Страницы

24.01.2011

Ağ Ev Bakı və İstanbula diş qıcıdır

Xeyr, imperiyalar dövrü başa çatmayıb! Əksinə, bu gün tarixin heç bir dönəmində olmadığı kimi bir istibdad planeti hədləməkdədir: ABŞ istibdadı, Qərb istibdadıŞ sionizm istibdadı! Onlar ən öndə Bosniya, Fələstin, İraq, Əfqanıstan kimi müsəlman ölkələrini, Qarabağ kimi müsəlman diyarını oda çəkir, dünyanı öz azğın nəfs qanunları ilə yaşamağa məcbur edirlər. 
Bu dəfə rəsmi Vaşinqton Azərbaycanı BMT sanksiyalarını pozmaqda suçladı. «Azərbaycan və Türkiyə İranla iqtisadi əlaqələri genişləndirir» - deyildi. Birləşmiş Ştatların maliyyə nazirinin müavini Stüart Levi Azərbaycan və Türkiyəni İranla iqtisadi əlaqələri genişləndirməkdə günahlandırıb. Oktyabr ayında bölgədə, o cümlədən Azərbaycanda səfərdə olan Levi “Amerikanın səsi” radiostansiyasına müsahibəsində deyib ki, İranın yaxın qonşuları Türkiyə və Azərbaycan BMT Təhlükəsizlik Şurasının sanksiyalarına zidd olaraq İranla iqtisadi əlaqələri genişləndirir.
“Türkiyə və Azərbaycan İranın nüvə silahı yaratmasına etiraz edir, amma bu problemin sülh yolu həllinin tərəfdarıdır. İran bu ölkələrlə həmsərhəddir. Mən belə başa düşürəm ki, Türkiyə ilə Azərbaycan İranla münasibətlərini pozmaq istəmir. Onlar İranla iqtisadi əlaqələri, sərhədyanı ticarəti inkişaf etdirir, lakin İran məsələsinin mümkün həlli ilə bağlı həyəcan keçirir, çünki bu problemin digər yolla həllinin bütün bölgədə sabitliyin pozulmasına gətirib çıxara biləcəyini hesab edirlər”. Bəli, ağzı qanlı canavarlar sülh laylası oxumaqdadır!


                                                                         haqyolu.net

Комментариев нет:

Отправить комментарий