Страницы

10.01.2011

Azərbaycanın silah mühəndisi yeni ixtiralar edib

Azərbaycanlı silah mühəndisi Telman Mehdiyev artilleriya silahlarının atəşlərinin hesablanması üzrə iki ixtira edib.

T. Mehdiyevin dediyinə görə görə, bunlardan birincisi tam atəş hazırlığının yüksək dəqiqliyini təmin edən Kompüter Bazalı Analitik Hesablama Düsturları Sistemidir. İkinci ixtira isə dağlıq və düzənlik ərazilərdə bütün növ minaatanlardan atış üçün hazırlanmış Rəqəmli Atış Cədvəlidir.

«Bu atış cədvəli Azərbaycan ordusunda istifadə olunan minaatanların döyüş hazırlığını dəfələrlə artırır. Bununla bir yerdə, Rəqəmli Atış Cədvəlinə toplanmış soraq məlumatları onu daim yüksək döyüş hazırlığı vəziyyətində saxlamağa imkan verir», - deyə T. Mehdiyev vurğulayıb.

T. Mehdiyev onu da deyib ki, Kompüter Bazalı Analitik Hesablama Düsturları Sisteminin müsbət cəhətlərindən biri də onun yeni elektron təminatlı nişangahlarda da istifadəsinin mümkünlüyüdür.

T. Mehdiyev düsturların və cədvəlin uzun illər davam edən hərbi araşdırmaların və Qarabağ müharibəsindəki praktik təcrübənin təhlilləri nəticəsində hazırlandığını bildirib.

Mühəndisin sözlərinə görə, hər iki ixtira test olunub və hazırda dünya ordularında istifadə olunan atış hesablama sistemləri və cədvəllərindən fərqli olaraq yüksək dəqiqlik qeydə alınıb.

Qeyd edək ki, T. Mehdiyev 1991-1994-cü illərdə Azərbaycan Müdafiə Nazirliyində çalışıb, Qarabağ döyüşlərində iştirak edib.

Комментариев нет:

Отправить комментарий