Страницы

06.02.2011

GÜNEYLİ YAZARLARIN MANİFESTİ

Anti- ədəbiyyat bu günkü azərbaycanın özgür insanının gərəki olan bir yeni ədəbi dalğadır

Biz bir neçə Azərbaycan şaır, tənqidçi və yazarları 2011- inci ilin yanvar ayınıın başlanışıyla anti-ədəbiyyat manifestini ədəbiyyatımızın durğun və pasif durumunda sunmaği gərəkli düşünüb elan edirik. Doğrusu bu günkü Azərbaycan insanının özəlligi nə olmalıdır? Bu günkü mediya, veb, internet, evrənsəl kənd və ilişgilər dünyasında Azərbaycan insani necə düşünməlidir? Necə davranmalıdır? Nətür bir sənət və ədəbiyyatla maraqlanmalıdır? Bugün Azərbaycan ədəbiyyatçısı haçanadək keçmişin çürümüş sümüklərindən asılaraq, ortaçağ Azərbaycanının el-oba, çadır, at, qılınc, qalın bığ, atalıq, dədəlik, çəkəndə misri qılıncı, leş bir yana- baş bir yana ozaylarında gəzişərək, yaşadığı çağdan yadlaşıb, geriyə addımlamalıdırlar? Arxada buraxılmış ədəbiyyata olan qutsallıqla, köləcikliklə, deyişimsizliklə yanaşmalıdırlar? Azərbaycan çağdaş insanı haçanadək Şəhriyarın dünya yalan dünyadır kimi narkotik ozaylarına uymalıdır? Haçanadək modern və post-modern əsrində folklor və divan şeri fəzalarını yaşamalıdır? Maraqlısı ədəbiyyatçılarımızın: Azərbaycan hələ gələnəksəl durumu yaşayarkən, hələ modernləşməmiş, post-modernizmi qonuşmaq gülüncdür" kimi qonuşmalardır. Bizcə daha yetər. Əski çərəüvələr pozulmalıdır.

Ozaylar deyişilməlidir. Yaşasın, eşq olsun, mən elimin Koroğlusu, sən Nəbisi, o Babəki kimi sloganlar şer və öykümüzdən köçməlidirlər. Modern üsturə (mif)lər yaranmalıdırlar : qılıncsız, atsız, bığsız, nərəsiz, çənlibelsiz və başsız, leşsiz .....bizə bu gun politikaçı, dilçi, araşdırıcı, teknolog, alim, ekonomist və ... gərəkir olsunki arıq-cilaz amma qafası çalışan modern düşüncəli iş bilən. Azərbaycanın yapı- sökümcü post-modern satiraçısı Ramin Cahangirzadə nə gözəl yazmış
Babalarımızı qəbirdən xortladarkən

Bir-birinin canına salacayıq

Dədəmizin qopuzunu duvardan asıb

İspan gitarasını verəcəyik əlinə

Dədəmiz yeni hava çalmağı bacaracaq

Əjdər əmi lambada oynayacaq

Qoçaq Nəbinin eşmə buğlarını vursaqda

qorxmayın qaçaq düşsədə

roçaq qalacaq

Koroğlunu atından düşürüb

maximaya mindirə bilməsək də

heç olmasa aşağı model opelə mindirməliyik

inciməsin at üstündə qoç Koroğlu

hərnəyin canın alacayiq

yenidən canlanıb

yenidən canlanacayıq


yenicə sunacağımız ədəbi dalğanın adı ANTİ-ƏDƏBİYYATDIR! Gülüncdür deyilmi?
Anarşistidir deyilmi?
Nolar bir az da gülməyin və düzənsizligin heçdə eybi yoxdur.

ANTİ-ƏDƏBİYYATIN ÜSULLARI:

anti- ədəbiyyat hər tür yapı, quruluş, çərçüvə, şablon və sınıra qarşıdır. Bu üzdən aşağıda usullar dogm və deyişilməz deyil və çərçüvələşmək anlamında deyildir. Hər ədəbi axımdan yararlandıqda, onların səntezi olaraq, tam onlardan fərqlənməkdədir. Ancaq ədəbiyyatla heç oxşarlığı olmayacaq. Tam azad bir yaradıcılıqdır.

ANTİ-ƏDƏBİYYAT qutsallaşmış tam ədəbi tabulara, bütlərə, miflərə, tarixi simalara və gənəlldklə keçmişə tənqidi yanaşır və toxunur.(onların olumsuz və olumlu yönlərini göz önünə çəkir

ANTİ-ƏDƏBİYYAT quyruq bulayan ədəbiyyatçı köləciklərə qarşıdır

ANTİ-ƏDƏBİYYAT normal tüvkcə dilimizə tam sayqıladıqda, şer, öykü və rumanda onun nəhv və quruluşunu qutsal və əl deyilməz kimi təəsüblə davranışa qarşı olaraq, vəhşi bir dili düşünür

ANTİ-ƏDƏBİYYAT hər an deyişim və yeniləşməni düşünərək, təkər- təkərligə(tikrar), yamsılamağa və ədəbi oğurluğa qarşı olaraq, evrənsəl ədəbi olayları və yenilikləri azərbaycan durumuyla adaptasyonu( yerliləşdirmə, uyğunlaşdırma) düşünür

ANTİ-ƏDƏBİYYAT ədəbi mətni deyil, anti- mətni düşünür. Bu üzdən onda kəsin anlam və çərçüvəyə inanmadan, hər oxunuşu dəyərləndirərək mətnin pozulmasını düşünür

ANTİ-ƏDƏBİYYAT azərbaycanda ədəbi toplumda orta çağ anlayışlı atalığ, dədəlik, həzrət, ustad, mövlana və bunlar kimi ağalıqlara qarşıdır.

ANTİ-ƏDƏBİYYAT inandlğı anti- mətnidə neçə səsliligi, demokırasını düşünüb, hər bir səsin egəmənliliginə qarşidır.(özəlliklə yazarın səsinə)

ANTİ-ƏDƏBİYYAT veb alanına və mediya sahəsinə və qocaman(əbər mətn – hayper text) inanaraq kitabdan sərbəstligi düşünür.

ANTİ-ƏDƏBİYYAT mətni bir pazel kimi dəyərləndirib, onu oxucu oxunuş anında yazarın düzdüyü düzənini pozup, özü istədigi kimi düzdüyünü düşünür.

ANTİ-ƏDƏBİYYAT yaradıcılıqda hər yönlü yapı- sökümcülügü düşünür(özəlliklə dildə

ANTİ-ƏDƏBİYYAT acımasız eleşdirini düşünür.

ANTİ-ƏDƏBİYYAT feminizmə tam inanaraq, onu dəstəkliyərək, qadınsəl şerdə, cinsəl dil, duyğunu vurğulayır.

ANTİ-ƏDƏBİYYAT azərbaycanın indiki lokal və yerli ədəbiyyatın qabığını parçalayıb, dünya anti- ədəbiyyatıyla ayaqlaşdırmağa çalışır.

ANTİ-ƏDƏBİYYAT şer, öykü və rumanda heç sözcük, deyim və qonunun girməsini yasaqlamadan, yazarı yazı prusesində tam sərbəst düşünür.

ANTİ-ƏDƏBİYYAT kimsəyə qarşi heç bir görəv və sorumluluğu düşünmədən, yalnız formalaşmış anlam və icəriki düşünür.

ANTİ-ƏDƏBİYYAT gənəlliklə acımasız satıra dil və ifadəni düşünür.

ANTİ-ƏDƏBİYYAT anti- istetika ya olumsuz istetikanı düşünür.

ANTİ-ƏDƏBİYYAT erotik və porno fəzaları və imgələri ədəbi əsərlərdə yasaqlayan ədəbiyyata qarşıdır.

ANTİ-ƏDƏBİYYAT tez kimi olan ədəbiyyata bir anti- tez kimi çıxış edərək, bunların uluşmasından gələcəkdə bir səntiz doğularaq, onun içindən anti- ədəbiyyatın antisidə doğulacaq kəsin.

Bu hər an deyişimdə olan kuralları göz önünə alaraq, bu manifestə qol çəkərək, tam sayqılarımızla ədəbiyyatı öpüp müzeyə tapşırırıb ədəbiyyatçılarla baş-başa buraxırıq. Bizcə ədəbiyyatımız(və başqa ulusların ədəbiyyatı) bir qutsal və vəhyi münzəl kimi kitab və mətnlər deyil, sadəcə normal bir yazılar olaraq, onlara qarşı hər tür tənqidi oxunuşu hər kəsin doğal haqqı kimi düşünüb, hər tür basqını cahillik kimi dəyərləndiririk.
cəfər büzürg əmin- tənqidçi- şaır- yazar

duman ərdəm-şaır

elvar quluvənd-şaır

ramin cahangirzadə-satıra şaıri

sayman aruz-şaır- yazar

solmaz mühəmməd rizayi- şaır

saray mühəmməd rizayi, şaır- yazar

Комментариев нет:

Отправить комментарий