Страницы

14.01.2011

“Wikileaks”-la “Mossad” arasında gizli saziş aşkarlanıb

İsraildə dərc olunan “Haaretz” qəzeti “Wikileaks” internet saytının İsrailin xüsusi xidmət orqanları ilə müştərək çalışdığını iddia edib. Saytın əməkdaşlarının İsrailin mənfəətlərinə xidmət edən məlumatlara geniş yer verdiklərini, sui-qəsd versiyalarının isə məhv etdiklərini bildirilib.

Ərəb dilində nəşr olunan “Əl Hakika” adlı bir internet jurnalı yəhudi həmkarlarının sözünə qüvvət verib. Jurnalda “Wikileak”sin qurucusu Culian Assancın və İsrail xüsusi xidmət orqanı olan "Mossad" nümayəndələri ilə Cenevredə gizli toplantı keçirdiklərini yazıb. İddiaya görə Assanc kəşfiyyatçılara İsrailin təhlükəsizliyini və ya diplomatik əlaqələrini zədələyəcək hər hansı bir sənəd nəşr etməməyə söz verib.
ABŞ-da ərsəyə gələn və müharibə əleyhdarı kimi tanınan "Veterans Today" xəbər saytının redaktorlarından Gordon Duff da bu iddianı dəstəkləyən bəyanat yayıb: “Assancla İsrailli rəsmilərin gizli qeyri rəsmi saziş bağladıqları aydın olur. Biz İsraillə bağlı “çirkli” sənədlərin ortadan qaldırıldığını təxmin edirik”.


                                                                              azerixeber.org 

Комментариев нет:

Отправить комментарий