Страницы

27.01.2011

Ədəbi cameəni narahat edən əsas məsələlər

İbrahim Sel 

Professional Oxucu Liqası



 Hər gününüz xeyir olsun! Ədəbi müxalifətə məxsus olan saytlarda gəzinirkən diqqətimi bir sıra narazılıqlar cəlb etdi. Və həmən sizlərlə bölüşmək qərarına gəldim, bilavasitə ədəbiyyat siyasətlə birbaşa da olmasa, bağlı olduğu üçün sizlərə də maraq kəsb edər deyə düşündüm. Beləliklə, tanış olun: Son illərdə ədəbi cameəni narahat edən əsas məsələlər hansılardır?



 I hissə



 AYB-NİN YÖNDƏMSİZ FƏALİYYƏTİ. Bir neçə il bundan öncə BMT XX əsrdə dünyada yaradılmış ən dəyərli ədəbi əsərləri sistemləşdirərək, bütün qitələri əhatə edəcək ədəbiyyat kitabxanası yaratmaq qərarını açıqladı. Təşkilatın ədəbiyyat proqramı çərçivəsində tanınmış mütəxəssislərdən ibarət komissiya fəaliyyətə başladı. Əvvəlcədən onu deyək ki, 16 nəfərlik qrupda bir nəfər də olsun erməni, nə də Ermənistanın müttəfiqləri-yunanlar, hindilər, hətta ruslar belə yox idi. Nəhayət, 2004-cü ilin əvvəlində XX əsrdə bəşəriyyətin nail olduğu ədəbi incilərin siyahısı açıqlandı. Burda ən dəyərli 1500 əsər toplanıb. Bütün millətlər hərəsi heç olmasa bir ədibi ilə dünya standartlarını qane edib. Sovet ədəbiyyatı ora 18 müəlliflə daxil olub. Ermənilər Edqar Purityan adlı yazıçısıyla təmsil olunub, kişi  millətinin üzünü güldürüb. Siyahıda yalnız Azərbaycan və Solomon adalarının adı yoxdur. O Solomon adalarının ki, orda hələ ötən il adam əti yeyirdilər. Orda indi də adamyeyən oluğ-olmadığını deyə bilmərik, hər halda Azərbaycan ədəbiyyatı bundan “yaxşı” kompaniyaya düşə bilməzdi.

 Sözügedən siyahının demək olar ki, yarısını- 630 nəfərini dünya 60-cıları təşkil edir. Onların arasında da azərbaycanlı ikonalar yoxdur. Çünki dəfələrlə deyildiyi kimi, dünya 60-cıları tarixə romantizmin əleyhinə dalğa kimi düşübsə, bizimkilər həmin illərdə sentimentalizmə, kanonik mətnlərlə sevgi lirikasına girişiblər.

 Bəli, dünya ədəbiyyatı imzalarının arasına azərbaycanlı 60-cılar layiq görülüb salınmadı. Bu da xalqın on illərlə güvəndiyi 60-cıların biabırçı sonu!

 Sual edirik: xalqın vergisilə dolan büdcəni «ədəbiyyatınızı yaradırıq» deyib, illər boyu maaş, mükafat, sanatoriya, putyovkalarınızla boşaldıb nəylə məşğul olurdunuz? Hanı gördüyünüz iş? Və hanı o tərəqqi bələdçiləri ki, başqalarına da pis nümunə olub, yazı hürriyyətindən sapdırdılar, öz bildikləri çərçivədə qələm yolu göstərib, rəyçilik, «bəh-bəh» edib Azərbaycan ədəbiyyatını günbəgün palçığa batırdılar? Ümumiyyətlə, AYB-nin əksər hissəsinin ədəbiyyata nə qədər dəxli var?  Onların Azərbaycan ədəbiyyatına vurduğu ziyanı hesablamaq üçün illər lazımdır.

 O ədəbiyyatın qüdrəti yalnız SSRİ-nin künc-bucağında çürümə prosesi keçirən rimmakazakovaların təmtəraqlı məktublarında təriflənməyə, Türkiyənin Yedditəpə, Mimar Sinan, Fateh universitetlərinin fəxri doktoru olmaqla öyünməyə çatdı. Yeri gəlmişkən, ağı çıxarılıb çarxa qoyulan bu doktorluq hadisəsi barədə bir neçə söz. Hər ilin mayında Azərbaycanda keçirilən Türkiyə ali məktəblərinə qəbul prosesilə maraqlansanız, sadə bir həqiqəti görərsiniz. Nüfuz və təhsil səviyyəsinə görə Türkiyə Yüksək Öyrətim Kurulu tərəfindən Fateh, Mimar Sinan, Yedditəpə 80 universitet arasında 74, 77, 79-cu olaraq elan edilib. Türkiyədə təhsil almaq istəyən azərbaycanlı abituriyentlər də onları bir qayda olaraq, 12 yerlik sıralamada «tələbəsi olmağı ən az arzuladığım universitet» qismində göstərirlər. Arzu edirik, 80-ci yerdə olan Səlcuq Universitetinin də doktoru olasız, ayebeçi məmurlar!

 Belə sarsıdıcı XX əsrdən sonra Yazıçılar Birliyi əyanları indi də XXI əsri «qurub-yaratmağa»  girişiblər. Rəhbərlik  özünü televiziyada, ədəbiyyat qəzetində reklam etdirməkdə davam edir. Əyalət bölmələri AYB-nin üzvlük vəsiqəsini kənd şairlərinə sözün hərfi mənasında satır, yaranan əsərlərinsə dünya ədəbi standartlarına heç bir dəxli yoxdur, naxır otaranlar irəli çəkilir, ədəbi gəncliyin bir neçə nümayəndəsi lazım gələndə gözə soxmaq üçün mikrofonlara buraxılır, qalanı müxtəlif təhqirlərlə sıxışdırılır. Yazarlar yaltaqlara və qeyri-yaltaqlara parçalanıb, təkhakimiyyətlilik, saxtakarlıq baş alıb gedir…

 Əvəzində isə xeyirli təkliflər eşidilir. Buyurun baxın: Jurnalistlər Yazıçılar Birliyinin həyatından yaxşı yazılar yazmaları üçün pul, suvenir, kitab və sair hədiyyələrlə həvəsləndirilsin (?).

 AYB ədəbiyyatçıların peşəkar birliyi imicini çoxdan itirib. Öz danışdığına inanmayan adamlar kimi, AYB peşəkar yazarların birliyidir cümləsini təkrar-təkrar elan etmək və qarşısına bir neçə nida işarəsi qoymaq o faktı dəyişmir ki, AYB məhz diletant yazarların birliyidir. Buranın tənqidçiləri yeni ədəbiyyatşünaslığa dair bir çox şeyi AYO-çulardan öyrəndiklərini özləri də etiraf edirlər.

 HİNDKİNOİZM-MOTALİZM JANRÇILIĞI. “Yazıçıların bu millətin mənəviyyatına vurduğu zərbəni ən korrupsioner məmur da vurmur”- yazır tanınmış publisist Salam Sarvan.

 Marks bəşər cəmiyyətinin inkişafından, köhnəliklə yeniliyin mübarizəsindən bəhs edərkən faciə və komediya janrlarının mahiyyəti, onların ictimai həyatda rolu haqqında dahiyanə fikir söyləmişdir: “Nə qədər ki, köhnə qanun-qaydalar dünyanın mövcud qaydaları kimi, yenicə doğulan dünya ilə toqquşurdu, köhnə qanun-qaydaların tərəfində şəxsi deyil, ümumi-tarixi şaşqınlıq vardı. Elə buna görə də onun məhvi faciəli idi…”

 Tarix həyatın köhnəlmiş formasını məzara doğru sürüklədiyi zaman möhkəm hərəkət edir və bir çox fazislərdən keçir. Ümumdünya tarixi formanın son fazisi onun komediyası deməkdir. Bir dəfə faciəli bir şəkildə Esxilin “Zəncirlənmiş Prometey”ində ölümcül yaralanmış olan Yunanıstan allahları bir daha Lukianın “Söhbətlər”ində yenidən komik şəkildə ölməyə başladılar. Nə üçün tarix bu cür hərəkət edir? Ona görə ki bəşəriyyət öz keçmişi ilə gülə-gülə ayrılır.

 Bəs bizdə niyə bu proses getmir?

 Azərbaycanda son dövrlərdə yazılmış əsərlərin 80 faizini sözün əsl mənasında tragediya adlandırmaq yerinə düşər. Tragediya sözü yunanca keçi mənasında olan “traqos” və mahnı mənasını verən “ode” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yəni, bizə AYB tərəfindən təqdim olunan əsərlərin çoxuna diqqət yetirsək, mahiyyət etibarilə keçi haqqında nəğmədən başqa bir şey tapmarıq. Sonralar Yunanıstanda tragediya özünün ilk mənasını itirərək, teatr tamaşası növlərindən biri oldu, bizdə isə həmişə olduğu kimi bu cür proseslər gec baş tutur, donuq çərçivədə ilişib qalır.

 Əgər ədəbi mühitimizə diqqətlə yanaşsaq, qədim arxaizmlərlə indiki reallıqlar arasında çoxlu paralellər aşkar etmək mümkündür. Qədim yunanlar əhlikeflik və şənlik allahı Dionisin şərəfinə keçi kəsir, bir ay ərzində rəqs edir, Dionis haqqında hekayələr söyləyərək qurbanlıq keçi haqqında mahnılar oxuyurdular. İndiki yazıçılarımız da hansısa əhlikef məmurun cızma-qarası eşqinə “Natəvan” klubuna yığışır, bol-bol mədhiyyələr söyləyir, həmin məmurun onların həyatda formalaşmasındakı rolu barədə ağızdolusu danışırlar. Əyalətlərimizdə isə keyfiyyətsiz, çoban təbiətli şairlər ordusu formalaşır, bəziləri öz halal keçi və qoyunlarını sataraq ayebeyə üzvlik knijkası alırlar. Ən böyük arzuları güc-bala ilə ərsəyə gətirdikləri “nənəm inək sağanda” tipli mövsüm nəğmələrinin, çəpərüstü söhbətlərin, “yalvarıram gəl komama” kimi avara-avara sözlərlə dolu kitablarının işıq üzü görməsi, onlar haqda xoş söz deyilməsidir. Missiyası yeni özüllərə yer vermək olan sanball dərgilərimiz hər cür zir-zibillə doldurulur. Ədəbiyyatımız inkişaf edib Avropayla ayaqlaşmaqdansa, orta əsrlərə qaytarılır.

 Tam əminlik hissi ilə deyirəm və qoy bütün Azərbaycan gəncliyi bilsin, nə ahu gözlü, kaman qaşlı, gül yanaqlı poeziyamızın, nə də ki Zəngəzur dağlardan yəhərlənərək üzü Qarayazı dərəsinə çapan, zalım fələklə başlayıb gidi dünyayla qurtaran şirin sözlü, ancaq mürdəşir sifətli nəsrimizin Dünya ədəbiyyatı adlı almanax məclisində yeri yoxdur. Bizə min bir ciddi-cəhdlə soxuşdurulan bu idiomaların- bir dilə xas olub, başqa dilə tərcümə oluna bilməyən söz yığını, məsələn, gözüm səndən su içmir, könlüm başın qan eyləmə, qarışqa şıllaq atdı, eşşəyin budu batdı aman heeeey,- belə-belə cəfəngiyyatların ciddi ədəbiyyata heç bir dəxli yoxdur. Məddahlar ədəbi generallarımızı hansı zirvələrə qaldırsalar da, neçə dəfə Nobelə layiq görsələr də, Azərbaycan əbəbiyyatı antik yunan ədəbiyyatı, İtaliya İntibah dövrü ədəbiyyatı, Fransa maarifçi, rus realist ədəbiyyatı kimi beynəlmiləl əhəmiyyətə malik dəyərlərin heç izinə-tozuna da çata bilməz. Bir daha qeyd edildiyi kimi, Biləcəridən o tərəfə keçə bilməz və belə getsə, yüz il də bundan sonra keçə bilməyəcək. Nədəni də budur ki, İtaliya öz renesansının, Almaniya öz reformasiyasının, Fransa öz Volterinin üstündə kökləndiyi kimi, biz də “biri var idi, biri yox idi…”, “sizə kimdən deyim…” kimi avaragor mülahizələrin üstündə köklənmişik.

 “Vay o məmləkətin halına ki, onun şairi hələ də bayatı üstündə köklənib”- yazır azad yazarlardan biri.  

 Qədim kahin zurnasının sədası hələ də bizi öz cazibəsinə əsir etməkdədir. İctimaiyyət arasında bəzilərinin “laylalar”, bəzilərinin “ət məhsulları” adlandırdıqları cızma-qaralar yağışdan sonra göbələk kimi artır, ədəbiyyat, mütaliə dünyasına yenicə qədəm qoymuş gənclikdə kitaba qarşı bir nifrət əhval-ruhiyyəsi yaradır…

 Geniş tirajla buraxılan dürlü-dürlü kitablarda biz heyvanların əhilləşdirilməsi, şəfalı otların tapılması, əl alətlərinin ixtirası işlərinin təzahürünü görürük. Uzaq Avropada insanlar havada uçmağın yeni proyektlərini cızır və dekonstruksiyalarını hazırlayırlar. Bizdə isə “Uçan xalça” haqqında əfsanə daha da əsaslı şəkildə öyrənilir. Folklordan dissertasiya işi müdafiə etmək indi modda deyil, indi daha “irəli” gedərək övladları ölkənin yüksək postlarını tutmuş yazıçıların həyat və yaradıcılığını araşdırmağa girişiblər…

 Çayda axına qarşı üzməklə nəticələnən istənilən cəhd ciddi müqavimətlə rastlaşır, ziyalılarımız əsrin əvvəllərində olduğu kimi daşqalaq edilir və danosbazlıq nəticəsində məhbəslərə atılır. Daha başa düşmürlər ki, məhz çayın axınından daha sürətli üzmək arzusu avar və yelkən ixtirasına səbəb olmuşdur…

 Yadıma bu yaxınlarda Səttar Bəhlulzadə adına Mərkəzi Sərgi salonunda nümayiş edilən bir karikatura əsəri düşür. Müəllifi ünlü rəssam İosif Rotter olan həmin rəsmdə molla qiyafəsində olan azərbaycanlı əlindəki kitabı yaxınlaşmaqda olan əcnəbi qoşununa tərəf qaldıraraq deyir: “Qoy gəlsinlər, vallahi, bu kitab ilə onların cavabını verəcəyəm…”



II hissə



TƏRCÜMƏYƏ TƏKAN VERİLƏCƏKMİ? 1910-cu illərdə yazdığı bir məqaləsində birinci Rus inqilabının məğlubiyyət səbəblərini araşdıran Vladimir İliç bunu marksist ədəbiyyatın yetərli olmamasıyla əsaslandırır. Sonrakı bir neçə ildə tərcümə işinə böyük üstünlük verilir. “Artıq lazım olan ədəbiyyat tərcümə olunub və bu tərcümə ədəbiyyatı yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir” yazır həmin məqaləsində avantürist inqilab dahisi Volodya.

 Tanınmış ictimai xadim Hamlet İsaxanlı tərcüməni “xalqlar arasında gediş-gəlişi təmin edən körpü” adlandırır. Tərcümə ədəbiyyatının nə qədər vacib olduğunu izah etməyə ehtiyac varmı, bilmərəm. Onsuz da dərindən fikirləşəndə hamı bunun belə olduğunu bilir. Ancaq qoy olsun, məsələ o qədər ciddidir ki, dəfələrlə deyilməli, dönə-dönə dilə gətirilməlidir. Tərcümə ədəbiyyatının olmaması mədəni dünyaya inteqrasiya yolunda ən böyük maneədir. İrəli getmənin təkcə bir yolu var, o da başqa xalqların təcrübəsindən öyrənməkdir. İlk növbədə bəşər nəslinin əldə etdiyi qabaqcıl fəlsəfi düşüncəni, sosial və siyasi bilimlərə aid kitabları, özül təşkil edən ədəbi əsərləri yubanmadan dilimizə çevirməliyik. Bu gün yüz kitab yazmaqdansa, bir dəyərli kitab tərcümə etmək daha sərfəlidir. Böyük tərcümə kompaniyasına başlanılmalıdır. Əlbəttə ki layiqli kompaniyaya.

 Müəyyən qədər tərpənişlər var, amma hansı səviyyədə? Biz 6-ci, 8-ci siniflərdə oxuyarkən “Səfillər”i, Tom Soyyerin macəralarını, Selinceri necə böyük maraqla oxuyurduq! Çünki yaxşı tərcümə olunmuşdu. Sovet məktəbi vardı. İndiki tərcüməçilər sanki söz veriblər ki, dünyanın yaratdığı bütün gözəl dəyərlərin anasını ağladacaqlar. Belə getsə, ən dahiyanə əsəri də dilimizə çevirib bir qəpiklik edəcəklər. Azsaylı istedadlı tərcüməçilərimizə də dilimizin kasadlığı mane olur. Beş yüz minə yaxın alman sözündən ibarət Hesseni dilimizə çevirməkçün tərcüməçinin əlinin altında cəmisi əlli min söz var. Dilimizdə yeni sözlərin yaradılmasına dəhşətli ehtiyac yaranıb. Heç olmasa dialekt sözlərini sürətlə ədəbi dilimizə gətirməyə başlamaq lazımdı. Onunçün dialektoloji lüğətlə Azərbaycan dilinin izahlı lüğətini birləşdirib yenidən çap eləmək lazım. Orfoqrafiya lüğətinin də yenidən tərtib olunmasına ehtiyac duyulur. Akademik nəşrlərdə yazarların və tərcüməçilərin uğurlu dil ekspermentlərinə meydan verilsə, yaxşı olar.

 Xarici müəlliflərin əsərlərini Azərbaycan dilində normal mütaliə etmək mümkündürmü? Cavabını özünüz bilirsiniz- təbii ki, yox. Tolstoyun, Dostoyevskinin, Folknerin ən böyük əsərləri hələ də dilimizə çevrilməyib. Tərcümə kitablarının əksəriyyəti isə çox pis tərcümə edilib, bir çoxları rus dilində maraqla oxuduğu əsəri Azərbaycanca oxuduğu zaman çox sönük hesab edir.  

 Latın əlifbasıyla Azərbaycan və dünya klassiklərinin əsərlərinin yenidən dərci layihəsinin həyata keçirilməsinə dövlət 20 milyon dollar həcmində vəsait ayırmışdı. Lakin təəssüf ki layihənin həyata keçirilməsi  kifayət qədər şəffaf aparılmır və çap olunan kitabların lazımlıq əmsalı heç də birmənalı deyildir. Bu barədə dəfələrlə danışılıb. Həmin kitabların siyahısına çox sayda gərəksiz müəlliflərin adları daxil edilib. Nəzərə almaq lazımdır ki, bunlar yalnız bədii ədəbiyyatdır, özü də artıq tarixə qovuşmuş ədəbiyyatdır, bu günün çağdaş ədəbiyyatı deyildir. Çox sayda, istər klassik olsun, istər muasir, zəruri bədii əsərlərin adını çəkmək olar ki, dilimizə cevrilməyib və nəticə etibarilə oxumaq istəyən insanlar, tələbə və gənclər məcburiyyət üzündən türk, rus və başqa dillərə müraciət etməli olurlar. Gözəl dillə yazılmış və tərcümə olunmuş yeni kitablar yoxdur, bax bu üzdən gənclərimizin nitqi belə qüsurludur, buna görə ümumi mədəni səviyyəmiz aşağılarda seyr etməkdədir.

 Çıxış yolu nədədir? Dövləti bu məsələdə passiv olmaqda qınaya bilmərik, çünki ziyalılarımız bu məsələni lazım olan qurumlar qarşısında qaldırıb hələ ki “yox” cavabı almayıblar. Əvvəlcə bu və ya bizi narahat edən digər məsələni dilə gətirməli, tələb etməli, etirazla qarşılandıqda isə həyəcan təbili çalmalıyıq. Zənnimcə, buna bənzər işlər istər Rusiyada, istərsə də mədəni Avropada elə bu sayaq da həll olunur, yəni ictimaiyyət təşəbbüs qaldırır. İlk öncə məsələ tam ciddiyyətiylə gundəmə gətirilməlidir. Hətta bu məqalənin də bir həmrəylik damlasi olduğunu zənn edirik. 10 adamın da urəyində qığılcım oyatmaq, problemin varlığını yada salmaq özü də bir işdir.                                                                               

 Bu günün əsas və gecikən məsələlərindən biri tərcümə işlərinə dövlət səviyyəsində təkan verilməsindən ibarətdir. Televiziyalarin bir nomrəli işi kitabları təbliğ etmək, millətə kitab sevgisini aşılamaq olmalıdır. İnsanlarımız savadlanmalı, ana dilimiz inkişaf etməlidir. Bu təklifi ən yüksək tribunalardan səsləndirəcək şəxslər isə əkrəm əylislilər, sabir rüstəmxanlılar, aqil abbaslar, rasim qaracalar olmalıdır. 

 LATIN QRAFİKASI İLƏ NƏLƏR NƏŞR OLUNUR? Bir müddət əvvəl Azərbaycan ədəbiyyat tarixində qeyri-adi hadisə baş verdi- latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi barədə sərəncam verildi. Çap olunacaq əsərlərin siyahısı qəzetlərdə dərc olundu. Şübhəsiz ki bu addım hər cür tərif və alqışa layiqdir. Lakin…

 Bizim ölkəmizdə hər bir gözəl işin və niyyətin içindən həmişə bir əmma çıxmalıdır ortalığa, buna söhbət yoxdur.

 Sərəncamda belə bir ifadə öz əksini tapmışdı: “…Bununla yanaşı, Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin kiril əlifbası ilə çap olunmuş qiymətli nümunələrinin latın qrafikasında yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır”. Göründüyü kimi, həmin sərəncamda vaxtilə kiril əlifbasında çap olunmuş qiymətli nümunələrdən söhbət gedirdi.

 Sərəncama əlavə edilən siyahıda, əsərlərinin latın qrafikası ilə yenidən nəşri nəzərdə tutulan yazıçıların adlarını oxuyarkən qeyd edilmiş həmin müddəaya əməl olunmadığı respublika ictimaiyyətinin diqqətini ilk baxışdaca cəlb etdi. Əksinə, öz əsərləri ilə qiymətini çoxdan itirmiş müəlliflərin adları, AYB rəhbərliyinin hazırladığı bü siyahıda özünə yer tapmışdı.

 Nəticədə nə alındı? Əsərlərini latın qrafikası ilə yenidən nəşr olunmuş həmin müəlliflərin bir çoxu hal-hazırda müasir Azərbaycan oxucusu üçün heç bir qiymət kəsb etmir. Siyahı tərtib edilərkən hər hansı bir konkret prinsip və strategiya əsas götürülməyib, həmin siyahını tərtib edən bir neçə adamın şəxsi maraqları əsas rol oynayıb, kollegiallıq prinsiplərinə əməl edilməyib. Siyahını tərtib edənlərdən biri mətbuatda “Azərbaycanda kəmsavad nəsillər yetişməsi təhlükəsi vardı” deyirsə də, yenidən nəşr edilmiş bu əsərlərin kəmsavadlığı nə dərəcədə aradan götürəcəyi çox böyük şübhələr doğurur. Siz deyin, bu gün internet bumunu yaşayan, müasir dünya yazıçılarını birbaşa ingiliscədən oxuyan, kolxozçu təfəkkürə ikrah hissi ilə baxan gənc azərbaycanlının «kəmsavadlığını» aradan götürmək üçün Zeynal Cabbarzadənin, İlyas Əfəndiyevin, Ənvər Əlibəylinin, Nəriman Həsənzadənin, Hökümə Billurinin, Hüseyn Arifin, Qabilin, Qasım Qasımzadənin, Mədinə Gülgünün, Ənvər Məmmədxanlının, Nəbi Xəzrinin, İslam Səfərlinin, Tofiq Bayramın, Zeynal Xəlilin əsərlərinin nə faydası və rolu ola bilər? Əksinə, onların əsərlərini oxumaq özü kəmsavadlığın özünə dəlalət etmirmi?

 Süleyman Rəhimovun əsərlərini kim oxuyub? Sovet dönəmində ucundan tutub ucuzluğa getməyi ilə ad çıxarmışdı. O vaxt yaxşı qonorar verildiyindən bu ədibimiz böyük qardaşlarımızı da zinhara gətirmişdi. Onun kimi uzun cəfəngiyyat yazan olmayıb. Qaçaq Nəbinin atdan düşüb atlanmasını nə az, nə çox, düz 95 səhifə təsvir etmişdi. Həqiqətən də, Ginnesin rekordlar kitabına düşəsi bir haldır. Yaxud Süleyman Rüstəmi götürək. “Oxuma, tar, səni sevmir proletar”. Danosbazlığından başqa bir şeyi Azərbaycan xalqının yadında qalmayıb. M.Müşfiq, Ə.Cavad kimi istedadlı oğullarımızı danosların badına vermədimi? Nazim Hikmət bir dəfə onun haqqında demişdi: «Ya, şu adam daima yazıyor, yazıyor, anlayamıyorum peki o nə zaman düşünüyor?»

 Yox, niyə ki? Zatən arada göydə uçan laykalara dürlü-dürlü şeirlər qoşardı:



     Layka uçur göydə, eləyir ham-ham

     Mən yerdə onun səsinə alıram ilham.



 Hə, bir də möhtəşəm Azərbaycan traktorçularına etdiyi duaları ilə yadda qalıb: “Səni gəlməyəsən heç zavala, Sürəyya!..” Bu yazıq xalqın belə bir ədibin qarşısında günahları nə idi ki, üyüdüb tökdükləri şeir adıyla yenidən 5 cilddə (!) nəşr edilib kitabxanalarımıza dolduruldu? Onun kimi çoxlu sayda lazımsız yazarların əsərləri bu layihədə 5 cilddə, 10 cilddə işıq üzü gördü. Sovet hökuməti idi də, hər çobanı götürü yazıçı eləmişdi. Sovet dövründə ədəbiyyata itirilən pulları məmnuniyyətlə dəqiq və əhatəli hesablayardım. Bunun üçün gərək çoxprosessorlu kompüterlərdə, yaxud meynfreymin kalkulyatorlarında işləyəsən.

 Həmin müəlliflərin əsərləri SSRİ-nin da 87;ılması ilə bərabər öz tarixi əhəmiyyətlərini itirmişdir. Sosializm realizmi ruhunda yazılmış bu əsərlər, ən yaxşı halda, yeni nəsildə sovet yazıçıları haqqında təsəvvür yaratmaqdan ötrü ayrıca bir kitab halında, lap Azərbaycan Sovet ədəbiyyatı adı altında nəşr edilə bilərdi. Əksinə, bəzilərinin əsərləri bir qalınlıqdadır ki, sanki oxucunun oxuması üçün deyil, başına vurmaq üçün nəzərdə tutulub. Bu əsərləri nəşr etməmək sayəsində əldə edilən gəliri isə Pulitser və Nobel mükafatçılarının əsərlərini tərcümə edərək nəşrinə yönəltmək olmazdımı? Əlbəttə olmazdı. AYB-dəki yoldaşların qorxusu ondadır ki, dünya ədəbiyyatı inciləri dilimizə çevrilsə, özlərinin lokallığı, gerizəkalığı, kifsimişliyi, dünya standartlarına demode olması üzə çıxa bilər.

 Sovet dövrü ədəbiyyatı dövrü ələkdən keçirilməlidir, yaxşını özümüzlə götürməliyik, pisi isə atmalıyıq və pisliyini açıq deməliyik. Lenin-Trotski cütlüyünün mason mirasından çıxmaq üçün bu zəruridir.

 Mehdi Hüseyn 3 cilddə nəyimizə lazımdır ki? Azərbaycan oxucusunun gecə-gündüz yatdısı yoxdur ki, Mirzə İbrahimovun kitablarını tapıb oxusun? Bu ədibi bizə 3 cilddə sırıyıblar. Artıq bir neçə on illikdir ki, Axundov kitabxanasına bir nəfər də gəlib bu müəlliflərin kitablarının qatını belə açmayıb. Sus, nəfəs alma, şah əsəridi! Sağ qalanların da çoxlarının əsərlərini özlərindən başqa heç kim oxumayıb. Məhz belələrinin ucbatındandır ki, azərbaycanlılarda çox oxuma, başın xarab olar tipli deyimlər ortaya çıxıb.



III hissə



 Çoxlarının əsas etibarilə adlarını belə bilmədiyi sovet yazıçılarının yenidən latın qrafikası ilə nəşr olunması yeni nəsildə kitaba qarşı sevgi hissinin əbədi itməsinə səbəb oldu. Ölkə kitabxanaları heç kəsə lazım olmayan cızma-qaralarla doldurulmuşdur. Ciddi düşüncəli oxu tələb edən kitablar isə yox dərəcəsindədir.       

 Məlum müəlliflərin potensial oxucuları əsas etibarilə yaşlı nəsildən olan insanlardır ki, onların da kiril əlifbası ilə hər hansı bir problemi yoxdur. Vaxtilə yüz min tirajlarla dərc olunmuş həmin kitabları istənilən ucqar kitabxanadan tapmaq olar, lazımsızlıqdan zibilliklərə tullanılan da çoxdur. Əksinə, yeni nəsil oxucularını maraqlandıran daha çox xarici ədəbiyyatdır.

 Həmin ədəbiyyat tarixi heç kimə lazım deyildir. Səbəb isə budur ki, zaman həqiqətən də dəyişib, vıyıldayıb bizim üzərimizdən keçib, söz sənəti özünün yeni tələbləri ilə köhnə ədəbiyyatı süpürüb atıb.

 Rəsmi ədəbiyyat qurumu rəhbərləri bizə bəyan edirlər ki, onlar və əshabələri dünya şöhrətli yazıçılardır, dünyaya çıxanda isə bunun qəhvəyi yalan olduğunu görürük. Mənim ölkəmin rəsmi ədəbiyyat jurnalının tənqidçiləri şeirin rəsulizm janrından özgəsini tanımırlarsa, atam eşşək kimi işləyib dövlətə vergi verir, o vergi mənim ölkəmdə zülümxanovlara xərclənir, necə ki babamın vergiləri ilyasəfəndiyevlərə və digər ...lərə xərclənirdi, indisə mənim vergilərimə Elmlər Akademiyamın dəhlizlərini həmin kitablarının təzədən nəşr olunmuş variantlarıyla yüzlərlə cild dolu görür, əvəzindəsə oxumağa Azərbaycan dilində bir əsər tapa bilmirəmsə, əh, mən belə ölkənin ədəbiyyatında yerimin olmasını neynirəm” (Nərmin Kamal).

 Yazıçılar Birliyi əslində çox böyük bir təsərrüfatdı. Dövlətdən aldığı xeyli vəsaitin müqabilində bu təşkilatın fəaliyyətindən üzə çıxan bir dənə qəzet, iki dənə jurnaldı. Belə çıxır ki, 1400-dən çox üzv, ştatındakı 200-dən çox işçi, neçə katiblik, neçə şöbə, neçə komissiya, yerlərdəki neçə filial, rəhbərliyindəki neçə ağsaqqal kişi ona görə bir yerə yığışıblar ki, bir qəzet, iki jurnal çıxarsınlar?

 XARİCƏ KİMLƏR GETSİN? Ədəbi camiəmizin bir çox başbilənlərinin fikrincə, ədəbi əsərlər yalnız və yalnız onların başçılıq etdiyi bir təşkilatda yaranır, onların üzünə başı aşağı baxdıqları qələm sahiblərinin yazdığı şeylərdir. Bu təşkilatın çətiri altında olmayan yaradıcı insanların- orta və gənc nəslin yaratdıqları onların diqqətindən kənardadır və nə qədər olmasa da, onlar bu yaradıcı insanların yazdıqlarını heç cür yaxın buraxmırlar. Bu da təbii ki onlara toxunmaya bilməz. O yaradıcı insanlar da heç kəsi vecinə almayaraq öz işlərini görürlər və onların da əlinin altında qəzet və jurnallar var. Həmin qəzet və jurnallarda bu yazarların çox gözəl əsərləri çap olunur və rəsmi ədəbi rəhbərlik onları yaxına buraxmasa da, mən bilən, bunun artıq bir sonu olmalıdır. Qocalar boyunlarına almalıdırlar ki, cavanlar onlardan qat-qat güclü yazırlar və ədəbiyyatımızın dünya səviyyəsində tanınması üçün məhz cavanların potensialından istfadə edilməlidir. Və artıq bu istiqamətdə addımlar atılmaqdadır. Mən şəxsən bu fikirdəyəm ki, rəsmi təşkilatdan qıraqda olan bu gənc və orta nəslin yaradıcıları artıq həm ölkədə, həm də xaricdə özlərinə diqqəti cəlb etməkdədirlər. Get-gedə onların da tutduğu mövqe və yer özünü müştəbeh göstərən ədəbi təşkilatın insanları tərəfindən qəbul olunur. Və bütün bunlara görə də bəzən ədalətsiz şeylər baş verir: ölkəmizdən qıraqda olan hər bir ədəbi yarışa və ədəbi müzakirəyə yalnız və yalnız rəsmi yazarlar təşkilatı içində olan adamların getməsi icazəsi var. Gəlin insaf xatiririnə soruşaq görək son illərdə ədəbi yaradıcılığa aid keçirilən hər hansı kiçik toplantı da daxil, ora gedənlər kimlərdir? Tamamilə dünya ədəbiyyatı ənənələrindən bixəbər qocafəndilər göndərilir. Ancaq və ancaq dörd-beş adamdan ibarət bir qrupun siyahısını sizə göstərə bilərlər. Lap bu yaxınlarda Ukraynada keçirilən iclasa yenə də üç-dörd nəfər köhnə fikirli adam göndərildi, halbuki orada bizim gəncləri gözləyirdilər, bir çoxları haqda eşitmişdilər də, lakin…

 Təsir edən odur ki, Qərb dəyərlərindən başı çıxan, üzü Qərbə olan gənclik qalıb kənarda, əsasən qoşma-gəraylı üstə köklənən qocafəndilər göndərilir bu toplantılara və bu adamların orada ölkəmiz haqqında hansı təəssüratları yaratdıqları aydın məsələdir…

 Bir film var, Şurikin macəraları adlanır. Həmin filmdə çox maraqlı bir səhnə var: türmədə olan insanları bir sıraya düzürlər, üstlərində duran zabit onlara müxtəlif işlər təklif edir. Bir yekəqarın hər təklifdə sinəsini irəli verir. Semzavod! -Mən! Myaskombinat. -Mən! Kanalizasiya! -Mən!..

 Həqiqətən də bu çox əndazəsiz və düşündürməyə məcbur edən epizod eynən bizim rəsmi yaradıcı təşkilatın həyatında baş verir.

 Və yaxud başqa bir misal. Təsəvvür edin ki, Azərbaycan Mədəniyyət Nazirliyi folklor-rəqs ansamblını, muğamat ustası Mələkxanım Əyyubovanı və sair bu kimi narodnikləri bütün xarici dövlət tədbirlərinə truppa kimi göndərir. Baxmır ki Selin Dion oxuyacaq axı. Selin Dionla Maykl Boldounun yanına biz xalq ansamblı çıxarmaqla ziddiyyət təşkil etməyəcəyik ki?! Bəli, milli əba və çuxa gözəldir, cənablar, ancaq onu küçəyə və gündəlik işə geymək olmaz…

 İndi siz deyin, bu mühafizəkarlıq və ya özlərindən müştəbehlik deyil, bəs nədir? Hara getmək lazımdırsa, ora getmək üçün gələn təkliflər ancaq və ancaq öz içlərindən olan adamlar üçündür. Müstəqil yaradıcı qurumlarda bir neçə xarici dil bilən, tərcümələrlə məşğul olan, geniş xarici əlaqələrə malik yazarlar da çoxdur, belə yerlərə məhz onlar göndərlməlidirlər, bəziləri məhz xarici ölkələrdə təhsil almışlar. Bəli, fikrimizcə, belə yerlərə məhz onlar göndərlməlidirlər, daha Dayandur Sevgin və Məcnun Göyçəli təbiətli adamlar yox…

 Sonra da deyirlər ki, Azərbaycan ədəbiyyatı Biləcəridən o tərəfə tanınmır… 

 NANAY-NANAY ƏDƏBİYYATI. Ədəbi prosesi yaxından izləyən adam kimi deyə bilərəm ki, bizdə səsin tonu axşamlar sırıdılan buxara papaqlı muğamatımızdakı kimi ya bir oktava yuxarı, ya da bir oktava aşağı olur. Həm də səsə, ritmə uyğun gələn normal oktava yoxdur, daha doğrusu, xəbərimiz olmadığından şübhələnəndə yuxarını daha yuxarı, aşağını daha aşağı oxuyuruq.

 Müğənni səsin, şairsə sözün rəsmini səkməyə, onu virtuallıq içində dipdiri bir şey kimi göstərməyə çalışır. Ancaq vəziyyət elə gətirib ki, səs müğənnidən, söz də şairdən qaçır. Hara? Şübhəsiz ki, zəncirin, buxovların olmadığı bir məmləkətə. Nə vaxta kimi Fizuli vaxtında yazılmış halva iyi gələn qəzəllərlə xalqı yatızdıracağıq?

 Az-çox ortaya çıxarılanlar olsun ki, görünüş yaratmaq üçündür, təəssürat yaratmağa görədir ki, iş gedir. Ancaq prosesin heç olmazsa bu şəkildə başladığı halda, sonradan necə deyərlər, az sərflə böyük işlər görmək olar. Qəlibi hazırlayandan sonra yaxşı materialın yolunu gözləmək lazımdır. Di gəl ki məsələ burasındadır, vecsiz material balalayıb artır, tirajlanır, ayda beş-altı roman yazanlar, kitab bağlayanlar bu işi elə zövqlə icra edirlər ki, adamın dünyanın dəyişəcəyinə, Azərbaycan adlı məmləkətdə durğunluq və ətalətin bitəcəyinə inanmağı gəlmir.

 Qocaman yazıçı və şüəralarımız nəylə məşğuldurlar? Yenə də kimsə əlində qələm dəryazla ot biçirmiş kimi işləyir, digər əli qələmli (qılınclı, oxlu, nizəli) adamlar müntəzir durub gözləyirlər ki, nə yazacaq. Mənasız, primitiv, bədii məntiq və təfəkkür tərzi çox aşağı olan cildlərdən tostlar, təriflər qalaqlanır. Bəzən unudurlar ki, bu mənzərə çox açıq-saçıqdır, kənardan çox aydın görünür. Həmişə arzulayırıq ki, vaxt gəlsin, kənardan baxan uşaqlardan biri gördüklərini sözlə rəsm etsin və bu əsər doğrudan da dünyanı fəth etsin. Biz də deyək ki, Biləcəridən o tərəfdə tanınan bir şüəramız var. Xalq qocalarımızın bizə ədəbiyyat adıyla sırıdıqlarını qoltuğuna vurub odun peçlərinə doldursun, kefli İsgəndər demişkən, bu da təsadüf etsin axır çərşənbəyə, od vurub qalayaq…

 Niyə rus yazıçıları televiziyada çox gözəl, dərin söhbətlər edirlər və mən də onlara çox diqqətlə qulaq asıram? Saatlarla qulaq assan da, intellektual söhbətlər eşidərsən. Amma bizimkilər televiziyaya çıxanda da ailə-məişət söhbəti edirlər, toyda-yasda eşitdiyimiz söhbətlərə bənzər danışıqlar eşidirik. Səbəbi də səviyyəsizlik və biliksizlikdir. Düşüncə yoxdur.

 Bizim hörmətli elm xadimləri hələ də Aşıq Ələsgərin həyat və yaradıcılığından dissertasiya müdafiə etməklə alim adı alırlar. Öz yaşadığın mahalın yer adlarını araşdırmaqla professor adı qazanmaq ancaq Azərbaycanda mümkündür. Çünki bizdə hələ də pul hər şeyi həll edir, o cəmiyyətdə aparıcı qüvvədir. Həmid Herisçinin bir dəfə dediyi Azərbaycan aliminin elmə dəxli yoxdur fikrinə Elmir Mirzəyevin Dəxli çoxdur! Azərbaycan alimi demək olar ki, həmişə elmi gözdən salmağa çalışıb cavabı bu günkü faciələrimizin bir çox momentlərinə işıq salır…

 Bu gün ədəbiyyatımıız qocalar və cavanlar deyilən iki qütbə bölünüb. AYO-dakılar yeni ədəbi estetika əsasında birləşiblər. Özləri də dəfələrlə qeyd edirlər ki, biz ideya generatoru və fikir adamı kimi Mirzə Fətəli Axundovu xələf seçmişik. Bəs AYB-dəki yoldaşların xələfi kimdir? Aşıq Ələsgərmi? Yoxsa Süleyman Rüstəm? Azad Yazarların Alatoran jurnalında dujavi poeziya, art şeir, konkret poeziya, pastiş, süjetli mini şeir, sürrealist və meqativ şeir nümunələrinə rast gələ bilərsiniz. Bəs köhnə nəslin nümayəndələri bizə nə təqdim edirlər? Cinas, dodaqdəyməz, cığalı təcnis, qisasa-qisas, yana-yana, toxunma mənə, ayaqlı təcnis. Rəsul Rzanın Sarı dana şeiri, Hüseynbala Mirələmovun Xəcaləti, Zəlimxan Yaqubun El atası poeması- Azərbaycan ədəbiyyatı, sən hara köklənmisən? Xalq şair və yazıçılarımız Sovet dövrəndəki kimi ideologiya ədəbiyyatı, buxov mədəniyyəti yaradıblar. Tez-tez Natəvan klubunda hansısa bir məmura həsr olunmuş kitabın kiçik toy məclisləri qurulur. İşlədikləri müəssisə dövlət büdcəsinin əlinə baxdığına görə, AYB-dəki gənc və hazırcavab yazarlar da istər-istəməz özlərinə daxili türmə qurub, ədəbi ev dustaqlarına çevrilirlər. Bu səbəbdəndir ki, yazı prosesində ictimai bir etiraz notu qəlblərindən keçəndə onlar ən yaxşı halda çox arxaik bir fəndə- yəni, bayağı simvolikaya əl atırlar. Və burada mütləq anlaşılmaz bir ədəbiyyat nümunəsi yaranır. Yaratdıqları o meduzanı yığılıb Natəvan klubunda alqışlayırlar. Onların belə iclasları, Murad Köhnəqalanın yazdığı kimi, vəhşi qəbilələrin ovladıqları heyvanın başına fırlanıb şənlənmə ritualına bənzəyir. Ən sonda qəbilə başçısı əsasını yerə vuraraq əti yeməyə icazə verir, yəni, ya ön söz, ya da son söz yazılır.



IV hissə



 Yaşlı nəsil heç bir yaradıcılıq məhsulu ortaya qoya bilmir, çünki yeni cərəyanlardan bixəbərdir, xarici ədəbiyyatı (əlbəttə ki Çingiz Aytmatov kimilərdən başqa!) oxumur, internetin imkanlarından istifadə etmək iqtidarında deyil. “60-cılar,- azad yazarlardan biri yazır,- özlərindən əvvəlki nəslin çörəyini, özlərindən sonrakı nəslin başını yeyiblər”.

 Qocaman yazarlarımızın kitabları ilə kitabxanalarımız ağzınadək doldurulmuşdur. Tərtibata söz ola bilməz. Ancaq vərəqlədikcə dəhşətə gəlirsən. Yaneyram a dağlar… Adam nə qədər nadan ola bilər? Görmüşəm ki, bu kitabların müəlliflərinin 99 faizinin ədəbiyyata bircə qram da dəxli yoxdu. Məcnun tək yandı qəlbim eşq oduna… Bu nə deməkdir? Onlar sadəcə, şeir adıyla şəbi-hicran üstündə göz yaşı axıtmaqla məşğuldurlar. Özlərini, hisslərini aldatmaqdan həzz alırlar, heç bir atımlıq barıtları da yoxdur.

 TƏQAÜD MƏSƏLƏSİ. Ədəbi ictimaiyyət gerçək ədəbiyyat hadisələrinin Yazıçılar Birliyindən kənarda baş verdiyini yaxşı bilir və bu səbəbdən müstəqil yazıçı qurumlarının nümayəndələrinin adları da təqaüd siyahısına salınmalıdır. Hamı bilir ki, AYB-də qələmindən asılan qocaların hər şeyi var: evi, maşını, işi, təqaüdü, üstəlik övladlarının adam balası kimi yaşamağa şəraiti. Gənclər isə əllərinə düşən beş-üç manat pula aldıqları kitabları, borclarını ödəyə bilmədikləri üçün bir neçə dəfə dəyişdikləri kirayələrdə itirə-itirə yaşayırlar. Deyin, pul kimə çox lazımdır: kitablarının belinə minib məmurların kabinetinə çapan qocalara, yoxsa çap etdirə bilmədiyi kitablarının altına düşüb yerin dibinə girən gənclərə?

 Bir çox tanınmış ziyalılarımızın da ölkə mətbuatında işıqlandırılmış fikri budur ki, Azərbaycanda xüsusi təqaüdə layiq olan çox sayda gənc yazarlar vardır. Onların əksəriyyəti Yazıçılar Birliyinin üzvü deyil, amma bu onların təqaüd almasına mane olmamalıdır. O cümlədən, əyalətdə yaşayan xeyli istedadlı gənc yazıçı və şairlər var ki, Yazıçılar Birliyinin üzvü deyil. Əlbəttə, bütün bunlar təəssüf hissi doğurur, millətimizin mənəviyyatının korlanmasına aparıb çıxarır. AYB liderlərinin ədəbiyyata monopoliyaçılıq etmək ehtirası təəssüf doğurur.

 TƏNQİD ÖLÜB? YAŞASIN TƏNQİD! Deyirlər ki tənqidçi yanız peşəkar oxucu, yaxud milli ədəbiyyatın təəssübünü çəkən urapatriot olmalıdır. Bu, kökündən yanlış yanaşmadır. Tənqidçi pedaqoq-öyrətmən deyil ki, oxucuları tərbiyə etməklə məşğul olsun.

 Tənqidçi kompas, nə bilim bosman-zad deyil ki, ədəbiyyat dəryasında azanlara yol göstərsin. Rus, ingilis, yapon, fransız, fars… ədəbiyyatını hardasa dəryaya bənzətmək olar. Çağdaş ədəbiyyatımız isə Xəzər kimi qapalı göldür (adı dəniz olsa da!). Heç yerə axarı yoxdur.

 Bu cür ədəbi-mədəni stereotiplərdən qurtulmağın vaxtıdır. Əlbəttə, tənqidçidə ən azından kitab oxumaq əxlaqı, yaxşı və zəif əsəri duymaq, fərqləndirmək instinkti olmalıdır.

 Tənqidçi yalnız özgə mətnini açıqlamır (ona görə yazmır, onu izah etmir), həm də özünün mümkün fəlsəfi-estetik düşüncə imkanlarını ortaya qoyur, bədii dünyasını, intellektual potensialını göstərməyə cəhd edir, imkan daxilində (Azərbaycan meyarları çərçivəsində) özünün bədii dəyərlər və meyarlar sistemini qoruyub saxlayır.

 Adətən yazıçılar, əsasən də 2-ci, 3-cü dərəcəli şairlərimiz yeni çapdan çıxmış kitablarını adama verərkən deyirlər: “Bir şey yaz”, və yaxud “mətbuatda fikrini bildir”. Arada yazıram da. Amma başa düşə bilmürəm, bu nə üçündür? Mənim işim-gücüm yox imiş, oturub hər cəfəngiyyata mədhiyyə bəstələməliyəm? Yazıçı barəsində ən yaxşı sözü onun əsəri deyir. Əgər yaratdığın normaldırsa, oxunaqlı, axıcı, poetikdirsə, onda mən zövq alacam, həmişə olduğu kimi xoşuma gələn yerləri özümçün köçürəcəm. Yox, əgər zay məhsuldursa, həmişə olduğu kimi atacam odun peçinə, qurtardı getdi.

 Bu adamlara çatmır ki, ənənəvi akademik ədəbi tənqid artıq oxunmur. Özü də bu, təkcə mənim fikrim deyil, Kamal Abdulla da, Salam Sarvan kim nəhəng ədəbiyyatşünaslarımız da bunu dəfələrlə vurğulamışlar. Rus alimləri Qudkov və Dubinin müasir rus ədəbi sisteminin dərin təhlilinə həsr etdikləri, 2003-cü ildə dərc olunmuş “Nəşr işi, ədəbi mədəniyyət və yayım əlaqələri” adlı birgə kitablarında da eyni qənaət təsdiq olunur: “jurnal tənqidi ölüb”.

 Almaniyada yaşayan və Avropa mədəniyyətinə yaxından bələd olan yazıçı xanım Nuridə Atəşi Azərbaycan tənqidinin tərifə çevrildiyini vurğulayaraq onu “bülbüloqrafiya” adlandırdı. Dalıyca isə dedi: “Nə biabırçılıq desən, Azərbaycandan çıxır”.

 Sizin bu idilliyalarda əksini tapan ədəbiyyatınız bir el məsəlində olduğu kimi, nə tüfəngə çaxmaqdır, nə də ki süməyə toxmaq. Odur ki başınıza çarə qılın.

 Bu yaxınlarda mənimlə ziyalı diskussiyası aparmaq istəyən bir dostuma isə bunları çatdırmaq istəyirəm: Hələ o da podvoprosdur ki, elmlərin və incəsənətlərin məmləkətimizə gətirilməsi bu millətin mənəviyyatının saflaşmasına kömək edəcəkmi, ay brat?

 Neyləməli ki bu gün Azərbaycan yazıçısı üç funksiyanı yerinə yetirməli olur: əsər yazmalı, kitab nəşr etməli və onun reklamı ilə məşğul olmalıdır. Ən gərəklisi reklam və təbliğ məsələsidir.

 İmkanı olanlar müxbirlər yığır, bir-iki kamera sifariş edir, mətbuat klublarından birini icarəyə götürür və “kitabının işığına” yığışırlar (belə sarsaq metaforanı ancaq biz uydura bilərik).

 Nə eləsək də, tənqid artıq “qeyri-rentabellli” sahədir. Hal-hazırda iki variant təklif olunur: onu ya bağlamaq lazımdır, ya da ədəbiyyat fəlsəfəsi müstəvisinə keçirmək.

 Mən ikincinin tərəfdarıyam. Milli ədəbiyyatdan yaza-yaza milli fəlsəfəmizin ənənəsini və təkamülünü formalaşdıra bilərik. Artıq ilk addımlar atılıb. Həmid Herisçinin Sabir Əhmədovun yaradıcıılığından bəhs edən “Bakı-Mincevan qatarı” məqaləsini oxumuzunuzmu? Ruslarda olduğu kimi! Rus fəlsəfi fikri ədəbiyyatın könəyindən çıxıb: L.Şestov, N.Berdyayev, F.Dostoyevski, L.Tolstoy, V.Rozanov, P.Florenski.

 FƏLSƏFƏ KÖMƏK ETMİR. Ölkəmizdəki 15 il tarixi olan indiki fəlsəfə fakultəsinə baxsanız- məyus olarsız. Oranı fəlsəfə tarixini- Miletli Falesdən ABŞ praqmatizminin tarixinə, ondan da Yaponiyada fəlsəfənin niyə 13-cü əsrdə yaranmasına qədər böyük bir coğrafiyada bilən məzunlar bitirir, ancaq nə fayda?

 Görünür tədris sistemindəki hansısa metodoloji qüsurlardandır ki, bunlar fəlsəfəni mühazirə-dərs oxuyan kimi oxuyur, içlərinə götürə bilmirlər. Odur ki Kantın dövrünün problemlərindən yaxşı baş çıxarırlar, nəinki günümüzdən.

 Filosof və fəlsəfəşünas sözləri arasında bir böyük fərq qəbul olunub. Filosof- özünün yaratmış olduğu fəlsəfi sistemi (ya ontoloji, ya qnoseoloji, ya akseoloji) olan insanlara deyilir. Bizim son filosofumuz Eynəlqüzat Miyanəçi olub. 11-13-cü əsrlər Azərbaycanda filosoflar dövrü olub. Bugünkü o insanlar isə fəlsəfəşünaslardır: televiziyalarımızın ekspert kimi polemikalara dəvət etdiyi da müəllimlərdən tutmuş həvəskar fəlsəfəşünas hesab etdiyim (mən də daxil olmaqla) mətbuatdakı imzalara qədər.

 Aristotelin təfsirləriylə baş girləyən Bəhmənyarı öz tarixinə filosof kimi daxil edən, aşağı enib-enib bəxtiyarvahabzadəni də “filosof-şair” sayan (gör fəlsəfə nə günə qalıb!) millətimiz öz hard-disklərini, vinçesterlərini təmizləsə, defriqmentasiya etsə yaxşıdır.

 YAZIÇI MİLLƏTÇİ, YOXSA DÜNYƏVİ OLMALIDIR? Azərbaycanda ortada olan gənc siyasətçilərdən gənc yazarlara qədər hamısına liberallıq gəlib. Millətlər olmamalıdır düşünür, yeni dünya düzənində millət sözünü ağzına belə almamalısan, Qərbdə millət məfhumu yoxdur- deyirlər.

 Doğrudanmı dünyada millət məfhumu can verməkdədir? Əsla yox. Çoxmillətlilik, yüzlərlə millətin parallel mövcudluğu, parallel hökmranlığı- Qərbdə məhz bu ideyaya hörmət edirlər, millətsizliyə deyil. Çox yanlışdır ki, günümüzdə genişdüşüncəlilik məhz millətsizlik hesab olunur. Səbəb məncə odur ki, Qərb haqqında Azərbaycanda yanlış təsəvvür var, fikirlər asinxron, təhrif olunmuş yəhudi agentliklərinin təbliğatına əsaslanır. Qərbin bügünkü ideoloqları, bestsellerləri kimlərdirsə, məsələn, Umberto Eko “Müqəddəs müharibələr”, “Poliqlotlar federasiyası üçün”, Qadamer “Avropada çoxkültürlülük”, Altüsser “Yeni epoxa”, Jan Fransua Liotar “Postmodern situasiya” məqaləsində bir milləti digərindən üstün olmadan çoxkoloritli dünyanı, millətli-xalqlı dünyanı ideal hesab etdiklərini yazırlar. 20-ci əsrdə alman millətçisi Martin Haydeggerin ideyaları ölüb, çünki o bir millətin digərlərindən üstünlüyünü təbliğ edirdi. Posthaydegger erası isə bugünkü poliqlot Avropadır.

 Yaponlar 20-ci əsrin böhranlarında özlərinə necə təsəlli verirdilər? Deyirmişlər ki, nə qədər yapon anaları və müəllimləri sağdır, bu millət yaşayacaq. Ermənilər öz milli birliklərinə görə dinə borcludurlar. Eçmiədzin kilsəsi dini və milli mövcudluğun sütunu ola bildi. O dərəcədə ki ateist Sovetlər Birliyinin atest rəhbəri Stalin erməni katalikosunun müavinini- bir din xadimini qəbul eləmişdi, onunla Ararat dağı və ermənilik haqda söhbət etmişdi. Şotlandlar ingilisləri futbolda udanda deyilənə görə, bağırırmışlar ki: “Görürsünüzmü! Məgər biz millət deyilik?” İsveçrəlilər isə Ropa Papası institutunun əsasən isveçrəlilərdən təşkil olunmasına böyük mənalar yükləyirlər. Avropada ingilisə fransızca müraciət edəndə əsəbiləşirmiş, fransızla isə almaan dilində danışmaq istəyəndə acığı gəlirmiş. Belə nümunələr çoxdur, siz məndən qat-qat çoxunu bilirsiniz. Hamısı da göstərir ki bu gün dünyada milli ruh ölmüş deyil.

 Odur ki indilərdə ortaya çıxan “mən azərbaycanlı deyiləm, türk də deyiləm, dünyalıyam, qlobalistəm” fikirli adamlara, guya “genişdüşüncəlilik” göstərib təşəxxüs satan gerizəkaları rast gələndə hirslənməyə bilmirsən. Dünyalı, qlobalist olmaq yəhudi nökəri olmaq deməkdir, bu isə başqa söhbətin mövzusudur. Yaşasın Hitler!

Комментариев нет:

Отправить комментарий