Страницы

09.03.2011

Azərbaycan xatirələri - V yazı

Əfşar Süleymani                       qafqazinfo.az

Naxçıvanla bağlı 1992-1993-cü illərdəki şirin xatirələrimdən biri də budur ki, mərhum Heydər Əliyevlə birinci gorüşümdə rəhmətliyə dedim ki, kabinetiniz çox soyuqdur, niyə demirsiniz isitsinlər? İstəyirsiniz mən özüm gələndə ayrıca neft gətirim soba yandıraq. O, dedi ki, indi Naxçıvan əhalisinin böyük hissəsinin evi soyuqdu... Mənim kabinetim isti, xalqın evi soyuq olsa yaxşı rəhbər ola bilmərəm.

Mühüm xatirələrdən biri də budur ki, Heydər Əliyev Azərbaycanda keçən prosesləri konkret təhlil edirdi. O, danışıqlarda dəfələrlə demişdi ki, Bakıya qayıdacaq və Azərbaycan hakimiyyətinin başında duracaq və elə də oldu. Rəhmətlik bizə danışmışdı ki, Azərbaycan ziyalıları dəfələrlə ona müraciət ediblər və xahiş ediblər Yeni Azərbaycan Partiyasını yaratsın və ona rəhbərlik etsin, amma qəbul etməyib və onlardan istəyib ki, bir az da dözsünlər vaxtı çatanda bu işi yerinə yetirəcək və elə də oldu. Rəhmətlik 1993-cü ilin təxminən fevral ayında Naxçıvandan Bakıya gəldi və partiyanı yaratdı. Ondan sonra da Moskvaya bir neçə günlük səfər etdi, yenə Naxçıvana döndü. Bu zaman da İran İslam Respublikası Məhəmməd Sadiq Turini İranın birinci Baş konsulunu Naxçıvana təyin etmişdi. Turi də Bakıda idi, gözləyirdi ki, Heydər Əliyev Naxçıvana qayıtsın, getsin onunla görüşsün və etibarnaməsinin üzünü təqdim etsin. Turi etibarnamənin əslini o vaxt prezident olan mərhum Elçibəyə təqdim etmişdi.

Heydər Əliyev İranın Naxçıvandakı baş konsulluğunun işə başlanmasına və binasının inşa olunmasına təqdirə layiq yardımlar etdi. Baş konsul da yaxşı çalışdı. Birinci işlərdən yazsam bunu xatırlamalı olaram ki, İran tərəfi Naxçıvan əhalisinin İrana rahat gediş-gəlişi üçün onlara özəl dəftərçə (pasport əvəzi )vermişdi və o dəftərçə ilə onlar dəfələrlə İrana gedib-gəlirdilər. Simvolik olaraq birinci dəftərçəni Heydər Əliyevə təqdim etdik. Sonra da İran və Azərbaycan avtobusları ilə Naxçıvan əhalisi İran ərazisi vasitəsilə Bakıya gedib-qayıdırdılar ki, bu proses indi də davam edir. Bunlardan əlavə, Azərbaycandan Naxçıvana lazım olan yanacaq və ərzaq İran yolları vasitəsilə Naxçıvana göndərilirdi. Bu məsələlərlə bağlı çoxlu problemlər ortaya çıxırdı ki, mən onların həlli üçün imkan qədər çalışırdım, müvafiq orqanlar da yardım edirdilər problemləri çözürdük. O zamanlar ağır vəziyyətlərlə üzləşirdik, Azərbaycanın maşınları standart deyildilər, biz də İranın müvafiq orqanlarının məsul şəxslərindən istəyirdik ki, Azərbaycanın şəraitini nəzərə alaraq güzəştə getsinlər.

Əlbəttə sadaladıqlarım işlərlə bərabər Heydər Əliyev- Əliəkbər Vilayəti sazişi əsasında Naxçıvanın yanacaq və ərzaq problemlərinin həlli üçün lazımı işlər də yerinə yetirildi.

Keçən nömrədə rəhmətlik Afiyəddin Cəlilovla Qulamriza Şafeyinini, iki ölkənin müştərək komissiyasının sədrlərinin Təbriz şəhərindəki görüşü haqqında yazdım. Burda bir şirin xatirəyə toxunmaq istəyirəm. İran-Azərbaycan heyətinin başçıları və Təbrizin valisi (Əbdüləlizadə) və mən əyləncə mərkəzində hovuzda çimdik, sonra da valiliyin binasına qayıtdıq. O ərəfədə lazım oldu Afiyəddin müəllim İranın məsul şəxslərinin biri ilə (adını xatırlamıram) telefon vasitəsilə danışsın. Danışan zaman Tehranda oturan məsul şəxs Afiyəddin bəyin sualına cavab vermək üçün başqa bir şəxslə danışmalı olur və telefon arxasında Afiyəddinə deyir - “Güşi” (yəni trubkanı bir az saxla). Afiyəddin onu düz başa düşmür. Bir də gördük Afiyəddin otaqda o yana, bu yana yuxarıya, aşağıya baxır, trubka da əlindədi. Soruşduq Afiyəddin müəllim nə olub? Dedi ki, onunla danışan şəxs “Qüşi” - deyib və o da otaqda Quş axtarır. (GÜŞİ fars dilində telefonun trubkasına deyirlər). Bu hadisəyə özümüzdən gedən qədər güldük. Allah ona rəhmət eyləsin...

Комментариев нет:

Отправить комментарий