Страницы

31.01.2011

“Yardımlı Xeyriyyə Cəmiyyəti”

“H.Z.Tağıyev ənənələrinin davamçısı diplomu”nun qalibləri: 

1) Hacı Mir Əşrəf Fətiyev-Perinbel kəndinin abadlaşmasında göstərdiyi xidmətlərə görə;
2) Hacı Abbas Əzizov-Horonu kəndinin abadlaşmasında göstərdiyi xidmətlərə görə;
3) Hacı Gülağa Abışov-Telavar kənd yolunun abadlaşdırılmasında göstərdiyi xidmətlərə görə;
4) Təranə Rəcəbli-rayonda yaşayan imkansız xəstələrin təmənnasız cərrahiyyə olunmasında göstərdiyi xidmətlərə görə.

“Vəli Məmmədov adına diplom”un qalibi

Yazıçı-ssenarist Hafiz İmamnəzərli-V.Məmmədovun həyat və fəaliyyətinə həsr olunacaq sənədli televiziya filminin ssenarisinə görə

“Professor Kamil Əliyev adına diplom”un qalibləri
 
1) Təbiət Yolacaqlı- “Yolocaq kəndi yaddaşlarda” kitabına görə;
2) Mehralı Mustafa- “Qəlbi iman çeşməsi idi” kitabına görə;
3) Telman Vəlixanlı-“Karamazov qardaşları” kitabının tərcüməsinə görə.

Bundan əlavə “Yardımlı Xeyriyyə Cəmiyyəti” ötən illərdə olduğu kimi 2010-cu ildə də müxtəlif sahələrdə fərqlənmiş yurddaşlarımızın xidmətlərini dəyərləndirməkdən ötrü, sosial sorğu keçirib. Sorğunun nəticələrinə görə, rayon prokurorunun böyük köməkçisi Rəzzaq Gözəlov “İlin ən nümunəvi məmuru”, Baxas Qubadov “İlin ən xeyirxah iş adamı”, Zahir Məlikov “İlin ən yaxşı təhsil işçisi”, professor Vəli Əsmətov “İlin elm adamı”, Vidadi Əzimov “İlin ən fəal həkimi”, Qənirə Ataşova “İlin ən fəal jurnalisti”, Sakit İlkin “İlin yazarı” seçiliblər. Bundan əlavə sorğuda iştirak edənlərin birmənalı seçiminə və israrına görə Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Şamil Seyidli “Yardımlıların dostu” nominasiyasına layiq görülmüşdür.
 
Vəli Məmmədovun xatirəsi yad edilib
 
“Yardımlı Xeyriyyə Cəmiyyəti” ictimai-siyasi xadim, olduqca saf və cəsarətli bir ailm kimi tanınan, əslən Yardımlıdan olan Vəli Məmmədovun 80 illiyi münasibəti ilə Fəxri Xiyabanda, mərhumun məzarı önündə anım mərasimi keçirib. Mərasimi giriş sözü ilə açan cəmiyyətin sədri Elman Eldaroğlu mərhumun həyat və fəaliyyətindən geniş söhbət açdı. Sonda qeyd etdi ki, V.Məmmədova həsr olunacaq sənədli televiziya filminin çəkilişinə başlanmışdır. Sonra o, tədbiri aparmaqdan ötrü, sözü jurnalist Xanoğlan Əhmədova verdi. Daha sonra çıxış edənlərdən xalq artisti Nürəddin Mehdixanlı, professor Bəhmən Sultanlı, N.Nərimanov Xatirə Muzeyinin elmi işçisi Rəna Qəhrəmanova, Yazıçılar Birliyinin nümayəndəsi yazıçı-publisist Aləmzar Sadıqqızı, nərimanovçulardan Nailə Rəhimova, V.Məmmədovun bacısı Hacı Leyla xanım və başqaları çıxış edərək mərhumla bağlı xatirələrini söylədilər. Sonda V.Məmmədovun həyat yoldaşı Xalidə xanım çıxış etdi. 
 
                                                                                      yardimli.net 

Комментариев нет:

Отправить комментарий