Страницы

20.01.2011

AZƏRBAYCANA YENİ RUHANİ "LİDER" GƏLİR

               Ekspertlər ölkədə dinçi müxalifətin yarandığını qeyd edirlər 

Son günlər ölkə dindarlarına qarşı aparılan kütləvi həbs dalğası nəticəsində dini mühitdə boşluq yaranıb. Eksklüziv olaraq FaktXeber.com-a danışan və adının çəkilməsini istəməyən ekspert bu boşluğun İrandan gələcək yeni dini lider-ruhani vasitəsi ilə doldurulacağını bildirdi. Mənbə qeyd edir ki, Mövsum Səmədovun həbsi, Zülfüqar Mikayıloğlu və digər ruhanilərin həbs müddətlərinin uzadılması ilə dindar topluma başçılıq edəcək bir rühaniyə ehtiyac yaranıb. Onun dediklərindən ən maraqlısı isə bu oldu ki, ölkədə kifayət qədər tanınmış və imam cümə kimi tanınan ruhanilər, həbsdə olan ruhanilərin müdafiəsində iştirak etməkdən boyun qaçırıblar.

Hazırda Türkiyədən ölkəmizə həbsdə olan ruhanilərin hüquqlarının müdafiəsi ilə gəlmiş hüquq müdafiəçilərin (Mazlumder-red) ölkəmizdə olmasının bir səbəbi də, məhz yerli dini etiqad müdafiə mərkəzlərinin rühanilərin müdafiəsinə qalxmamasıdır.

Digər tərəfdən isə ekspert narahatlığla qeyd etdi ki, Mövsüm Səmədovun 2 yanvar çıxışı ilə dini camiyə əslində yeni bir “mərhələ”yə, real dinçi müxalifət mərhələsinə keçib. Mövsüm Səmədovun “şahmat taxtası”nda “ŞAH” gedişi getməsi yeni mərhlənin başlanğıcı kimi qiymətləndirilə bilər. Nəzərə alınsa ki, Mövsüm Səmədov çıxışından sonra tutalacağını açıq-aşkar bilirdi, o halda bu “gediş”in davamının onun liderliyi ilə yox, bir başqa liderin rəhbərliyi ilə aparılacağı proqnozlaşdırılırdı. İndiki halda, bu rühani liderin İran İslam Respublikasının din elmi hövzələrindən birindən gələcəyi açıq aşkardır.

Mənbə həmçinin ölkə müstəqilliyindən bu günə qədər sadə dindarların ruhanilərə heç vaxt bu qədər bağlı olmadığını qeyd etdi və indiki halda Mövsüm Səmədov və Zülfüqar Mikayıloğlunun həbsdə saxlanılmasını, onların ideoloji olaraq “baş”sız qalması ilə əlaqələndirdi. Maraqlısı budur ki, digər ruhanilər bu boşluqda “lider” rolunu oynaya bilməyiblər. Odur ki, indi ölkədə rühanilər arasında iki müxtəlif qrup formalaşır. Hakimiyyətə loyallığı ilə seçilən, tanınan və bunu təbliğ edən, digər tərəfdə isə müxalif fikrlərlə real siyasi müxalifət rolunu oynayacaq yeni “dinçi” müxalifət.

                                                                                 Əziz Sahiboğlu

Комментариев нет:

Отправить комментарий