Страницы

24.01.2011

Gəncənin deputatlarının keyfi necədir?

Millət vəkillərinin qohumlarının sadə insanlara problemlər yaratmaqdan başqa əllərindən bir iş gəlmir 

Gəncədə 500 mindən artıq insan yaşayır. Məhz buna görə iki rayon və 10-a yaxın qəsəbəsi olan şəhərdə 4 seçki dairəsi fəaliyyət göstərir. Hər dairə üzrə 35-40 minə yaxın seçicisi olan Gəncədə daim bir sıra problemlər yaratmaqda maraqlı olan qüvvələr də az deyil. Hər Parlament seçkiləri ərəfəsində gələcəyə ümidlə baxan gəncəlilər, millət vəkillərindən daim yardım gözləsələr də nəticə başqadır. Sadə vətəndaşları deyil, ancaq özlərini düşünən şəhərin deputatları öz şəxsi maraqlarını həyata keçirərkən daha ciddi problemlər yaratmaqdadırlar. Əslində gəncəlilərə ötən 5 ildə acı yaşadan millət vəkillərinin bundan sonra fəaliyyətlərində dəyişiklik edəcəyini gözləmək də doğru deyil.

Hər 5 ildən bir Gəncəyə üz tutub vətəndaşları dinləməyə can atan və boş vədlər verən millət vəkillərinin şəhərdə fəaliyyətlərinə nəzər salsaq bir çox qaranlıq məsələlərə də aydınlıq gətirmiş oluruq.

İlk öncə Gəncənin daimi millət vəkilinə çevrilən Musa Urudun (Quliyev) fəaliyyəti və qohumlarının şəhərdə etdikləri özbaşınalıqlara nəzər salaq. Musa Quliyev artıq ikinci dəfədir ki, Gəncənin 40 saylı Kəpəz ikinci seçki dairəsindən Milli məclisə mandat alıb. Bu deputat haqqında yazarkən onun özünü kürd adlandırmasını qeyd etmək yerinə düşər.

Gəncədən millət vəkili olmasına baxmayaraq, şəhər əhalisinin cox hissəsinin tanımadığı Musa Quliyev gəncəlilərin rəğbətini qazanmağa can atmayan deputat kimi yadda qalıb. Onun qohumları isə Gəncədə müxtəlif vəzifələrdə çalışır. Gəncəlilər Musa Quliyevi yaxından tanımasalar da, onun qohumlarının şəhərdə tez-tez qanunsuz əməllərə imza atmaları deputatın adının daim hallanmasında önəmli rol oynayır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Dövlət Reysteri Xidmətinin Gəncə ərazi idarəsində vəzifə tutan deputatın Kənan adlı qohumu daim diqqət mərkəzindədir. Şəhərin yollarında işıqforları qadağan olunmuş işarədə keçən, yuksək sürətlə avtomobil idarə edən, yol boyu insanlara sataşmağa vərdiş edən deputatın bu qohumunu görənlər Musa Quliyevi xatırlamamış deyillər. Hətta, dəfələrlə qohumlarının bu cür özbaşınalıqlarını millət vəkilinə çatdırsalar da, Musa Urud susmağa üstünlük verib.

40 saylı Kəpəz ikinci seçki dairəsinin seçiciləri ilə söhbətimizdə də deputat haqqında ürəkaçan fikirlər eşitmədik. Gəncəlilər Musa Quliyevi yaxından tanımadıqlarını və bu şəxsin şəhərdə ancaq problem yaratmaqla diqqət mərkəzində olduğunu qeyd etdilər: “Biz Musa Quliyevi heç görmüşük ki? Eşitdiyimizə görə bizim dairədən seçilib. Bir onu bilirik ki, onun qohumları şəhərdə “at oynadır”.

Xatırladaq ki, dairənin sakinlərindən bəziləri problemlərin həlli ilə bağlı Musa Quliyevə müraciət ediblər. Deputatdan yardım ala bilməyən vətəndaşlar aylarla məktublarının cavabsız qalmasına da heyfslənirlər.

Gəncənin daha bir 39 saylı Kəpəz birinci seçki dirəsindən Milli Məclisə mandat alan Xanlar Fətiyev həm də Gəncə Regional Futbol Federasiyasının Prezidentidir. Bundan başqa Gəncə Avtomobil zavoduna rəhbərlik edən deputat digərlərindən fərqli olaraq ilk dəfədir ki, Gəncəni parlamentdə təmsil edir.

“Gəncə” futbol klubunu maliyyələşdirən Xanlar Fətiyevin böyük maddi imkanlara sahib olduğunu qeyd edirlər. Onun qısa müddətli fəaliyyəti haqqında təkcə onu demək mümkündür ki, futbola marağı ilə seçilən millət vəkili deputat olduğu bir neçə ayda seçiciləri ilə görüş keçirməyib. Ancaq ədalət naminə qeyd etməliyik ki, deputat Gəncə futbolunun inkşafı üçün çalışmaqdadır. Gəncə Avtomobil zavodunun rəhbəri kimi külli-miqdarda vəsait mənimsəməkdə adı çəkilən Xanlar Fətiyevin milyonlar sahibinə çevrilməsinin də səbəbi məhz budur. Bu mənimsəmələrlə bağlı araşdırmalarımız davam edir.

Digər, 38 sayli Gəncə Nizami ikinci seçki dairəsindən Milli məclisin daimi sakininə çevrilən Asəf Hacıyevin fəaliyyəti Musa Urudun fəaliyyətindən fərqlənmir. 38 saylı dairənin seçicilərinin də yaxından tanımadığı Asəf Hacıyev Gəncədə qohumları üçün yaxşı şərait yaradıb. Deputatın bacısı oğlunun qanunsuz əməlləri isə gəncəlilər tərəfindən daim etrazla qarşılanmaqdadır. Təsadüfi deyil ki, Gəncədə obyekt sahiblərinə çevrilən Hacıyevlər sadə vətəndaşların hüquqlarını pozmaqla diqqət çəkirlər.

Ən maraqlı məqam isə, Asəf Hacıyevin şəhərdə narazılıq yaradan qohumlarının ermənilərlə qan qohumu olmalarıdır. Gəncədə hamıya məlum olan bu fakt özbaşınalıq edən deputat qohumlarına qarşı mənfi münasibət formalaşdırmaqdadır. Lakin etiraz və narazılıqlara məhəl qoymayan Asəf Hacıyevin qohumları dayılarından aldıqları dəstəklə özbaşınalıqlarını davam etdirirlər.

37 saylı Gəncə Nizami birinci seçki dairəsindən Milli məclisə mandat alan Aydın Abbasovun fəaliyyəti sərbəstliyi və aşkarlığı ilə digərlərindən fərqlənir. Respublikanın baş nazirinin keçmiş birinci müavini, hazırda AST şirkətlər qrupunun vitse-prezidenti Abbas Abbasovun oğlu olan Aydın Abbasovun bir çox qohumları Gəncədə yaşamaqla yanaşı böyük biznes sahibidirlər. Deputaın əmisi, qaynatası və digər qohumları böyük biznesdə söz sahibidirlər. Bu barədə növbəti saylarımızda.

                                                                                                        tia.az

Комментариев нет:

Отправить комментарий