Страницы

26.01.2011

Kürdlər Azərbaycanda narkotiki yayır

Azərbaycan iqtidarında oturan və kifayət qədər yüksək vəzifə tutan, etnik kökəncə kürd olan bəzi məmurların narkotranziti və siqaret qaçaqmalçılığını dəstəkləməsi barədə də “Yeni Müsavat” olaraq bir neçə dəfə yazmışıq. Hətta bəzi Türkiyə qəzetləri öz ölkələrinin xüsusi xidmət orqanlarına istinadla iddia edirlər ki, Azərbaycan narkotranzit ölkəsi olmaqla yanaşı, burada, xüsusilə də aran rayonlarında gizli fəaliyyət göstərən heroin saflaşdırıcı fabriklər var. Bütün bu proseslərə Azərbaycan iqtidarındakı ən təsirli qruplaşmalardan biri olan etnomafiyanın başında duran generalın rəhbərlik etməsi də hər zaman gələn xəbərlər arasında olub.
Narkotikin Əfqanıstan, İraq və İrandan daşınması işini isə illər öncə Azərbaycanda yerləşmiş İran əsilli iş adamlarından (o da etnosca kürddür-red.) birinin koordinasiya etməsi səngiməyən iddialar arasındadır.


                                                                                        musavat.com 

Комментариев нет:

Отправить комментарий