Страницы

03.02.2011

WWW. Duniyev.20x.cc

Yazının başlığı bəzilərinə yəqin ki, qəribə görünəcək. Ona görə, oxucuları çox intizarda saxlamayıb bildiririk ki, bu, Ərkivan qəsəbəsəindəki Həsənəküçə orta məktəbinin müəllimi, 2 il öncə keçirilən müsabiqədə ölkənin 100 ən yaxşı müəllimi sırasında yer almış Dadaşbala Duniyevin internet səhifəsinin ünvanıdır. Hazırda xeyli imkanları olmasına baxmayaraq, ya internet səhifəsi yaratmayan, ya da alayarımçıq yaradan təşkilatlara və şəxslərə bunu nümunə kimi təqdim etmək istəyirik.
İndi çoxları yenilikdən, qabaqcıl təcrübədən danışır. Əslində yenilik özü də yeni formada təqdim olunmalıdır. Yəni bu müasir dövrdə hər hansı müəllimin qabaqcıl təcrübəsi 100-200 tirajla buarxılan şablon plakatlarla, buroşuralarla məhdudlaşdırıla bilməz. O, müasir tələblərə cavab verən müəllimdirsə, öncə onun internet səhifəsi, yaxud ən azından pulsuz yaradılan bloqu olmalıdır. Bu mövzuda söhbətə yazının sonunda yenə də qayıdacağıq. Hələlik isə Dadaşbala müəllimin saytı haqqında sizi daha ətraflı məlumatlandırmaq istəyirik.
Bir sıra riyaziyyat müəllimlərinin dediklərinə inansaq, Dadaşbala Duniyevin yaratdığı sayt riyaziyyat sahəsində ölkəmizdə fəaliyyət göstərən və Azərbaycan dilində olan ən yaxşı saytlardan biridir. Bir əyalət məkanında, məhdud imkanlar çərçivəsində belə sayt yaratmaq, doğrudan da, təqdirə layiqdir.
Bu internet səhifəsində həm müəllimlər, həm də sagirdlər üçün olduqca maraqlı məlumatlar var. Müəllimlər demək olar ki, heç bir kursa getmədən, əlavə xərc çəkmədən kompüter qarşısında oturub bu sayt vasitəsi ilə yeni təlim metodları ilə tanış ola bilərlər. Şagirdlər isə burada dünya və olimpiada sualları və cavabları ilə tanış olmaq imkanına malik olarlar. Ümumiyyətlə, bu sayt riyaziyyat elmi ilə məşğul olan şagird üçün əslində hər şeydir. Burada riyazi mövzuların təqdimi, izahı, sonra da testlər əsasında öyrəndiklərinin sınanması, ən həvəskar riyaziyyatçı üçün də maraqlı imkanlar yaradır. Bu saytda abituriyentlər də nəzərə alınıb. Belə ki, ali məktəblərə qəbul zamanı ötən illərdə istifadə edilən testlər burada həlli yolları ilə birgə təqdim olunub. Həmçinin, onların test bankı abituriyentlərə öz biliklərini yoxlamaq şansı verir.
Saytin xidmətləri bununla bitmir.
Xaricdə təhsil almaq istyən sagirdlərimiz ücün riyaziyyat terminlərinin ingilis dilində variantı təqdim olunub. Buradakı riyazi məntiqə aid test numunəlri də maraq doğurur.
Saytdaki kecidlərdən istifadə edərək təhsil nazirl Misir Merdanovun da istirak etdiyi “Aciq dərs”lərin video cəkilislərinə baxa bilər və elektron kitabxananın imkanlarından faydalanmaq olar. Elektron kitabxana isə nəinki dəqiq elmlər, eləcə də tarix, ictimaiyyət, din və sair elmlər üzrə dəyərli kitablarla tanış omaq imkanıdır.
Bu sayta daxil olan məktəblilər riyazi oyunları oynamaqla həm əylənə, həm də düşünmə qabiliyyətlərini inkişaf etdirə bilərlər.
Hələ bunlar da son deyil. “Gunun məsələsi”, “Dahilerin kəlamlarI”, “Həndəsi fiqurlar”, “Azerbaycanli alimlər” və digər bölmələr riyaziyat həvəskarlarını virtiual alımdə maraqlı aləmlərə aparır.
Biz inanırıq ki, Dadaşbala müəllim saytın bölmələrinin sayını və oradakı məlumatları daha da artlıracaq, bu sahədə internet ziyarətçilərinə daha səmərəli və sanballı bilgilər verəcək.
Redaksiyadan: Yəqin ki, 2 ay öncə çap etdiyimiz “Cənub saytları” yazısı oxucuların yadındadır. Həmin yazıda narahatçılıqla bildirmişdik ki, cənub bğlgəsindəki icra hakimiyyətlərinin əksəriyyətinin internet saytı yoxdur, yaxud da bu saytlar olduqca primitiv təşkil olunub. İndi bir anlığa təsəvvür edək ki, rayondakı hər təşkilatın internet səhifəsi var. Hansı ki, belə saytları yaratmaq böyük xərc də tələb etmir. Məsələn, təhsil şöbəsinin saytına girib rayondakı bütün məktəblər, hətta siniflər, keçirilən tədbirlər, qabaqcıl müəllimlər, onların iş təcrübəsi, eləcə də təhsillə bağlı qanun və sərəncamlar barədə məlumat alırsan. Həmçinin qabaqcıl müəllimlərin insternet səhifələrinə bu saytdan keçid olur. Eləcə də səhiyyə şöbəsi, mədəniyyət və polis şöbələri belə internet səhifələr yaradır və ümüumilikdə rayon icra hakimiyyətinin saytında bu saytlara keçmək imkanı olur.
Yaxud, “İnformasiya əldə etmək” haqqında qanuna müvafiq olaraq hər rayon məhkəməsinin də internet sayytı olmalıdır və insanlar evlərində, internet qarşısında oturmaqla xəbər tutmalıdır ki, hamsı məhkəm iclasları keçirilib, burada hansı qərarlae qəbul edilib, kimlər cəzalandırılıb, kimlər bəraət alıb və sair
Bütün bu işlərdə biz mane olan nədir? Sadəcə olaraq bəzilərinin səriştəsizliyi, bəzilərinin isə aşkarlıqdan ilan alaçatıdan qorxan kimi qorması.
Haşiyə: Sonda bütün oxuculara müraciət edərək bildiririk ki, kimin, daha doğrusu, cənub bölgəsində hansı müəllimin, həkimn, mühəndisin, mədəniyyət işçisinin, yazarın, hökumət qurumunun, eləcə də hər hansı məmurun ictimai maraq doğuran
Saytı varsa, bizə bildirsin, pulsuz reklam edək.

                                                                                                   "Cənub xəbərləri" qəzeti

Комментариев нет:

Отправить комментарий