Страницы

18.01.2011

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏN DƏHŞƏTLİ AÇIQLAMA

Hüquq mühafizə orqanlarının ötən həftə yaydığı məlumata görə, yanvarın 13-ü gecə saat 2 radələrində Bakıdakı şadlıq saraylarından birinin qarşısında üç polis əməkdaşı - Çevik Polis Alayının əməkdaşları Elçin Mütəllimov, Zülfüqar Süleymanov və Səbuhi Ağayev bıçaqlanıb. 

Hüquq mühafizə orqanlarının ötən həftə yaydığı məlumata görə, yanvarın 13-ü gecə saat 2 radələrində Bakıdakı şadlıq saraylarından birinin qarşısında üç polis əməkdaşı – Çevik Polis Alayının əməkdaşları Elçin Mütəllimov, Zülfüqar Süleymanov və Səbuhi Ağayev bıçaqlanıb. Polis əməkdaşları Daxili İşlər Nazirliyinin hospitalında ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Rəsmi məlumata görə, polisləri 1979-cu il təvəllüdlü Elvin Əsgərov bıçaqlayıb. Həmin vaxt saxlanılan Elvin Əsgərov əvvəlcə polis idarəsinə, oradan da Sabunçudakı 3 saylı xəstəxanaya aparılıb və az sonra yaxınlarına onun meyiti verilib. Nizami Rayin Polis İdarəsinin 24-cü polis bölməsindən bildirilib ki, hadisə zamanı Elvin Əsgərov polisə müqavimət göstərərkən müvazinətini itirərək yıxılıb, ölümünə səbəb olan xəsarətləri də məhz o zaman alıb.

“Azadlıq” qəzeti isə yanvarın 15-də Elvin Əsgərovun işgəncəyə məruz qaldığını yazıb, fotoşəkilləri, hadisənin təfərrüatı barədə onun yaxınlarının və həkimlərin açıqlamasını dərc edib.

Həkimlərin sözlərinə görə, Elvin xəstəxanaya gətiriləndə ölümcül vəziyyətdə olub. Həkimlər ona qapalı kəllə-beyin travması, başın təpə və ənsə nahiyəsinin hematoması, burunun əzilməsi diaqnozunu qoyublar. Yaxınlarının sözlərinə görə, yanvarın 13-də Elvin Əsgərov, Anar Qəniyev və Məmməd adlı daha bir şəxs birgə şadlıq evindən çıxarkən polis əməkdaşları onların içkili olduğunu bildirərək polis bölməsinə getməyi tələb ediblər. Onlar heç bir qanunsuz hərəkətə yol vermədiklərini əsas gətirərək bölməyə getmək istəməyiblər. İnsident böyüyüb və Elvin Əsgərov polislərdən birini bıçaqlayıb. Bundan sonra Elvin Əsgərov və dostları Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinə aparılıb. Bölməyə aparılarkən yolda onları amansızcasına döyüblər. Nəticədə Anar Qəniyevin barmaqları sınıb, Elvin Əsgərov isə ağır yaralanıb. Polis bölməsində halı pisləşdiyi üçün Elvin Əsgərovu 3 saylı Sabunçu xəstəxanasına aparıblar. Yanvarın 13-də o, əməliyyat masasına aparılarkən keçinib.

Yazıda adının çəkilməsini istəməyən şəxs Elvin Əsgərovu 25-ci polis bölməsinin arxasında, 6 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində 10-a yaxın polis əməkdaşının dəyənəklə döydüyünü deyib: “Elvini elə döyürdülər ki, səsi aləmi bürümüşdü. Təcili Tibbi Yardım Stansiyasının həyətində döyəndən sonra onu 24-cü polis bölməsinə aparıblar”.


                                                                                 faktxeber.com 

Комментариев нет:

Отправить комментарий