- Bunu imtahanda görərik!
- Mən bunları onsuzda bilirdim!
- Buna oxşar suallar universitetdə çox tez-tez düşür.
- İnsan deyiləni bir dəfədə başa düşər, üzr istəyirəm siz axmaqsınız?
- Arxa tərəf danışığı kəssin!
- Nə olur orda?
- Bunun hesabını imtahanda soruşacam!
- Buranı diqqətlə dinləyin. Bir çox şagir xətaları burda edir.
- Danışmaq istəyən bayıra çıxsın! Qapı açıqdır!
- Sizi zorla gətirmirlər, bura istəməyən gəlməsin!
- Kimlər tapşırıqları yerinə yetirməyib?
- Tapşırıqları yerinə yetirmədən gəlməyin!
- Bizim zamanımızda valideyinlərimiz əti sənin sümüyü mənim deyərdilər.
- İmtahanda - Bir birinizə baxmayın!
- İmtahanda - Bu andan etibarən hamı bir biri ilə küssün!
- İmtahanda - Köçürdəni öldürərəm!
- İmtahanda - Oğlum (qızım) bir daha görməyim!
- İmtahanda - Oğlum (qızım) kağızını ver. Məni axmaq yerinə qoymayın!
- Mən tələbə ikən heç köçürməzdim.
- Bir suala cavab axtararkən - Oğlum (qızım) neçə dəfə deyəcəm ki ora elə deyil!
- Lövhədə suala cavab axtararkən - Səhvdir, otur!
- Bu söhbət haqqında çox dnaışmayacam, gələcəkdə özünüz görəcəksiniz.
- İmtahana yaxşı hazırlaşın!
- Növbətçilər - Oğlum (qızım) zəng olub artıq girin sinifə.
- Çıx çölə!
- Siz evdə də beləsiniz?
- Sinifə daxil olan şagir qapını örtməzsə - Evinizdə qapı yoxdur?
- Lövhəni silin (qız ayağa qalxarsa) Sinifdə kişi yoxdu?!
- Niyə dərs oxumursunuz?
- Sən artıq oxumursan... Dərslərini unutdun.
- Bu dəqiqə təbaşiri başına tulluyacam!
- Yerdəki zibilləri tez yığışdırın!
- O telefonu bura gətirin tez!
- Dərsdə yemək olmaz! Neçə dəfə deyəcəm?
- Tənəffüsə çıxmırsınız!
- Hamınızı buraxacam.
- Əgər hamınız düzgün qeydlər aparsanız, ağıllı olsanız imtahandan keçə bilərsiniz.
- Oğlum çayxanada oturmusan? Düz otur!
- Yatın, yatın, hamısı imtahanda çıxacaq!
- Qeyd etməyənləri mən bir qeyd edim.
- Oğlum, (filankəs) Sabah valideyininlə gəl!
- Kitabı dəftəri olmayan çıxsın çölə!
Комментариев нет:
Отправить комментарий