Страницы

21.12.2010

Şəxsi kitabxanada 10 mindən çox kitab

 Lənkəran rayonunun tanınmış ziyalısı, yazıçı-publisist, filologiya elmləri namizədi, Lənkəran Dövlət Universitetinin kafedra müdiri, Prezident təqaüdçüsü Mirhaşım Talışlının evindəki şəxsi kitabxanasında on mindən çox kitab var. Bu kitablar arasında qədim dövrlərə və ötən əsrlərə aid tarixi, bədii, elmi, dini mövzularda müxtəlif əsərlər, əlyazmalar, nadir nüsxələr, lüğətlər və xəritələr qorunub saxlanılır. Kitabxanada yazıçı-publisistin müxtəlif illərdə yazdığı əsərlərinin üçcildlik külliyyatı, “Lənkəran”, “Dedim ki, sözüm qala”, “125 yaşlı məktəb” və digər kitabları da diiqəti cəlb edir. Buradakı ədəbiyyat əlifba sırası ilə düzülüb, onlar üçün kataloq və kartoteka tərtib edilib. Rayon rəhbərliyinin yaxından köməkliyi ilə şəxsi kitabxanada əsaslı təmir işləri aparılıb. İndi bu kitabxanadan yüzlərlə oxucu istifadə edir. Şəxsiyyət vəsiqəsini təqdim etməklə buradakı kitabları evə də aparmaq olar.

                                                                                                      Ülvi Məmmədli

Комментариев нет:

Отправить комментарий