətsiz və korrupsiyasız bir ölkə yaradırlar- budur onların ABŞ qarşısında günahları!  Bu gün ölkəmizdə gələcək təhlükəyə şərait yaradan, şeytana, dəccala xidmət edən adıgözəl, gəlişigözəl təşkilatların sayı gündən-günə artmaqdadır. Bəsdir xalqa yalanları sırıyaraq onu məhvə doğru sürürklədiniz!
Şeytana qarşı birgə mübarizə apraraq! 

Комментариев нет:

Отправить комментарий