Страницы

22.02.2011

"Hizbullah" Musa Sədrin azad edilməsini gözləyir

Livan "Hizbullah" hərəkatı Liviyadakı hadisələrlə bağlı bəyanat yayıb.

Bu barədə İslam-Azeri.az İnternet qəzeti "Əl Mənar"a istinadən xəbərə verir. Bəyanatda Qəddafinin xalqını qətlə yetirməsi sərt tənqid edilərək dünyanın bu qırğına səssiz qalmasınını pislənilib. Bəyanatda deyilir: "Hizbullah xalqına zülm edən Qəddafi rejimin bütün cinayətlərini pisləyir. Biz qətlə yetirilənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Hizbullah inqilabçıları dəstəkləyir və dua edir ki, bu diktatorun da sonu tez gəlsin. Qəddafi "Hizbullah"ın İmamını oğurlayaraq bizə sarsıdıcı zərbə vurub. Biz inqilabçılardan İmam Musa Sədri və onun zindan dostlarının azad ediləcəyini və bu zalımın devriləcəyini gözləyirik və bu işin baş tutması üçün Qüdrətli Allaha dua edirik".

Комментариев нет:

Отправить комментарий