Страницы

30.01.2011

Borxesin qəbrinə işədilər

Çilili məşhur şair Eduardo Labarka “The Enigma of the modules” kitabında Xorxe Luis Borxesi təhqir edib. Belə ki , müəllif kitabın üz qabığında argentinalı şairin qəbrinə işəyərkən təsvir olunub. Argentinanın mədəniyyət naziri Xorxe Koskia “Bu çirkin bir hərəkətdir. Qəbirə işəməklə heç nə əldə etmək olmaz” deyə məsələyə münasibət bildirib. Kitabın müəllifi Labarka ”Quardian” qəzetinə verdiyi müsahibədə bunu “Haqlı olan sənət hərəkəti” adlandırıb. O, şəklin həqiqi olmadığını , təsvirdə adi sudan istifadə edildiyini bildirərək “ Bəli , o böyük ədib idi , ancaq Pinoçet mənim ölkəmdə insanları öldürərkən Borxes onun ziyarətinə gəlmişdi . Uruqvaylılar və çilililər bunu unuda bilməzlər” deyib.

Комментариев нет:

Отправить комментарий