Страницы

20.01.2011

Hey!.. hey!

Vitoşun yeni proyekti: Camışların göz yaşı


                                  Çuşka şeirləri- 6


                              Hey!.. hey!



Dəyirman daşından keçməsə buğda

Ələyin gözündən ələnə bilməz, hey!

Mənliyi, vicdanı, nəfsi tox olan

Əl açıb dünyada dilənə bilməz, hey.



 İstər dağa qaldır, istər boyna mindir,

Nə fərqi naşını dindirmə, dindir?!

Mayası düz olsa, duzlanan pendir

İillər keçsə də iylənə bilməz, hey!



Xalanəvəsi, dünya belə saxtasa

Çox uçunma qəfil bir dərd qaxlasa.

Sahibi itini bağlı saxlasa
Küçə-küçə gəzib sülənməz, hey!

Комментариев нет:

Отправить комментарий