Страницы

31.03.2011

Arxivə düşmək


Yaşlı qohumlarımın evlərinə gedərkən onların on illərin zəhməti bahasına yığdıqları kitabxanalarına baş çəkmək ilk işim olur. Universitetdə oxuyarkən yaşlı bir müəllim qohumumgilə tez-tez gedərdim. Müəllim olduğu üçün kitabxanası daha zəngin idi. Birinci mərtəbədə qaldıqları üçün evin içindəki kitabxanadan əlavə onlara məxsus padvalda əlavə bir kitab şkafı vardı. Uzun illərdir kitablar ora yığıldığı üçün üzərini toz basmış, müxtəlif gözəgörünməz həşəratlar yuva qurmuş, nəmişlikdəki öz yerində.

Buna baxmayaraq, hətta tozdan, həşəratdan allergiya tutsam da, pulsuz olan bu kitabları evə daşıyaraq oxuyardım. Bütün bunlar ona görə yadıma düşdü ki, bu yaxınlarda bir dostum öz arxivindən bir hissəni atarkən, təcili orada zühur etdim və maraqlı nəsə tapa biləcəyim ümidi ilə axtarışa çıxdım. Maraqlı bir çox şeylər tapdım. Amma mənim üçün ən dəyərli olan “Hürriyyət” qəzetinin 24-25 avqust 2000-ci il sayısı N39 (590) oldu. Qəzet “Elçibəyin ölümü də gözəldir” manşeti ilə nəşr olunmuşdu. Qəzet tamamilə Elçibəyin vəfatına həsr olunmuşdu və çox qəmgin notlu yazılar özündə yer almışdı. Necə deyərlər, hər şey axar, insan, tarix, fikir. Hər şey axmış və arxivə gömülmüşdü. İnanıram ki, çoxunuzun arxivində Elçibəyə aid nəsə var. Bu bir məqalə, kitab da ola bilər. Bir şəkil də ola bilər. Yazıları oxuduqca düşündüm. Zamanı gəlindiyində kiminsə arxivinə düşə biləcəyikmi? Kimsə bizə aid nəyisə saxlayacaqmı? Çətindir. Bunu haqq etmək lazımdır….

Dilqəm Əhməd

Комментариев нет:

Отправить комментарий