Heydər Camal: "Təəssüflər olsun ki, bu gün Qərb dövlətləri və İsrail ilə olan münasibətlərin sıxlığına yönəlmiş göstərişlər nəticəsində, Azərbaycan İslam aləmində dərin bir dini-siyasi izolyasiyaya məruz qalıb"
Rusiya İslam Komitəsinin sədri Heydər Camal Azərbaycanda son günlər hökm sürən hicab qadağası ilə bağlı FaktXeber.com-a verdiyi eksklüziv müsahibəsində maraqlı məqamlara toxunub. O, Azərbaycan hakimiyyətinin tutduğu yolun İslam mədəniyyəti ilə ayaqlaşmadığı qənaətindədir. Həmçinin xalq diplomatiyasının yalnız hicab probleminin həllinə yox, Qarabağ məsələsinin həllinə yönəlməldilməsi fikrindədir.
- Cənab Camal, bildiyiniz kimi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycanın orta məktəblərində şagirdlərin hicab geyinməsinə rəsmən qadağa qoyulmuşdur. Bu məsələ ilə bağlı sizin mövqeyinizi bilmək istərdik, bu qadağanı necə qiymətləndirirsiniz?
- Çox mənfi! Mən düşünürəm ki, Bakı Avropa Birliyinin, Parisin və Berlinin yolu ilə gedir. Belə bir yol artıq qardaş Türkiyə tərəfindən tərk olunub. Türkiyədə hal-hazırda başqa proseslər gedir. Ki, bu cür addımlar 1920-ci 30-cu illərdə tapdalanan İslam dəyərlərinin dirçəlişinə yönələn proseslərdir. Rəcəb Tayyib Ərdoğanın gəlişindən qabaq Türkiyənin müsəlmanlarını əziyyətə salır, onların fəaliyyətini məhdudlaşdırırdılar. İndi isə əlhəmdullilah onlar, İslam mədəniyyəti ilə sivilizasiyanın qəbul olunan münasibətlərinin bərpa olunması yolu ilə gedirlər. Amma Bakı İslam düşmənlərinin qərarlarının “kopiya”sı yolu ilə gedir. Və təbii ki, belə qərarlar hakimiyyət ilə xalq arasında olan uçurumu daha da artırır. Ona görə ki, sovetlərin təsirinə baxmayaraq, Azərbaycan xalqı şüuraltı kollektivləşmədə yenə də müsəlman olaraq qalır. Və bunu da nəzərə almaq lazımdır ki, bu qadağa yalnız Parisin, Berlinin islamofob yasaqlarına bənzəmə deyil, həmçinin onlardan pis olan və daha da çox sovet dönəminə xas qadağalara bənzəyir. Deməli, Sovetlərdən çıxan insanlar, sosial sahədə olanları itirdilər, amma azadlıqları, xüsusən vicdan azadlığını əldə edə bilmədilər. Belə qadağalar 1991-ci ildən sonra postsovet xalqlarının tarixi yollarının saxta olmasının göstəricisidir.
- Cənab Heydər Camal, deyə bilərsinizmi, Rusiyanın orta məktəblərində hicaba, ümumiyyətlə dini atributlara qadağalar mövcuddurmu?
- Xeyir, belə bir qadağalar yoxdur. Hətta xaricə getmək üçün pasportda hicablı şəkilin çəkilməsi ilə bağlı qadağa da mövcud deyil.
- Bildiyiniz kimi, Azərbaycanda məhkəmələr, xüsusən belə problemlərdə formal xarakter daşıyır. İnanclı insanlar bu problemin aradan qaldırılması üçün, ümumiyyətlə belə problemlərin olmaması üçün hansı tədbirlər görməlidir?
- İnanclı insanların əsas vəzifəsi dəvətdir. İslamın sosial bazasını möhkəmləndirmək üçün ateist-aqnostiklər və tərəddüd edən insanların arasında, ilk növbədə Azərbaycanın siyasət və mənəvi varlığı olan cavanların arasında İslam elmini yaymaqdır. Və təbii olaraq, mövcud vəziyyətə dünya və xüsusən İslam cəmiyyətinin diqqətini cəlb etmək üçün, İslam alimlərinin və fəallarının iştirakı ilə beynəlxalq xarakter daşıyan tədbirlər keçirmək gərəkir. Təəssüflər olsun ki, bu gün Qərb dövlətləri və İsrail ilə olan münasibətlərin sıxlığına yönəlmiş göstərişlər nəticəsində, Azərbaycan İslam aləmində dərin bir dini-siyasi izolyasiyaya məruz qalıb. Ona görə də, əgər dövlət rəhbərliyi özünü belə münasibətlərə yönəldirsə, əks tərəf xalq diplomatiyasına və İslam aləmi ilə sıx münasibətlərin inkişafına yönəlməlidir. Və bizim bacılara bildirmək lazımdır ki, hicab onların əsarət altında saxlanılması deyil, əksinə, baş örtüyü onların mənliyi, namusu, bayrağı və siyasi deklarasiyasıdır. Xalq diplomatiyası yalnız hicab probleminin həllinə yox, həmçinin Qarabağ məsələsinin həllinə yönəlməlidir. Və Qarabağ problemi dünya müsəlmanlarının gözündə Fələstin problemi ilə bir səviyyə qalxmalıdır.
- Cənab Heydər Cəmal, ətraflı cavablarınıza görə sizə təşəkkür edirik.
Orxan Ələmdar, Aqil Mehdi
Комментариев нет:
Отправить комментарий