Страницы

30.01.2011

“24 saat” söhbəti və...

Məlum olduğu kimi, ötən ilin noyabr ayında Azərbaycan Respublikası Nazirlər Kabineti təhsillə bağlı maraqlı sərəncam imzalamışdı. Bu sərəncama uyğun olaraq orta məktəb müəllimlərinin və eyni tariflərlə işləyən musiqi məktəblərində çalışan müəllimlərin həftəlik dərs yükü 24 saatdan artıq olmamalı idi. Lakin bu sərəncamın reallaşması ciddi narahatçılıq yaratdı. Belə ki, bir sıra kənd məktəblərində sadəcə olaraq o sayda müəllim yox idi ki, dərsləri 24 saatdan artıq bölməsinlər. Dərslər əvəzçiliklə verildikdə isə, məzuniyyət və bayram günləri üçün pulların hesablanmasında müəllim əmək haqqında itkilərə məruz qalır. İkincisi, yüzlərlə müəllimin əmək haqqının 90-100 manat azalması yəqin ki, minnətdarlıqla qarşılanmayacaqdı. Həmçinin, məktəblərdə tarifikasiyanın sentyabr ayında aparılması da bu işdə problemlər yaradıb. Yəqin ki, bütün bunları nəzərə alaraq Təhsil Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşıb ki, bu sərəncamın tətbiqini yeni dərs ilinin başlanmasına kimi təxirə salsınlar. Lakin buna baxmayaraq bəzi məktəb direktorları, eləcə də bəzi musiqi məktəblərinin rəhbərləri tətbiqi dayandırılan bu sərəncamla oynayırlar. Belə ki, onlar bu sərəncamı əldə alətə çevirib, bəzi müəllimlərə açıq təzyiq etməyə başlayıblar.

Ülvi Məmmədli                                               cenubxeberleri.com

Комментариев нет:

Отправить комментарий