Страницы

06.02.2011

"Baş nazir postu uğurunda mübarizə başlayacaq”

                    “Paşayevlər Ramiz Mehdiyev komandası ilə üz-üzə gələcək”
 
Müsavat Partiyası başqanının keçmiş müavini İbrahim İbrahimlinin “Qafqazinfo”ya müsahibəsini ixtisarla sizlərə tədim edirik: 

- Son günlər Azərbaycanda bir sıra dövlət qurumlarının rəhbərləri əməkdaşlarına xalqı incitməməklə bağlı ciddi tapşırıqlar verirlər. Siz başlayan inqilab hərəkatı ilə bu tapşırıqlar arasında hər hansı əlaqə görürsünüzmü?
- Bu Azərbaycan hakimiyyətinin narahatlığında irəli gəlir. Amma bu cür kosmetik və imitasiya xarakterli tədbirlərlə bu hərəkatın qarşısını almaq mümkün deyil. Hakimiyyət daha ciddi addımlar atmaq zorunda qalacaq. Məncə ciddi kadrlar dəyişikliyi etmək zorunda qalacaq. Amma nəzərə almaq lazımdır ki, hakimiyyətin daxilində Bakı–Şirvan klanı ilə Naxçıvan-Ermənistan klanı arasında yenidən qapalı mübarizə artıq leqal şəkildə ortaya çıxıb. Bu kadr dəyişikliyində hakimiyyət aradakı gərginliyi götürmək üçün atacağı belə addımlar hakimiyyətin ziyanına işləyəcək. Bakı–Şirvan klanına rəhbərlik edən Paşayevlər Naxçıvan–Ermənistan klanını sıxışdırmaq, hakimiyyətdə yüksək postlar tutmaq istəyir. Bilirsiniz ki, Paşayevlərin strukturlara yerləşdirdiyi adamlar nazir müavinləri səviyyəsində olan adamlarıdır. Onları nazir vəzifəsinə yüksəltmək istiqamətlərində səyləri olacaq. Amma əsasən iki post uğurunda mübarizə gedəcək. Bunlardan biri Prezident Administrasiyasının rəhbəri postu uğurunda çox ciddi mübarizə gedəcək. Xüsusən də ciddi mübarizə baş naziri postu uğurunda olacaq. Bu məsələdə hakimiyyət daxili planlarının ciddi şəkildə toqquşma ehtimalı gözlənəndi. Yəni, İlham Əliyevin vahid komandas kimi təqdim olunan komandanın vahidliyi haqqında görüntü təəssüratı yaratmağı cəhd edirlər. O təəssürat tamamilə dağılacaq. Çox ciddi şəkildə Naxçıvan-Ermənistan klanı ilə, Bakı-Şirvan klanı üz-üzə gələcək. Daha doğrusu, Paşayevlər Ramiz Mehdiyev komandası ilə üz-üzə gələcək. Bunun da çox ciddi fəsadları olacaqdır.

Klanlararası gərginliyin və mübarizənin açıq müstəviyə çıxmasının qorxulu bir cəhəti ondan ibarətdir ki, proseslər demokratik müstəvidən regional müstəviyə yönələ bilər. Müxalifətdən olan düşərgənin əsas başlıca vəzifəsi gözlənilən hakimiyyət daxili klanlararası açıq savaşın regional müstəviyə yönəlməsinin qarşısını almaq, proseslərin demokratik müstəvidə getməsinə nail olmaqdır. Buna da nail olmaq üçün qeyri-legitim parlamentin qarşısının alınması, parlament seçkilərinin yenidən keçirilməsi şüarı ilə çıxış edərək, kütləvi tədbirlər keçirilməsinin vaxtıdır.

- Sizin fikrinizcə, Azərbaycan müxalifəti baş verə biləcək hər hansı qəfl situasiyalara hazırdırmı?
- Əslində, Azərbaycanın alt yapısında da bir qeyri-müəyyənlik var. Yəni, İran meylli qüvvələrin aktivləşməsi, xüsusən islamçı kəsimlərdən istifadə olunması, daha sonra Rusiya meylli insanların aktivliyinin artmasıdır. Bilirsiniz ki, Paşayevlər Rusiya meylli qüvvələri öz sosial bazasına çevirə bildi. Əslində, Ayaz Mütəllibova məxsus olan sosial bazanı Paşayevlər özününküləşdirə bildi. Xüsusən Bakı kəndləri ətrafında öz mövqeyini gücləndirməklə, eyni zamanda Ayaz Mütəllibovun tərəfdarlarının parlamentdə təmsil olunmasına şərait yaratmaq. Bir zaman bu komandada təmsil olunan komanda üzvlərinə imtiyazlar verilməsi ilə onu özünükiləşdirə bildi. Son günlərdə İran meylli qüvvələrlə Rusiya meylli qüvvələrin aktivləşməsi hiss olunur. Hakimiyyət İran meylli qüvvələri provokasiyaya çəkməklə onlara öz zərbəsini vura bildi. Hicab məsələsi ilə bağlı proseslə buna misaldır. Bununla belə Rusiya meylli qüvvələrin aktivləşməsi prosesi də getdi. Narişkinin Azərbaycana səfəri və humanitar məsələlərlə bağlı keçirilən forum və sair. Bunlar hakimiyyətin, xüsusən də Paşayevlərin təsiri ilə hakimiyyətin siyasətində İran meylli qüvvələri provokasiyaya çəkib əzmək, Rusiya meylli qüvvələri aktivləşdirmək, Qərb yönümlü qüvvələri isə hakimiyyət parlament seçkilərində oyundan kənar vəziyyətə salmaqla, siyasi fəaliyyətini məhdudlaşdırmaqla bir gərginliyə səbəb olmuşdu. Azərbaycanda bu 3 qüvvə içərisində ən güclü, ən ciddi dayaqlara malik olan, həm peşəkarlıq, həm də təcrübə baxımından hazır qüvvə Qərb yönümlü milli demokratik düşərgədir. Hakimiyyətə alternativ olan düşərgə müxalifət düşərgəsi həm parlament seçkilərində özünü təsdiq etdi, eləcə də seçkidən sonrakı fəaliyyətlə bunu təsdiq etdi. Müxalifət gözlənilən bu dalğaya hazırdır. Bu super partiyada birləşmə və bu super partiyanın avanqard kimi cəmiyyətin digər sosial kəsimlərini öz ətrafında birləşdirib bir hərəkata çevrilə bilərdi. Təəssüf ki, bu yubadılır və gecikmələr baş verir. Mən hesab edirəm ki, indiki vəziyyətdə Azərbaycan müxalifətinin potensialı növbəti dalğaya uyğun adevkat addımlar atmağa və prosesləri avanqardlıq etməyə hazır bir qüvvə kimi ortadadır.

Jalə Məmmədli

Комментариев нет:

Отправить комментарий