Страницы

28.12.2010

Sionistlərə dəstək olan müsəlmanlar kimlərdir?

İbrahim Sel  
 
Müsəlmanların Həcc mövsümündə xərclədikləri pulları Səudiyyə Ərəbistanı rəhbəri Məlik Abdullah İsrail tanklarının benzin puluna verir!

 2008-ci ildə 280 min nəfər yəhudi İsraili tərk edib və yaşamaq üçün başqa ölkələrə gedib. İsrailə yaşamaq üçün gələn yəhudilərin sayı isə 230 min nəfər olmuşdur ki, bu da İsrail tarixində ölkəyə gələnlərin azalması kimi ilk dəfə baş verib. İsraili tərk edən yəhudilər buranı özləri üçün təhlükəsiz hesab etmirlər. Onların əksəriyyəti, xüsusilə də cavanlar İsrailə geri dönməyəcəklərini bildirirlər. Bununla da “sionistlərin”, İsraili “bütün yəhudilərin ölkəsi” etmək niyyəti ürəklərində (əgər ürəkləri varsa) qalıb.
 Bundan əlavə daxili parçalanma olduqca sürətlənir. Burada olan partiyaların dünyada “analoqu” yoxdur: əkinçilər partiyası, təqaüdə çıxmışlar (ölümə hazırlaşanlar) partiyası və sair. Partiyalar vəhdətə və daha böyük partiya olmağa doğru deyil, parçalanmağa və daha kiçik olmağa üz tutublar ki, bu da əhalinin olduqca kiçik bir qismini əhatə edir. Zavod, fabrik və sair müəssisələrdə işləyənlər “Əkinçilər Partiyasına” üzv ola bilməzlər! Təqaüdə çıxmamış şəxslər isə ümumiyyətlə “Təqaüdə Çıxmışlar Partiyasına” üzv ola bilməzlər! Bu faktor isə burada olan parçalanmanın böyüklüyündən xəbər verir.
 Onlar həm də sionist və yəhudi olmaqla iki yerə bölünüblər. Yəhudilər “Məsiha”nın gəlişini gözləyirdilər. Gözləyirdilər ki, “Məsiha” gəlsin və onların hakimiyyətini bərpa etsin. Sionistlər isə “Məsiha”nı gözləmədilər və dedilər: “Nə üçün biz Məsihanı gözləməliyik? O gələnə qədər özümüzə dövlət qurarıq. Bununla barışmayan yəhudilər sionistləri və onların qurduqları dövləti qəbul etmədilər. Buna görə də bəzi yəhudilərin şüarı belədir: “Mən yəhudiyəm, sionist deyiləm!”.
 İndi dəbdə olan belə bir kəlam var: “Hər gün Aşuradır, hər yer Kərbəla!”. Bu günün Kərbəlası Qəzzadır. Oranın hər günü sözün həqiqi mənasında Aşuranın ölüm-itim səhnəsini xatırladır. Digər tərəfdən isə...
 Çox böyük təəssüflər olsun ki, İsrailə dəstək verən müsəlman ölkələri də tapılır. Bu siyahıya başçılıq edən ölkə Misir Ərəb Respublikasıdır. Qədim fironlar ölkəsinin MÜASİR FİRONu “Hüsnü Mübarək”! (Bizim rəhmətlik Şeyx Məhəmməd çox haqlı olaraq ona “Hüsnü namübarək” deyirdi.) O, İsrail rəsmiləri ilə gizli anlaşmasına əsasən Qəzza ilə sərhədini bağlayıb, İsrailin Qəzzadakı müsəlman və ərəbləri necə qırmasına tamaşa edir, bəzən də İsrailin Həması məhv etmədə yubanmasından hiddətlənir. Onun kimi düşmən dəyirmanına su tökənlərin sayı-hesabı məlum deyil. Lakin bu məlumdur ki, “heç kim unudulmur, heç nə yaddan çıxmır!” səhifəsində sizin də adınız özünüzəməxsus yerdə qalacaq.
 Səudiyyə Ərəbistanı! Məlik Abdullah! Bir müddət əvvəl Nyu-Yorkda dinlərarası dialoqda yəhudi cəlladı Şimon Perezin otel pulunu və digər xərclərini ödəyən bu şəxs, İsrail rəsmilərinə söz verib ki, əgər Həması məhv etsələr, onlara yardım edəcək! Xəstəxanalarını yaralı qəzzalıların üzünə bağlayacaq! Nəinki onların gözünün yaşına, heç üzlərinə də baxmayacaq. İndi isə müsəlmanların Həcc mövsümündə xərclədikləri pulları İsrail tanklarının benzininə verir. Qibləgahımızın, Kəbəmizin zəvvarlarından əldə etdiyi gəliri, İsrail əsgərlərinə verir ki, gedib öz müsəlmanlarımızı qırsınlar. Axı orada öldürülən müsəlmanlar Səudiyyəyə “xeyir” verə bilməyiblər! Axı onların dünyanın heç bir yerində vətandaşlığı yoxdur! Axı onların pasportu yoxdur! Axı onların pasport almağa yaşları çatmır! Axı onların maddi imkanı həccə getməyə, orada pul xərcləməyə imkan vermir! 
 Bu siyahıda İordaniya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Mərakeş və digər ərəb-müsəlman ölkələrinin də adı yer alır. Çox sağ olun, İsrail və ABŞ sizdən razıdır. Əgər yaxın şərq kukla teatrıdırsa, Kral Abdullah, Hüsnü Mübarək yəhudi sionistlərinin əl kuklalarıdır. Sonra isə kral Abdullah gəlib həcdə müsəlmanlara iman dərsi deyəcək və şeytanın əmrlərinə itaət etməməyi tövsiyə edəcək. Deyəcək ki, Allah düşmənləri ilə düşmən olun, Allah dostları ilə dost!!!
 Şərə qarşı birgə mübarizə aparaq.

Комментариев нет:

Отправить комментарий