Küskün ev
Söyləyin, o evi niyə sökdünüz?
O evdə həsrətin od, közü vardı.
O kiçik, balaca, kürsülü evin,
Məndən üzü dönən küsülü evin
mənə söyləməyə çox sözü vardı.
Sökdünüz damını, divarlarını,
Sökdünüz bəzəkli otaqlarını.
Sökdünüz, tökdünüz suvaqlarını.
Hopmuşdu o evə anamın səsi.
Atamın əlinin o nişanəsi.
Hardasan, hardasan, ay ev yiyəsi?!
Boylanıb o evin pəncərəsindən
Uşaqlıq dünyama baxardım barı,
Orda bir ana var beş balasıyla,
Hələ də boylanır yollara sarı.
Siz görə biməzdiz, bilməzdiz axı,
O evin kədərli baxışlarını,
Siz görə bilməzdiz divarlardakı
Anamın əlinin naxışlarını.
Yenə qəmlə dolu, sevinclə dolu,
Alıb ürəyimin dərinliyindən
Xəyal dəftərini niyə tökdünüz?
Sizə neyləmişdi o ev yiyəsi,
Söyləyin, o evi niyə sökdünüz:
Söyləyin, o evi niyə sökdünüz.
kultaz.com
Комментариев нет:
Отправить комментарий