Страницы

22.02.2011

İsrail girovluğundan azad edilmiş iki nəfərlə müsahibə


İslam-Azeri.az internet qəzetinin baş redaktoru ilə İsrail əsiri olmuş Zəki Kaya
İslam-Azeri.az internet qəzeti Qəzzaya humanitar yardım aparan və İsrail quldurlarının hücumuna məruz qalan "Azadlıq Karvanı"na daxil olan gəminin daha iki sərnişinindən müsahibə alıb.
Birinci həmsöhbətimiz İHH könüllüsü, Türkiyənin Dənizli vilayətindən olan Zəki Kayadır. 





İsrail quldurlarının gəmiyə hücum etməsilə bağlı nə deyə bilərsiniz?

İsrail ordusu sübh namazı vaxtı gəmiyə hücum etdi. Birinci vertolyotdan düşən əsgərlər bizim tərəfimizdən zərərsizləşdirildi. 3 əsgərin əlini bağlayıb, silahını əlindən aldıq. Silahlarını dənizə atdıqdan sonra, mən sionist əsgərlərdən birindən Fələstinli qadın və uşaqların qisasını almaq istədim. Lakin gəmidə olan dostlar buna imkan vermədilər. Onlar dedilər ki, bunlar bizim əsirlərdir və əsirləri qətlə yetirmək olmaz. 

Hücum zamanı siz nə edirdiniz?

Mən yuxarı mərtəbədə təzyiqli su ilə İsrail əsgərlərini gəmidən uzaq tutmağa çalışırdım. Lakin İbrahim
Bilgən adlı qardaşımız namazını qıldıqdan sonra gəlib məni dəyişdi. Mən namaza getdim. Gələndən sonra onun şəhid edildiyini gördük. Alçaq sionistlər onu artıq güllələmişdilər.


Siz əsir düşdünüz. Sizə necə münasibət göstərdilər?

Bilirsiniz, əslində biz əsir düşməzdik. İHH sədri daha çox şəhid verməmək üçün bizə təslim olmaq tapşırığını verdi. Onlar bizim əlimizi bağladılar. Öz gəmilərinə gətirənə kimi bizə vertyolyotun güclü küləyi ilə əziyyət verirdilər. Nəhayət bizi Aşdod limanına gətirdilər. 3 saat sonra isə Qüdsdə zindana apardılar.

İsraillilər sizdən nə soruşurdular?

Bizə deyirdilər, "niyə Həmas terrorçularını dəstəkləyirsiniz?" ?
Mən isə dedim ki, biz Qəzza xalqına humanitar yardım aparırdıq. Biz dünyanın hər yerində məzlumlara yardım aparırıq. Əgər sizdə sabah zəlzələ olsa, sizin xalqa da kömək edərik. Necə ki, İspaniyadan sizin babalarınız qovulanda, məhz Türkiyə Osmanlı imperiyası onlara sığınacaq verdi.


Sizi narahat edən mənzərə var idimi?

Bəli. Məni Qüds zindanına gətirəndə, fələstinli məzlumların balaca evlərini gördüm. Çox ağır vəziyyətdə yaşayırdılar. Bunun əksinə olaraq İsraillilərin villa və gözəl evləri var idi. İsraillilər bizi təhqir edir, fələstinlilər isə əl ilə salam göndərirdilər. Məni narahat edən də bu mənzərə idi. Yəni İsrail həm Fələstin torpaqlarını işğal etmiş, həm də ki, fələstinliləri səfalət içində saxlamağa can atır.

Bir daha gəmi ilə Qəzzaya gedərsinizmi?

Əlbəttə. Min dəfə olsa belə, hər dəfə yenə gedərəm. Məzluma dəstək və yardım etmək bizim dinimizin tələbidir.

Fransa vətəndaşı İsrail əsiri olmuş İbrahim Aslan
Digər müsahibimiz isə, Fransa vətəndaşı İbrahim Aslandır.

Siz İsrail quldurlarının hücumu ilə bağlı nə deyə bilərsiniz?

İsrail vertolyotlarının hücumu sübh namazında baş verdi. Müqavimət gösrərdik, lakin çox itki verməmək üçün təslim olmaq qərarına gəldik. Mən türk olsam da, Fransa vətəndaşıyam. Bu baxımdan da bizi əsir tutduqda bizə çox təzyiqlər etmədilər.

Unutmayacağınız bir səhnə varmı?

Bəli. Şəhidlərin vida etməsi. Yaralıların mətinliyi və özlərini sındırmaması. İsraillilərin isə qorxaqlığı və titrəməsi.

Siz bir daha bu gəmilə Qəzzaya gedərsinizmi?

Əlbəttə. Biz bu yolda canımızı qurban verməyə hazırıq. Hər vaxt səfərə hazıram.

Комментариев нет:

Отправить комментарий